Türkiyənin Kahramanmaraş vilayətinin Onikişubat rayonundakı Ayşer Çalık orta məktəbinə edilən hücum nəticəsində ölənlərin sayı 10-a çatıb.
“Tehsil365” xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Bildirilir ki, həlak olan şagirdlərin cəsədləri ailələrinə təhvil verilib.
Qeyd edək ki, ötən gün də Türkiyənin Şanlıurfa əyalətində məktəbə silahlı hücum olub. Hadisə nəticəsində 13 nəfər yaralanıb.

