Norm tərəfindən elan edilən 2026-cı il yay təcrübə proqramı müxtəlif ali təhsil müəssisələrinin tələbələrinin peşəkar və şəxsi inkişafını dəstəkləmək, onların gələcək karyera imkanlarını genişləndirmək məqsədi daşıyır.
“Tehsil365” xəbər verir ki iyul ayından başlayaraq sentyabrın ilk həftəsinədək davam edən proqram 2 aydan artıq müddəti əhatə edir və bu dövrdə tələbələr real iş mühitində təcrübə qazanaraq gələcəyin peşəkar kadrları kimi formalaşırlar.
Bu təşəbbüs vasitəsilə Norm gənclərin potensialını üzə çıxararaq, sənayenin dayanıqlı inkişafına töhfə verir.
Proqramdan nə əldə edəcəksiniz?
Peşəkar iş mühitində real təcrübə,
Təhsil sahəsinə uyğun praktik bacarıqlar,
Peşəkar təlim sessiyalarına, kurslara və sahə ilə əlaqəli proqramlara çıxış,
Daxili karyera imkanlarından yararlanmaq şansı,
Sahə ekspertləri ilə əlaqə qurmaq və onlardan öyrənmək imkanları,
Müxtəlif layihələrdə iştirak etmək və kadr kimi yetişmək,
Gələcək karyera perspektivlərini artırmaq.
Kimlər müraciət edə bilər?
Elanda göstərilən sahələr üzrə təhsil alan 3-cü və 4-cü kurs tələbələri (5 illik təhsil sistemi olan universitetlərin 4-cü və 5-ci kurslar tələbələri)

