Təhsil 365 - Logo Mobile

İqtisadiyyat və Humanitar Kollecində yeni geosiyasi reallıqlar müzakirə olunub

9216.04.2026 - 17:25
İqtisadiyyat və Humanitar Kollecində yeni geosiyasi reallıqlar müzakirə olunub

Aprelin 15-də Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecində Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyevin təşəbbüsü ilə “Prezident İlham Əliyevin sülh gündəliyi: yeni geosiyasi reallıqlar və perspektivlər” mövzusunda tədbir təşkil olunub. 

“Tehsil365“ xəbər verir ki, tədbirdə Yeni Azərbaycan Partiyasının Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini, ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Gülnar Rəhimova və kollecin müəllim, tələbə heyəti iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyev və torpaqlarımızın suverenliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan kollecin direktoru Hicran Əyyubova qonaqları salamlayıb, belə bir aktual mövzunun işıqlandırılması təşəbbüsünə görə Rizvan Nəbiyevə təşəkkür edib.

Millət vəkili mövzu ilə bağlı ətraflı çıxış edərək qeyd etdi ki, dövlətimiz sülh yaratmağın Azərbaycan modelini dünyaya nümayiş etdirib. Əsgərlərimizin səngərdə başlatdığı Vətənimizin işğaldan azad edilməsi missiyasını Prezidentimiz İlham Əliyev diplomatik-siyasi müstəvidə başa çatdırıb. Prezident İlham Əliyev BMT Baş Assambleyasındakı çıxışında bildirib ki, “Biz müharibəni udduq, sülhü qazandıq”. Prezident İlham Əliyevin hərbi, siyasi-diplomatik səyləri və strateji vizionu əsasında formalaşdırılan Azərbaycanın sülh gündəliyi regionda sabitliyin təmin olunması, davamlı inkişafın qurulması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir, həm regional, həm də qlobal miqyasda  bütün güc mərkəzləri tərəfindən diqqətlə izlənilir.

Sülh gündəliyinin qayəsində yer alan mərkəzi faktorları millət vəkili qısaca olaraq belə səciyyələndirib:
– Azərbaycanın coğrafi mövqeyinin üstünlükləri, resursları və nəqliyyat-infrastruktur layihələri vasitəsi ilə həyata keçirdiyi sabitləşdirici funksiya və rol;
 – Şanlı Zəfərimizdən sonra regionda yaranmış yeni siyasi reallığa uyğun təklif edilən və geniş coğrafi məkanı əhatə edən çoxşaxəli əməkdaşlıq imkanları;
 – İkitərəfli əsasda və çoxtərəfli platformalarda inkişaf etdirilən tərəfdaşlıqlarla yeni dünya düzəninə aparan proseslərdə mövqemizin gücləndirilməsi.

Sülh gündəliyinin əsas fəlsəfəsi ərazi bütövlüyünə hörmət, suverenlik prinsiplərinin qorunması, humanitar dəyərlərin üstün tutulması, qarşılıqlı əməkdaşlıq və dialoq prinsiplərinə əsaslanır. Azərbaycanın sülh gündəliyi beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə həyata keçirilir. Bu isə ölkənin beynəlxalq arenada mövqeyini gücləndirir.

2023-cü ildə Azərbaycanın dövlət suverenliyinin bərpası Ermənistanla aparılan sülh müqaviləsi üzrə danışıqlarda real nəticələrə yol açıb. Dayanıqlı sülhün və sabitliyin bərqərar olması, Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması istiqamətində səylər daha da intesivləşdi. ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona edilən səfər, Ağ Evdə keçirilən görüşlər və BMT Baş Assambleyasında səsləndirilən mövqelər bu prosesin zirvə nöqtəsi olub. Görüşlər zamanı cənab Prezident vurğulayıb ki, əldə olunan razılaşmalar təkcə Azərbaycan üçün deyil, bütövlükdə regionda sülh və sabitlik üçün mühüm əhəmiyyət daşıyır. Artıq xalqımız sülh şəraitində yaşayır və bu, həm siyasi, həm də iqtisadi sahədə öz müsbət nəticələrini göstərir. Müasir dövrdə beynəlxalq münasibətlər sistemində sülh və təhlükəsizlik əsas prioritetlərdən biri kimi qarşıda durur. Millət vəkili qeyd edib ki, Azərbaycan sülhsevər dövlətdir və hər zaman ABŞ, Avropa İttifaqı və qonşu dövlətlərlə münasibətini sülh və əməkdaşlıq şəraitində qurmağa cəhd etmişdir.

Rizvan Nəbiyev Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın 11 mart 2026-da Bakıya səfəri və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdükdən sonra yaydıqları Birgə mətbuat bəyanatında yer almış bəzi məsələlərə də toxunub.  Mühüm bir məqam kimi Birgə bəyanatın 8-ci bəndində əksini tapmış Avropa İttifaqının “Qlobal Qapı” təşəbbüsünə Azərbaycanla bağlı layihələrin daxil edilməsini qeyd edərək bildirdi ki, “Avropa İttifaqı “Qlobal Qapı” çərçivəsində daşımalar, digər müvafiq mexanizmlər, o cümlədən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında dəmir yolunun müasirləşdirilməsinə dəstək, həmçinin TRIPP-in icrası üzrə davam edən səylərlə bağlı Azərbaycanla əməkdaşlığa sadiqliyini bir daha təsdiqləyib.

Rizvan Nəbiyev həmçinin qeyd edib ki, sülh gündəliyinin yaradacağı perspektivlər olduqca ümidvericidir. Bu perspektivlərə ölkənin regional iqtisadi mərkəzə çevrilməsi, nəqliyyat logistika imkanlarının genişlənməsi və beynəlxalq əməkdaşlığın dərinləşməsini misal göstərmək olar.

Tədbirdə iştirak edən, Yeni Azərbaycan Partiyasının Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev öz çıxışında qeyd edib ki, Azərbaycanın sülh gündəliyi təkcə münaqişənin bitməsinə deyil, həm də regionda yeni əməkdaşlıq mühitinin qurulmasına yönəlib. Bu yanaşma həm siyasi, həm iqtisadi, həm də humanitar aspektləri əhatə edir və Cənubi Qafqazın gələcək inkişafında mühüm rol oynayır. Abbas Əliyev həmçinin qeyd edib ki, sülhə gedən yol isə ilk növbədə qarşılıqlı etimadın formalaşdırılmasından keçir. Bu baxımdan Ermənistanın da konstruktiv mövqe nümayiş etdirməsi vacibdir. Xüsusilə, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların dəyişdirilməsi regionda davamlı sülhün bərqərar olunmasına mühüm töhfə verə bilər. Bu addım qarşılıqlı etimadın güclənməsinə, münasibətlərin normallaşmasına və sülh müqaviləsinin imzalanmasına real zəmin yaradacaqdır.

Azərbaycan hər zaman sülh tərəfdarı olub və bu gün də bu mövqeyinə sadiqdir. Regionda dayanıqlı inkişaf, iqtisadi əməkdaşlıq və təhlükəsizlik yalnız sülh şəraitində mümkündür.

Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini, ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Gülnar Rəhimova çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sülh siyasətinin regionda yeni geosiyasi reallıqlar formalaşdırdığını vurğulayıb. O qeyd edib ki, işğaldan azad olunmuş ərazilərə qayıdan keçmiş məcburi köçkünlər artıq öz əzəli torpaqlarında təhlükəsiz və sülh şəraitində yaşayırlar ki, bu da dövlətin məqsədyönlü siyasətinin mühüm nəticəsidir.

Gülnar Rəhimova çıxışında həmçinin Qərbi Azərbaycana qayıdış məsələsinə toxunaraq, tarixi ədalətin bərpasının vacibliyini diqqətə çatdırıb. Bununla yanaşı, o, gənclərin bu proseslərdə rolunu xüsusi vurğulayaraq bildirib ki, milli dəyərlərin qorunması, dövlətçilik ənənələrinin yaşadılması və sülh ideyalarının gələcək nəsillərə ötürülməsində gənclərin fəallığı mühüm əhəmiyyət kəsb edir.

Tədbirin sonunda millət vəkili, siyasi elmlər doktoru Rizvan Nəbiyev tələbələrin mövzu ilə bağlı suallarını cavablandırdı.

Mehriban İbadova

Xəbər Lenti

Ali təhsil müəssisələrinin prorektorları üçün təlimlərə başlanılıb16.04.2026 - 19:57
Eşqi Bağırov: İnklüziv təhsilə cəlb ediləcək şagirdlərin sayı 500-ü keçəcək 16.04.2026 - 19:54
Sabirabadda iki gəncin meyiti tapılıb 16.04.2026 - 19:49
Sabah 22 dərəcə isti olacaq16.04.2026 - 19:45
TKTA: 2026-cı ilin I rübündə 10 nəfər peşə sənədi əldə edib16.04.2026 - 19:38
Xaricdə təhsil alan 255 nəfərin diplomu tanınmayıb16.04.2026 - 19:32
Məktəb hücumları ilə bağlı əməliyyat - 95 nəfər saxlanılıb16.04.2026 - 19:25
Emin Əmrullayev Xaçmazda tədris prosesi ilə tanış olub16.04.2026 - 19:18
​BMU-nun Somalidən olan tələbəsi: “Azərbaycanın təhsili gözləntilərimi doğruldub”16.04.2026 - 19:12
Danimarka məktəblərində telefondan istifadəyə qadağa qoyulub16.04.2026 - 19:06
Uşaqlara çox erkən yaşda “dərs” öyrətmək zərərli ola bilərmi? – Məktəbəqədər təhsil eksperti açıqladı16.04.2026 - 19:02
Doktorantura ixtisaslarının təsnifatında dəyişiklik edildi16.04.2026 - 19:00
“Məktəb ictimai müzakirədə” layihəsi çərçivəsində növbəti görüş16.04.2026 - 18:54
“Norm” ASC 2026-cı il Yay təcrübə proqramını elan edir və tələbələri proqrama qoşulmağa dəvət edir.16.04.2026 - 18:50
İngilis dili fənni üzrə hazırlıq kursunun ilk məşğələsi keçirilib16.04.2026 - 18:46
Heç su içməyənlərin orqanizmində nə baş verir?16.04.2026 - 18:40
Peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi keçiriləcək16.04.2026 - 18:36
Azərbaycanda 2 universitet 56 vəzifəyə işçi axtarır - SİYAHI16.04.2026 - 18:30
Ailə başçısını itirənlərin ödənişində yeni QAYDA16.04.2026 - 18:28
Azərbaycanlı gəncdən beynəlxalq uğur16.04.2026 - 18:24
Türkiyədə məktəb hücumunda ölənlərin sayı artdı16.04.2026 - 18:20
Kamran Əsədovun məhkəməsində şahidlər dindirilib16.04.2026 - 18:16
May ayının qeyri-iş günləri AÇIQLANDI16.04.2026 - 18:10
Daşkəsən məktəbliləri şəhidlərin xatirəsini voleybol yarışı ilə yad ediblər16.04.2026 - 18:08
Femida Könüllülərinin həmtəsisçisi Azərbaycanı BMT-də təmsil edəcək16.04.2026 - 18:02
Elektrik enerjisi olmadan işləyən kompüter hazırlandı16.04.2026 - 18:00
Mətanət Əliyeva: “Bulinq uşağın psixoloji sağlamlığında dərin izlər buraxır”16.04.2026 - 17:55
Azərbaycan ilk dəfə BMT Gənclər Nümayəndələri proqramında təmsil olunur16.04.2026 - 17:52
Onlar risk altındadır, qızılca peyvəndinin vaxtı önə çəkilməlidir - Həkimdən təklif16.04.2026 - 17:50
"Problem maraqsızlıqda yox, tarixin təqdimatındadır” - Əli Ələkbərov16.04.2026 - 17:49
Nizami Kino Mərkəzində "At gücü" sənədli filmi təqdim olunub16.04.2026 - 17:45
Gömrük əməkdaşları təlimdə16.04.2026 - 17:44
“Hamı xoşbəxtdir, mən deyiləm” – Yaz depressiyasından necə xilas olaq?16.04.2026 - 17:40
Folklor İnstitutunda elmi məsələlərə baxılıb16.04.2026 - 17:36
Peşə tanınması imtahanında iştirak edənlərin yalnız 12%-i uğur qazanıb16.04.2026 - 17:35
Xaricdə təhsil alan 10 nəfərin diplomunun saxta olduğu aşkar edilib16.04.2026 - 17:30
Professor Məmmədəli Qıpçağın türkoloji fəaliyyətinə həsr olunmuş elmi seminar16.04.2026 - 17:26
“Trend olan hər məsləhət dəri üçün təhlükəsiz deyil” – Dermatoloq Sevinc Kərimova16.04.2026 - 17:20
BDU-da “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin ilk görüşü16.04.2026 - 17:18
İranda bütün təhsil müəssisələri distant təhsilə keçir16.04.2026 - 17:15
“Uzunömürlülük: bioloji və texnoloji determinantlar” – elmi seminar16.04.2026 - 17:12
“Bəkir Çobanzadə: Budapeşt illəri” - ADPU-da kitab təqdimatı16.04.2026 - 17:06
Naxçıvan Musiqi Kollecinin tələbəsinin fərdi sərgisi keçirilib16.04.2026 - 17:05
Elmi işlərin qiymətləndirmə qaydaları dəyişdirildi - Son 6 ildəki fəaliyyət nəzərə alınacaq16.04.2026 - 17:00
Ali məktəblərin prorektorları üçün təlimlərə başlanılıb16.04.2026 - 16:55
ATU-da qanvermə aksiyası keçirilib16.04.2026 - 16:45
Xaricdə təhsil alan 1050 nəfərin diplomu tanınıb16.04.2026 - 16:35