Azərbaycan Dillər Universitetinin (ADU) əməkdaşları 16 aprel tarixində Bakı Slavyan Universitetində keçirilən “İnklüziv təhsildən inklüziv cəmiyyətə: dayanıqlı və inklüziv universitet modeli” mövzusunda IV Beynəlxalq elmi-praktik konfransda iştirak edirlərKonfransda ADU-nu Təhsil fakültəsinin dekanı, pedaqogika üzrə elmlər doktoru, dosent Firuzə Rzayeva, Pedaqogika və psixologiya kafedrasının müdiri, dosent İranə Məmmədli, həmçinin kafedranın əməkdaşları – dosent Şəlalə Babayeva və dosent Səbinə Rüstəmova təmsil edirlər.
“Tehsil365” xəbər verir ki, tədbir inklüziv təhsil sahəsində aktual problemlərin müzakirəsinə, elmi yanaşmaların və innovativ təcrübələrin paylaşılmasına həsr olunub. Konfrans çərçivəsində müxtəlif ali təhsil müəssisələrinin nümayəndələri tərəfindən təqdimatlar keçirilir, inklüziv mühitin inkişafı istiqamətində geniş fikir mübadiləsi aparılır.
Qeyd edək ki, bu kimi beynəlxalq elmi-praktik konfranslar inklüziv cəmiyyətin formalaşdırılması, təhsildə bərabər imkanların genişləndirilməsi və ali təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

