Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşəbbüsü və təşkilatçılığı ilə İsmayıllı şəhərində ali təhsil müəssisələrinin prorektorları üçün təlim proqramının birinci günü yekunlaşıb.
“Tehsil365“ xəbər verir ki,Agentlikdən bildirilib ki, təlimin ilk günündə ali təhsil müəssisələrinin idarə olunması və Elmi Şuraların fəaliyyəti, tədrisin təşkili və keyfiyyət təminatı, təcrübənin təşkili istiqamətləri üzrə təqdimatlar edilib və müzakirələr aparılıb.
Təlim proqramının əsas məqsədi ali təhsil müəssisələrinin rəhbər şəxslərinin idarəetmə bacarıqlarının artırılması, elmi əməkdaşlıq və ali təhsilin beynəlmiləlləşməsi sahələrində səriştələrinin inkişaf etdirilməsidir. Ümumilikdə, proqram çərçivəsində 5 əsas istiqamət üzrə 40-dan artıq mövzunun təhlili nəzərdə tutulur.
Təlimdə ölkənin 7 regionunu təmsil edən 19 ali təhsil müəssisəsinin prorektoru və 4 orta ixtisas təhsili müəssisəsinin direktoru iştirak edir.

