“Məktəblərdə fərdi yanaşmanın olmaması şagirdlərə mənfi təsir göstərir. Siniflərdə şagird sayı az olduqda bu yanaşmanı tətbiq etmək daha mümkün olur və bu da nəticələrə müsbət təsir edir.”
Bu sözləri "Tehsil365"ə açıqlamasında təhsil eksperti Elçin Əfəndi qeyd edib.
O bildirib ki, şagird sıxlığı fərdi yanaşmanın tətbiqinə mane olan əsas amillərdən biridir. Onun sözlərinə görə, bir sinifdə 20–25 şagird olduqda müəllim hər bir şagirdə daha çox diqqət ayıra bilir. Lakin 30–35 nəfərlik siniflərdə bu imkan məhdudlaşır.
Elçin Əfəndi qeyd edib ki, yeni məktəb binalarının tikilməsi və istifadəyə verilməsi ilə şagird sıxlığının azalacağı gözlənilir. Bu isə gələcəkdə məktəblərdə fərdi yanaşmanın daha geniş tətbiqinə şərait yarada bilər.

