Azərbaycan opera sənətinin görkəmli nümayəndəsi Lütfiyar Müslüm oğlu İmanov 17 aprel 1928-ci ildə Salyan qəzasının Petropavlovka kəndində anadan olmuşdur.
“Tehsil365” xəbər verir ki, O, dramatik tenor kimi milli və dünya opera səhnəsində böyük uğurlar qazanmışdır.
Lütfiyar İmanov zəngin və güclü səsi, yüksək ifaçılıq məharəti ilə tanınaraq Azərbaycan musiqi mədəniyyətində xüsusi yer tutmuşdur. Onun ifaları tamaşaçılar tərəfindən daim rəğbətlə qarşılanmış, opera sənətinin inkişafına mühüm töhfə vermişdir.
Sənətkar uzun illər Bakı Musiqi Akademiyasında müəllim-professor kimi fəaliyyət göstərərək gənc musiqiçilərin yetişməsində mühüm rol oynamışdır. 1977-ci ildə ona SSRİ xalq artisti fəxri adı verilmişdir ki, bu da onun sənətinə verilən ən yüksək qiymətlərdən biri hesab olunur.
Lütfiyar İmanov 21 yanvar 2008-ci ildə Bakı şəhərində vəfat etmişdir. Onun zəngin yaradıcılığı və sənət irsi Azərbaycan musiqi tarixində dəyərli yer tutmağa davam edir.

