16 apreli tarixində ADNSU nəzdində Sənaye və Texnologiya Kollecində fəaliyyət göstərən Könüllülük və Sosial İnkişaf Klubunun üzvü olan tələbələr üçün Milli Kitabxanaya ekskursiya təşkil olunub.
“Tehsil365“ xəbər verir ki, ekskursiyanın əsas məqsədi tələbələrin mütaliə vərdişlərinin inkişaf etdirilməsi, elmi-tədqiqat mühitinə maraqlarının artırılması və kitabxana resurslarından səmərəli istifadə bacarıqlarının formalaşdırılması olub.
Tədbir çərçivəsində tələbələr kitabxananın zəngin fondu, nadir nəşrlər bölməsi, oxu zalları və müasir informasiya xidmətləri ilə yaxından tanış olublar.
Ekskursiya Könüllülük və Sosial İnkişaf Klubunun kuratoru, Azərbaycan dili və ədəbiyyat müəllimi Pərvanə Məmmədovanın rəhbərliyi ilə təşkil edilib. Onun təşəbbüsü və istiqamətləndirilməsi ilə tələbələrə kitabxana mühitində davranış qaydaları, eləcə də elmi ədəbiyyatdan düzgün istifadə yolları barədə ətraflı məlumat verib.

