Azərbaycan təsviri sənət tarixində xüsusi yer tutan Qeysər Seyfulla qızı Kaşıyeva 7 iyun 1893-cü ildə Tiflis şəhərində anadan olmuşdur.
“Tehsil365” xəbər verir ki, O, peşəkar rəssamlıq təhsili almış ilk azərbaycanlı qadınlardan biri kimi tanınır.
Qeysər Kaşıyeva yaradıcılığı ilə milli təsviri sənətin formalaşmasına və inkişafına mühüm töhfələr vermişdir. Onun əsərlərində dövrün ictimai həyatı, insan obrazları və milli xüsusiyyətlər öz əksini tapmışdır. Rəssamın fəaliyyəti Azərbaycan qadınlarının incəsənətdə yer almasının genişlənməsinə də təkan vermişdir.
Onun sənət yolu çətin, lakin uğurlu olmuş, o, öz istedadı və zəhməti ilə sənət aləmində özünəməxsus yer qazanmışdır. Qeysər Kaşıyeva Azərbaycan rəssamlıq məktəbinin inkişafında önəmli simalardan biri kimi qiymətləndirilir.
Görkəmli rəssam 17 aprel 1972-ci ildə Bakı şəhərində vəfat etmişdir. Onun irsi Azərbaycan mədəniyyətinin dəyərli hissəsi kimi bu gün də yaşamaqdadır.

