Təhsil 365 - Logo Mobile

Mətanət Əliyeva: “Bulinq uşağın psixoloji sağlamlığında dərin izlər buraxır”

10816.04.2026 - 17:55
Mətanət Əliyeva: “Bulinq uşağın psixoloji sağlamlığında dərin izlər buraxır”

Onun sözlərinə görə, xüsusilə uşaqlıq və yeniyetməlik dövründə yaşanan bu təcrübə şəxsiyyətin formalaşmasına, özünə münasibətə və sosial davranışlara birbaşa təsir edir.

Psixoloq Mətanət Əliyeva “Tehsil365”ə açıqlamasında bildirib ki, bulinqə məruz qalmaq insanın psixoloji sağlamlığına çoxşaxəli və uzunmüddətli təsirlər göstərən ciddi bir problemdir.

Əliyeva qeyd edib ki, qısa müddətdə bulinqə məruz qalan uşaqlarda qorxu, narahatlıq, utanc, günahkarlıq və dəyərsizlik hissləri yaranır. Bu, onların emosional stabilliyini pozur, məktəbə getmək istəksizliyi, dərslərə marağın azalması, diqqət və yaddaş problemləri ilə nəticələnə bilər. Sosial baxımdan isə uşaq özünü təcrid etməyə başlayır, dost münasibətlərindən uzaqlaşır və ünsiyyətdən qaçır.

Ekspert vurğulayıb ki, uzunmüddətli perspektivdə bulinqin təsirləri daha ağır ola bilər: “Bu cür təcrübə insanın özünə inamını zəiflədir, gələcək münasibətlərdə güvənsizlik yaradır, depressiya və davamlı anksiyetə riskini artırır. Bəzi hallarda isə aqressiv davranışların artmasına səbəb olur.”

Onun sözlərinə görə, bulinqin psixoloji təsiri yalnız fərdi səviyyədə qalmır, uşağın akademik inkişafına, motivasiyasına və ümumilikdə həyat keyfiyyətinə də mənfi təsir göstərir. Buna görə də bu məsələyə sadəcə “uşaqlar arasında mübahisə” kimi deyil, ciddi psixoloji və sosial problem kimi yanaşmaq vacibdir.

Mətanət Əliyeva qarşısının alınması üçün ən vacib addımın erkən fərqindəlik olduğunu bildirib: “Valideynlər və müəllimlər uşağın davranışındakı dəyişiklikləri vaxtında hiss etməli, onu dinləməli və təhlükəsiz mühit yaratmalıdır. Uşağa emosiyalarını ifadə etməyi öyrətmək, özünü müdafiə bacarıqlarını inkişaf etdirmək və sosial dəstək sistemini gücləndirmək çox vacibdir.”

Ekspert əlavə edib ki, bulinq davamlı xarakter alarsa, psixoloq dəstəyi mütləqdir. Psixoloji müdaxilə uşağın özünə inamını bərpa etməyə, travmatik təsirləri azaltmağa və sağlam emosional reaksiyalar formalaşdırmağa kömək edir. “Bulinq yalnız həmin an yaşanan bir hadisə deyil, uşağın daxili dünyasında iz buraxan və gələcək həyatına təsir edə bilən bir təcrübədir. Amma düzgün yanaşma və vaxtında müdaxilə ilə bu təsirlərin qarşısını almaq mümkündür.”

Mehriban İbadova

Xəbər Lenti

Çində ahıllar üçün “birsaatlıq övlad” xidməti15.10.2026 - 19:59
Xəzər Universitetində beynəlxalq əməkdaşlığ15.10.2026 - 19:58
Teleqramda yeni funksiya15.10.2026 - 19:58
Xəzər Universitetində kiberhücumundan danışılıb15.10.2026 - 19:57
Xəzər Universitetində dərs muzeydə keçirilib15.10.2026 - 19:56
Müğənninin səhhəti qəfil pisləşib15.10.2026 - 19:55
Qarabağ Universitetində əcnəbi tədqiqatçılarla görüş baş tutub 15.10.2026 - 19:40
Qarabağ Universitetində vergi görüşü15.10.2026 - 19:35
ADU-da elmi seminar keçirilib15.10.2026 - 19:30
Dermatoloq Tünzalə Əzizli: Keyfiyyətsiz və düzgün yuyulmayan geyimlər məktəblilərdə dəri problemlərinə səbəb ola bilər”15.10.2026 - 19:25
Yaponiya səfiri ADU-da olub15.10.2026 - 19:20
SABAH City-də konfrans kecirildi15.10.2026 - 19:15
Ağa Hacıbəyli: ”Azərbaycan uzun illər dini tədrisi Bakı İslam Universiteti və regionlardakı mədrəsələr vasitəsilə davam etdirdi”15.10.2026 - 18:50
ADU-da yanlış xəbərlərə qarşı görüş keçirilib15.10.2026 - 18:25
"Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" proqramı üzrə 100 nəfər nəfər qalib olub15.10.2026 - 18:10
“Rəqəmsal rabitə “İnformasiya sistemi haqqında əsasnamə qəbul edilib15.10.2026 - 17:52
Bəzi rəsmi qurumları saytlarında problemlər yaranıb15.10.2026 - 17:48
ADNSU tələbələri istehsalat prosesini real mühitdə öyrəniblər15.10.2026 - 17:40
Türkiyədən Azərbaycan dünyəvi dövlət modelinə dəstək nümayiş etdirildi15.10.2026 - 17:39
ADPU-nun Şamaxı filialında Xalq şairi Vahid Əzizlə görüş keçirilib.15.10.2026 - 17:31
Azərbaycan-Özbəkistan İkinci Rektorlar Forumu keçiriləcək15.10.2026 - 17:30
Yaponiyanın məşhur "VIVANT" serialında Azərbaycan mədəniyyəti15.10.2026 - 17:28
“44” filminin saundtreki ABŞ və Böyük Britaniyada ərsəyə gəlib 15.10.2026 - 17:15
Tələbələr “Keşikçidağ” Qoruğunda mağaralar kompleksi ilə tanış oldu 15.10.2026 - 17:10
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib15.10.2026 - 17:02
Qız tələbələr üçün “Vergi Akademiyası” proqramına qəbul başlayıb15.10.2026 - 16:40
UNEC alimlərinin məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc olunub15.10.2026 - 16:20
UNEC alimlərinin məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc olunub15.10.2026 - 16:20
AzTU-da süni intellektin yanlış məlumatlarını aşkarlamaq üçün yeni yanaşma hazırlanır15.10.2026 - 16:16
Mənsum İbrahimov: Ramiz Quliyev xalqımızın qəlbində özünə əbədi abidə ucaltmış sənətkardır15.10.2026 - 15:57
Gənc yazıçıların tanınması üçün hansı imkanlar yaradılmalıdır? – İradə Ayteldən açıqlama15.10.2026 - 14:47
Türkmənistanda MAMA "Ana təbiət" beynəlxalq sərgisi açılacaq15.10.2026 - 14:43
Xalq artisti Ramiz Quliyevin vəfatının ildönümündə məzarı ziyarət olunub, qəbirüstü abidəsi açılıb15.10.2026 - 14:40
Qarsda “Azərbaycan incəsənət həftəsi”: Konsert və moda nümayişi15.10.2026 - 14:37
Qars Qafqaz Universitetində “Azərbaycan Günü”: Təhsil ocağında Mirzə Fətəli Axundzadə guşəsi açılıb15.10.2026 - 14:36
Fəxrəddin Manafov: Ramiz Quliyev milli musiqimizin inkişafına mühüm töhfələr verib15.10.2026 - 14:33
Gender bərabərliyinə həsr olunmuş seminar keçirilib15.10.2026 - 14:27
Vyetnamın vitse-prezidenti ADNSU-da olub15.10.2026 - 14:24
Peşə təhsili üzrə beynəlxalq təlim iştirakçıları LDU-da olub15.10.2026 - 14:19
Sabah hava çiskinli olacaq15.10.2026 - 14:16
Sabah jurnalistlərin IX qurultayı keçiriləcək15.10.2026 - 14:13
Tələbələr üçün startap və innovasiya imkanları təqdim olunub15.10.2026 - 14:09
LDU-da strateji hədəflər müzakirə olunub15.10.2026 - 14:07
Bakı Slavyan Universiteti XII Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edəcək15.10.2026 - 14:02
Pakistanda məktəb damı uçdu: 28 uşaq və 1 müəllimə ölüb 15.10.2026 - 14:00
Azərbaycan Universitetinin 16 tələbəsi PTE sertifikatını əldə edib15.10.2026 - 14:00
Paytaxtda 8 marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək15.10.2026 - 13:59
Şagird kosmetikaya görə dərsə buraxılmadı: Atası münaqişə yaratdı 15.10.2026 - 13:58