Təhsil 365 - Logo Mobile

Sumqayıt Dövlət Universiteti Psixologiya Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlıq memorandumu imzalayıb

7317.04.2026 - 09:09
Sumqayıt Dövlət Universiteti Psixologiya Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlıq memorandumu imzalayıb

Aprelin 14-də Psixologiya Elmi-Tədqiqat İnstitutunda Dünya Autizm Məlumatlandırma Gününə həsr olunmuş “Hər fərqlilik bir həyat hekayəsidir” adlı elmi-praktik konfrans keçirilib.

“Tehsil365” xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konfrans çərçivəsində Sumqayıt Dövlət Universiteti ilə Psixologiya Elmi-Tədqiqat İnstitutu arasında əməkdaşlığa dair memorandum imzalanıb. Sənəd Sumqayıt Dövlət Universitetinin rektoru v.i.e., AMEA-nın müxbir üzvü Əminağa Sadıqov və institutun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov tərəfindən imzalanıb.

Çıxış edən Əminağa Sadıqov psixologiya elminin müasir cəmiyyətdə artan roluna diqqət çəkərək, bu sahədə aparılan elmi-tədqiqatların və praktik fəaliyyətlərin sosial rifahın təmin olunmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, Psixologiya Elmi-Tədqiqat İnstitutunda həyata keçirilən layihələrin, xüsusilə autizm spektr pozuntusu ilə bağlı aparılan elmi-praktik işlərin yüksək dəyərləndirildiyini qeyd edib. Ə.Sadıqov, eyni zamanda, imzalanan memorandumun ali təhsil və elmi-tədqiqat mühitinin inteqrasiyasına töhfə verəcəyini, tələbələrin praktik biliklərinin artırılmasına, mütəxəssis hazırlığının keyfiyyətinin yüksəldilməsinə və birgə elmi layihələrin reallaşdırılmasına geniş imkanlar yaradacağını bildirib.

Ə.Sadıqov bu əməkdaşlığın inklüziv təhsil mühitinin inkişafına, psixoloji xidmətlərin keyfiyyətinin artırılmasına və cəmiyyətin maarifləndirilməsinə mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib. Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov rəhbərlik etdiyi qurumda psixoloji xidmət və reabilitasiya sahəsində aparılan tədqiqatlar, həyata keçirilən layihələr və tələbələrin peşəkar inkişafı üçün yaradılmış imkanlar barədə ətraflı məlumat verib. O, autizm spektr pozuntusu ilə bağlı erkən müdaxilənin və düzgün yanaşmanın vacibliyini vurğulayaraq, bu istiqamətdə həyata keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətini qeyd edib.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Vasif Qafarov psixologiya elminin inkişafının cəmiyyət üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb, bu sahədə görülən işləri yüksək qiymətləndirib. Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin dekanı, dosent Günel Paşayeva və Qərbi Kaspi Universitetinin nümayəndəsi Piri Axundov inklüziv təhsil mühitinin formalaşdırılması, autizmli fərdlərin cəmiyyətə inteqrasiyası istiqamətində birgə fəaliyyətin vacibliyini qeyd ediblər.

Narınc Psixologiya Mərkəzinin təsisçi rəhbəri Narınc Rüstəmova çıxışında autizm spektr pozuntusu olan uşaqlarla bağlı erkən müdaxilənin həlledici rolunu xüsusi vurğulayaraq, ailələrin psixoloji dəstəyə olan ehtiyacını diqqətə çatdırıb. Konfrans çərçivəsində p.ü.f.d. Afərin Abbasova “Autizmli uşaqların erkən yaş dövründə sosial adaptasiyası problemi”, dosent Aytəkin Məmmədova “Ali təhsildə inklüziv transformasiya: fərqlilikdən akademik üstünlüyə”, uzman klinik psixoloq Narınc Rüstəmova isə “Autizm spektr pozuntusu olan uşaqlarda erkən risk faktorları və psixoloji müdaxilə strategiyaları: Azərbaycan nümunəsi əsasında tədqiqat” mövzularında məruzələrlə çıxış ediblər.

Tədbirin bədii hissəsində Sumqayıt Dövlət Universiteti və Qərbi Kaspi Universitetinin tələbələri tərəfindən hazırlanmış səhnəciklər nümayiş olunub. Qeyd edək ki, imzalanan əməkdaşlıq memorandumu elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi, akademik bilik və təcrübə mübadiləsinin təşviqi, inklüziv təhsil və psixoloji xidmət sahəsində birgə layihələrin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu əməkdaşlıq Sumqayıt Dövlət Universitetinin elmi-strateji inkişaf xəttinə uyğun olaraq, cəmiyyət yönümlü tədqiqatların gücləndirilməsinə və insan kapitalının inkişafına xidmət edəcək.

Zeynəb Quluyeva

Xəbər Lenti

Beynəlxalq ev-muzeyləri günü münasibətilə klassik musiqi konserti17.04.2026 - 14:48
Azərbaycan Muzeylərinin nadir eksponatları: Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından “Madonna payızbülbülü ilə” tablosu17.04.2026 - 14:23
Beynəlxalq Rəqs Gününə həsr olunan konsert təşkil ediləcək17.04.2026 - 14:11
Korrupsiya ilə mübarizə dövlətin prioritet siyasətidir - GDU-da dəyirmi masa17.04.2026 - 13:58
BDU-da dissertasiya işlərinə yeni nəzarət mexanizmləri təqdim edilib17.04.2026 - 13:48
ADAU-da “Hexi Təlim və Tədris Mərkəzi” yaradılacaq17.04.2026 - 13:36
Azərbaycan Universitetində polşalı mütəxəssislə təcrübə mübadiləsi aparılıb17.04.2026 - 13:24
BMU-nun elmi jurnalı beynəlxalq reytinqdə Q2 səviyyəsinə yüksəlib17.04.2026 - 13:11
Günəş sisteminin yaranması və təkamülü - ustad dərsi17.04.2026 - 13:00
Bakı Şəhəri üzrə Təhsil İdarəsi “7-dən 17-yə vətənpərvər!” layihəsinə başlayıb17.04.2026 - 12:49
“Əli Əmirlinin komediyalarında folklor: ənənəvi və müasirlik kontekstində” - Folklor İnstitutunda seminar17.04.2026 - 12:37
Xalqının qəlbindəki Aşıq Ələsgər - professor Mahirə Hüseynova yazır17.04.2026 - 12:26
BDU-da ustad dərsi: Peyk məlumatlarının şəhərsalma və kadastr işində tətbiqi17.04.2026 - 12:10
Fərdi yanaşma niyə mümkün olmur? – Ekspert açıqladı17.04.2026 - 09:56
Sürətli qocalmaya səbəb olan əsas amil açıqlanıb17.04.2026 - 09:47
AYNA BDU-da infosessiya keçirib: “Kampusdan şəhərə mikromobillik"17.04.2026 - 09:38
Meteohəssas insanlar üçün xəbərdarlıq - Maqnit dalğalanmaları gözlənilir17.04.2026 - 09:30
Türkiyədə “ağıllı” şpris ixtira edilib17.04.2026 - 09:21
BDU və Özbəkistanın Buxara Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb17.04.2026 - 09:00
ADU əməkdaşları beynəlxalq konfransda iştirak edir17.04.2026 - 08:50
ADU əməkdaşları beynəlxalq konfransda iştirak edir17.04.2026 - 08:39
Bu gün Ümumdünya Hemofiliya Günüdür17.04.2026 - 08:30
“Cəmilə” musiqili-tamaşası Akademik Milli Dram Teatrının səhnəsində17.04.2026 - 08:20
BMU-da Oracle beynəlxalq sertifikasiya imkanlarına dair infosessiya17.04.2026 - 08:09
Gündəlik narahatlıq nə vaxt xəstəliyə çevrilir?17.04.2026 - 08:00
Nazir Quba-Xaçmaz regionu üzrə təhsil işçiləri ilə görüşüb17.04.2026 - 07:54
“Uzunömürlülük: bioloji və texnoloji determinantlar” – Elmi seminar17.04.2026 - 07:45
Türkiyədə məktəbə silahlı hücum edən şagirdin son sözləri 17.04.2026 - 07:36
Bu günün hava proqnozu17.04.2026 - 07:29
ADU-da “Müasir dövrün aktual problemləri” mövzusunda elmi seminar keçirilib17.04.2026 - 07:21
“Sağlam ailə - balanslı karyera – şəxsi inkişaf” mövzusunda tədbir keçirilib17.04.2026 - 07:12
“Qarabağ” 2017-ci ildə Azərbaycan Premyer Liqasının çempionu oldu17.04.2026 - 07:00
Emil Balayev – Azərbaycan futbolunun təcrübəli qapıçılarından biri17.04.2026 - 06:36
Ramiz Mirişli – Azərbaycan musiqi mədəniyyətinə töhfələr vermiş bəstəkar17.04.2026 - 06:18
Bakı Slavyan Universitetində inklüzivlik mövzusunda görüş17.04.2026 - 06:12
Sabir Əhmədli – Azərbaycan nəsrinin görkəmli nümayəndəsi17.04.2026 - 06:00
Baba Pünhan – Azərbaycan qəzəl poeziyasının tanınmış nümayəndəsi17.04.2026 - 05:42
Qeysər Kaşıyeva – Azərbaycan təsviri sənətində ilk qadın rəssamlardan biri17.04.2026 - 05:18
Cənnət Əliyev – SSRİ-nin ilk rəsmi milyonçularından biri kimi tarixə düşən azərbaycanlı17.04.2026 - 05:06
Lütfiyar İmanov – Azərbaycan opera sənətinin unudulmaz səsi17.04.2026 - 04:54
Mehdi Hüseyn – Azərbaycan ədəbiyyatının görkəmli siması17.04.2026 - 04:36
Adilə Şahtaxtinskaya – Azərbaycan tibb tarixində ilk qadın professor17.04.2026 - 04:18
Zülfüqar Hacıbəyov – Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi17.04.2026 - 04:00
Ali təhsil müəssisələrinin prorektorları üçün təlimlərə başlanılıb16.04.2026 - 19:57
Eşqi Bağırov: İnklüziv təhsilə cəlb ediləcək şagirdlərin sayı 500-ü keçəcək 16.04.2026 - 19:54
Sabirabadda iki gəncin meyiti tapılıb 16.04.2026 - 19:49
Sabah 22 dərəcə isti olacaq16.04.2026 - 19:45