Təhsil 365 - Logo Mobile

“Uzunömürlülük: bioloji və texnoloji determinantlar” – Elmi seminar

9217.04.2026 - 07:45
“Uzunömürlülük: bioloji və texnoloji determinantlar” – Elmi seminar

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə 16 aprel – Beynəlxalq Bioloqlar Gününə həsr olunmuş “Uzunömürlülük: bioloji və texnoloji determinantlar” mövzusunda elmi seminar keçirilib. Tədbirdə fakültənin II kurs tələbəsi Nurcahan Əliyeva məruzə ilə çıxış edib.

“Tehsil365” xəbər verir ki, seminarın açılışında çıxış edən Biologiya fakültəsinin dekanı, professor Afət Məmmədova mövzunun biotibb elmində strateji əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, bu cür elmi tədbirlər tələbələrdə tədqiqat yönümlü düşüncə tərzinin formalaşmasına mühüm töhfə verir. Dekan qocalmanın bioloji mexanizmlərinin öyrənilməsinin həm fundamental biologiya, həm də regenerativ tibb və biotexnologiya sahələri üçün prioritet istiqamətlərdən biri olduğunu diqqətə çatdırıb.

Seminarda qeyd olunub ki, qocalma prosesi sadə degenerativ aşınma deyil, sistem səviyyəsində dinamik kinetik prosesdir. Qocalma prosesi genetik və epigenetik mexanizmlərlə tənzimlənən mürəkkəb bioloji hadisədir. Bu sahədə müasir texnoloji yanaşmalar, xüsusilə 3D bioprintinq texnologiyasının süni toxuma və orqanların yaradılmasında potensial imkanları diqqətə çatdırılıb.

Seminarda bu prosesdə nüvə DNT-sinin struktur bütövlüyü, telomerlərin qısalması, DNT metilləşməsi və histon modifikasiyalarının gen ekspressiyasına təsiri geniş şəkildə izah olunub. Eyni zamanda, proteostazın pozulması və kök hüceyrə ehtiyatının azalmasının regenerativ potensiala təsiri vurğulanıb.

Sonda mövzu ətrafında interaktiv müzakirə aparılıb, məruzəçi iştirakçıların suallarını cavablandırıb. Seminar uzunömürlülük probleminin multidissiplinar yanaşma çərçivəsində həm nəzəri, həm də tətbiqi aspektlərinin müzakirəsi ilə yekunlaşıb.

Zeynəb Quluyeva

Xəbər Lenti

Fərdi yanaşma niyə mümkün olmur? – Ekspert açıqladı17.04.2026 - 09:56
Sürətli qocalmaya səbəb olan əsas amil açıqlanıb17.04.2026 - 09:47
AYNA BDU-da infosessiya keçirib: “Kampusdan şəhərə mikromobillik"17.04.2026 - 09:38
Meteohəssas insanlar üçün xəbərdarlıq - Maqnit dalğalanmaları gözlənilir17.04.2026 - 09:30
Türkiyədə “ağıllı” şpris ixtira edilib17.04.2026 - 09:21
Sumqayıt Dövlət Universiteti Psixologiya Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlıq memorandumu imzalayıb17.04.2026 - 09:09
BDU və Özbəkistanın Buxara Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb17.04.2026 - 09:00
ADU əməkdaşları beynəlxalq konfransda iştirak edir17.04.2026 - 08:50
ADU əməkdaşları beynəlxalq konfransda iştirak edir17.04.2026 - 08:39
Bu gün Ümumdünya Hemofiliya Günüdür17.04.2026 - 08:30
“Cəmilə” musiqili-tamaşası Akademik Milli Dram Teatrının səhnəsində17.04.2026 - 08:20
BMU-da Oracle beynəlxalq sertifikasiya imkanlarına dair infosessiya17.04.2026 - 08:09
Gündəlik narahatlıq nə vaxt xəstəliyə çevrilir?17.04.2026 - 08:00
Nazir Quba-Xaçmaz regionu üzrə təhsil işçiləri ilə görüşüb17.04.2026 - 07:54
Türkiyədə məktəbə silahlı hücum edən şagirdin son sözləri 17.04.2026 - 07:36
Bu günün hava proqnozu17.04.2026 - 07:29
ADU-da “Müasir dövrün aktual problemləri” mövzusunda elmi seminar keçirilib17.04.2026 - 07:21
“Sağlam ailə - balanslı karyera – şəxsi inkişaf” mövzusunda tədbir keçirilib17.04.2026 - 07:12
“Qarabağ” 2017-ci ildə Azərbaycan Premyer Liqasının çempionu oldu17.04.2026 - 07:00
Emil Balayev – Azərbaycan futbolunun təcrübəli qapıçılarından biri17.04.2026 - 06:36
Ramiz Mirişli – Azərbaycan musiqi mədəniyyətinə töhfələr vermiş bəstəkar17.04.2026 - 06:18
Bakı Slavyan Universitetində inklüzivlik mövzusunda görüş17.04.2026 - 06:12
Sabir Əhmədli – Azərbaycan nəsrinin görkəmli nümayəndəsi17.04.2026 - 06:00
Baba Pünhan – Azərbaycan qəzəl poeziyasının tanınmış nümayəndəsi17.04.2026 - 05:42
Qeysər Kaşıyeva – Azərbaycan təsviri sənətində ilk qadın rəssamlardan biri17.04.2026 - 05:18
Cənnət Əliyev – SSRİ-nin ilk rəsmi milyonçularından biri kimi tarixə düşən azərbaycanlı17.04.2026 - 05:06
Lütfiyar İmanov – Azərbaycan opera sənətinin unudulmaz səsi17.04.2026 - 04:54
Mehdi Hüseyn – Azərbaycan ədəbiyyatının görkəmli siması17.04.2026 - 04:36
Adilə Şahtaxtinskaya – Azərbaycan tibb tarixində ilk qadın professor17.04.2026 - 04:18
Zülfüqar Hacıbəyov – Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi17.04.2026 - 04:00
Ali təhsil müəssisələrinin prorektorları üçün təlimlərə başlanılıb16.04.2026 - 19:57
Eşqi Bağırov: İnklüziv təhsilə cəlb ediləcək şagirdlərin sayı 500-ü keçəcək 16.04.2026 - 19:54
Sabirabadda iki gəncin meyiti tapılıb 16.04.2026 - 19:49
Sabah 22 dərəcə isti olacaq16.04.2026 - 19:45
TKTA: 2026-cı ilin I rübündə 10 nəfər peşə sənədi əldə edib16.04.2026 - 19:38
Xaricdə təhsil alan 255 nəfərin diplomu tanınmayıb16.04.2026 - 19:32
Məktəb hücumları ilə bağlı əməliyyat - 95 nəfər saxlanılıb16.04.2026 - 19:25
Emin Əmrullayev Xaçmazda tədris prosesi ilə tanış olub16.04.2026 - 19:18
​BMU-nun Somalidən olan tələbəsi: “Azərbaycanın təhsili gözləntilərimi doğruldub”16.04.2026 - 19:12
Danimarka məktəblərində telefondan istifadəyə qadağa qoyulub16.04.2026 - 19:06
Uşaqlara çox erkən yaşda “dərs” öyrətmək zərərli ola bilərmi? – Məktəbəqədər təhsil eksperti açıqladı16.04.2026 - 19:02
Doktorantura ixtisaslarının təsnifatında dəyişiklik edildi16.04.2026 - 19:00
“Məktəb ictimai müzakirədə” layihəsi çərçivəsində növbəti görüş16.04.2026 - 18:54
“Norm” ASC 2026-cı il Yay təcrübə proqramını elan edir və tələbələri proqrama qoşulmağa dəvət edir.16.04.2026 - 18:50
İngilis dili fənni üzrə hazırlıq kursunun ilk məşğələsi keçirilib16.04.2026 - 18:46
Heç su içməyənlərin orqanizmində nə baş verir?16.04.2026 - 18:40
Peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi keçiriləcək16.04.2026 - 18:36