Təhsil 365 - Logo Mobile

Türkiyədə “ağıllı” şpris ixtira edilib

8317.04.2026 - 09:21
Türkiyədə “ağıllı” şpris ixtira edilib

İstanbulun Yıldız Texniki Universitetinin alimləri cərrahi müdaxilələr zamanı riskləri azaldan “ağıllı” şpris hazırlayıblar. Qurğu toxumaların şişirdilməsi və boşaldılması prosesini avtomatlaşdırır və əməliyyat praktikasının ən həssas mərhələlərindən birini asanlaşdırır. İxtira mexatronika kafedrasının müəllimləri Cüneyt Yılmaz və Vasfi Emre Ömürlü tərəfindən təqdim olunub və artıq Türkiyənin Patent və Əmtəə Nişanları İdarəsində faydalı model kimi qeydiyyata alınıb.

“Tehsil365” xəbər verir ki, bu barədə “Haber7” portalı məlumat yayıb.

Adi praktikada bu cür manipulyasiyalar əl ilə həyata keçirilir və çox vaxt cərrahın hərəkətlərinin dəqiqliyindən asılı olur. Yeni sistem təzyiq sensoru və kamera ilə təchiz olunub ki, bu da həkimə toxumaların vəziyyətini real vaxt rejimində izləməyə və müdaxiləni ekrandan idarə etməyə imkan verir.

“Qurğumuz standart alətlərdən onunla fərqlənir ki, endoskopik kamera və təzyiq sensoru ilə təchiz edilmiş idarəetmə blokuna malikdir”, – deyə Cüneyt Yılmaz bildirib. Onun sözlərinə görə, bu, məsələn, səs telləri üzərində aparılan əməliyyatlarda prosedurların daha dəqiq və təhlükəsiz icrasına şərait yaradır.

İxtira cərrahiyyənin kritik mərhələlərindən birini tam əl rejimindən obyektiv məlumatlara əsaslanan formata keçirir. Təzyiqə nəzarət və vizuallaşdırma, xüsusilə həssas strukturlarla işləyərkən toxumaların zədələnməsi riskini azaldır.

Vasfi Emre Ömürlünün sözlərinə görə, tibbin yüksək inkişaf səviyyəsinə baxmayaraq, bir çox proseslər hələ də insan amilindən asılıdır. “Səhiyyədə həm pasiyentlərə yardım sistemlərini, həm də həkimlərin gündəlik alətlərini təkmilləşdirmək üçün müxtəlif sahələri birləşdirən layihələrin və texnologiyaların inkişafı daha da gücləndirilməlidir”, – deyə o qeyd edib.

Belə qurğuların gələcəkdə cərrahi əməliyyatların təhlükəsizliyini artıracağı və ağırlaşmaların başvermə ehtimalını azaldacağı gözlənilir.

Zeynəb Quluyeva

Xəbər Lenti

Azərbaycan Muzeylərinin nadir eksponatları: Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından “Madonna payızbülbülü ilə” tablosu17.04.2026 - 14:23
Beynəlxalq Rəqs Gününə həsr olunan konsert təşkil ediləcək17.04.2026 - 14:11
Korrupsiya ilə mübarizə dövlətin prioritet siyasətidir - GDU-da dəyirmi masa17.04.2026 - 13:58
BDU-da dissertasiya işlərinə yeni nəzarət mexanizmləri təqdim edilib17.04.2026 - 13:48
ADAU-da “Hexi Təlim və Tədris Mərkəzi” yaradılacaq17.04.2026 - 13:36
Azərbaycan Universitetində polşalı mütəxəssislə təcrübə mübadiləsi aparılıb17.04.2026 - 13:24
BMU-nun elmi jurnalı beynəlxalq reytinqdə Q2 səviyyəsinə yüksəlib17.04.2026 - 13:11
Günəş sisteminin yaranması və təkamülü - ustad dərsi17.04.2026 - 13:00
Bakı Şəhəri üzrə Təhsil İdarəsi “7-dən 17-yə vətənpərvər!” layihəsinə başlayıb17.04.2026 - 12:49
“Əli Əmirlinin komediyalarında folklor: ənənəvi və müasirlik kontekstində” - Folklor İnstitutunda seminar17.04.2026 - 12:37
Xalqının qəlbindəki Aşıq Ələsgər - professor Mahirə Hüseynova yazır17.04.2026 - 12:26
BDU-da ustad dərsi: Peyk məlumatlarının şəhərsalma və kadastr işində tətbiqi17.04.2026 - 12:10
Fərdi yanaşma niyə mümkün olmur? – Ekspert açıqladı17.04.2026 - 09:56
Sürətli qocalmaya səbəb olan əsas amil açıqlanıb17.04.2026 - 09:47
AYNA BDU-da infosessiya keçirib: “Kampusdan şəhərə mikromobillik"17.04.2026 - 09:38
Meteohəssas insanlar üçün xəbərdarlıq - Maqnit dalğalanmaları gözlənilir17.04.2026 - 09:30
Sumqayıt Dövlət Universiteti Psixologiya Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlıq memorandumu imzalayıb17.04.2026 - 09:09
BDU və Özbəkistanın Buxara Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb17.04.2026 - 09:00
ADU əməkdaşları beynəlxalq konfransda iştirak edir17.04.2026 - 08:50
ADU əməkdaşları beynəlxalq konfransda iştirak edir17.04.2026 - 08:39
Bu gün Ümumdünya Hemofiliya Günüdür17.04.2026 - 08:30
“Cəmilə” musiqili-tamaşası Akademik Milli Dram Teatrının səhnəsində17.04.2026 - 08:20
BMU-da Oracle beynəlxalq sertifikasiya imkanlarına dair infosessiya17.04.2026 - 08:09
Gündəlik narahatlıq nə vaxt xəstəliyə çevrilir?17.04.2026 - 08:00
Nazir Quba-Xaçmaz regionu üzrə təhsil işçiləri ilə görüşüb17.04.2026 - 07:54
“Uzunömürlülük: bioloji və texnoloji determinantlar” – Elmi seminar17.04.2026 - 07:45
Türkiyədə məktəbə silahlı hücum edən şagirdin son sözləri 17.04.2026 - 07:36
Bu günün hava proqnozu17.04.2026 - 07:29
ADU-da “Müasir dövrün aktual problemləri” mövzusunda elmi seminar keçirilib17.04.2026 - 07:21
“Sağlam ailə - balanslı karyera – şəxsi inkişaf” mövzusunda tədbir keçirilib17.04.2026 - 07:12
“Qarabağ” 2017-ci ildə Azərbaycan Premyer Liqasının çempionu oldu17.04.2026 - 07:00
Emil Balayev – Azərbaycan futbolunun təcrübəli qapıçılarından biri17.04.2026 - 06:36
Ramiz Mirişli – Azərbaycan musiqi mədəniyyətinə töhfələr vermiş bəstəkar17.04.2026 - 06:18
Bakı Slavyan Universitetində inklüzivlik mövzusunda görüş17.04.2026 - 06:12
Sabir Əhmədli – Azərbaycan nəsrinin görkəmli nümayəndəsi17.04.2026 - 06:00
Baba Pünhan – Azərbaycan qəzəl poeziyasının tanınmış nümayəndəsi17.04.2026 - 05:42
Qeysər Kaşıyeva – Azərbaycan təsviri sənətində ilk qadın rəssamlardan biri17.04.2026 - 05:18
Cənnət Əliyev – SSRİ-nin ilk rəsmi milyonçularından biri kimi tarixə düşən azərbaycanlı17.04.2026 - 05:06
Lütfiyar İmanov – Azərbaycan opera sənətinin unudulmaz səsi17.04.2026 - 04:54
Mehdi Hüseyn – Azərbaycan ədəbiyyatının görkəmli siması17.04.2026 - 04:36
Adilə Şahtaxtinskaya – Azərbaycan tibb tarixində ilk qadın professor17.04.2026 - 04:18
Zülfüqar Hacıbəyov – Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi17.04.2026 - 04:00
Ali təhsil müəssisələrinin prorektorları üçün təlimlərə başlanılıb16.04.2026 - 19:57
Eşqi Bağırov: İnklüziv təhsilə cəlb ediləcək şagirdlərin sayı 500-ü keçəcək 16.04.2026 - 19:54
Sabirabadda iki gəncin meyiti tapılıb 16.04.2026 - 19:49
Sabah 22 dərəcə isti olacaq16.04.2026 - 19:45
TKTA: 2026-cı ilin I rübündə 10 nəfər peşə sənədi əldə edib16.04.2026 - 19:38