Təhsil 365 - Logo Mobile

Beynəlxalq ev-muzeyləri günü münasibətilə klassik musiqi konserti

10517.04.2026 - 14:48
Beynəlxalq ev-muzeyləri günü münasibətilə klassik musiqi konserti

Ev-muzeyləri yalnız tarixi məkan deyil, həm də cəmiyyətin mədəni yaddaşını qoruyan və insanları maarifləndirən mühüm mədəniyyət ocaqlarıdır. Ev-muzeyləri tarixi və mədəni irsin qorunması, maarifləndirmə və təhsil, vətənpərvərlik və milli dəyərlərin təbliği, turizmin inkişafı və mədəniyyətin təbliğində mühüm rol oynayırlar. Artıq 2-ci ildir ki, İtaliyanın Florensiya şəhərində yerləşən “Case della Memoria” Milli Assosiasiyası, Beynəlxalq Muzeylər Şurası (ICOM) DEMHIST (Tarixi Ev-Muzeylər üzrə Beynəlxalq Komitə) və ICLCM (Ədəbiyyat və Bəstəkarlar Muzeyləri üzrə Beynəlxalq Komitə) ilə əməkdaşlıq edərək Beynəlxalq ev-muzeyləri günlərini təşkil edirlər. Bu il Beynəlxalq ev-muzeyləri günləri aprelin 18-19-da qeyd olunacaq. Ölkəmizdə də bir sıra ev-muzeyləri bu tədbirə qoşulub. Bu münasibətlə Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində Beynəlxalq ev-muzeyləri günləri çərçivəsində “Klassik musiqi konserti” keçirilib.

Muzeydən “Tehsil365” ə bildirilib ki, tədbirdə Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbinin şagirdlərinin ifasında möhtəşəm konsert proqramı təqdim olunub. Peşəkar musiqiçilərin ifasında görkəmli bəstəkarlarımız T.Quliyevin “Məhəbbət çırağı”, Ə.Abbasovun “Gənclik rəqsi”, Ü.Hacıbəylinin "Koroğlu" operasından "Cəngi", S.Rüstəmovun “Gözəl Şuşam” kimi əsərləri səsləndirilib.

Bununla yanaşı, tədbir çərçivəsində “Seçilən stil: Mstislav Rostropoviç üçün yaradılanlar” adlı sərginin açılışı da baş tutub. Sərgidə ilk dəfə dünyaşöhrətli violonçelist, dirijor Mstislav Rostropoviçin muzeyin fondunda qorunan unikal geyimləri (kostyumları, köynəkləri, ayaqqabısı və s.) nümayiş olunub.

Tədbirdə qonaq qismində şəhərimizdə fəaliyyət göstərən Ü.Hacıbəyli, N.Nərimanov, S.Vurğun, A.Şaiq və digər ev-muzeylərinin əməkdaşları iştirak ediblər. Çıxış edən qonaqlar ev-muzeylərinin cəmiyyətdəki rolunu və önəmini vurğulayıblar. Eyni zamanda, ev-muzeylərində görülən işlər, bu sahədə əldə olunan nailiyyətlər və mövcud problemlər ətrafında müzakirələr aparılıb.

Zəhra Əliyeva

Xəbər Lenti

Navodya De Silva Böyük Britaniyada ödəniş gecikməsi səbəbindən deportasiya riski ilə üzləşib18.04.2026 - 07:00
Böyük Britaniya valideynləri məktəb naharları ilə bağlı seçim qarşısındadır18.04.2026 - 06:36
London məktəblərində şagird sayı azalır18.04.2026 - 06:18
Şagirdlər məktəb menyusunda dəyişikliklərə etiraz edir18.04.2026 - 06:00
“Qız qalası” baletinin ilk səhnə təqdimatı Azərbaycan musiqi tarixində mühüm hadisə kimi yadda qalıb18.04.2026 - 05:42
Rasim İbrahimov Qarabağ döyüşlərində qəhrəmancasına şəhid olub18.04.2026 - 05:18
İsgəndər Aznaurov – Vətən uğrunda qəhrəmancasına şəhid olan döyüşçü18.04.2026 - 05:06
Araz Abdullayev karyerasını Türkiyədə davam etdirir18.04.2026 - 04:54
Vaqif Cəfərov Qarabağ faciəsində şəhid olan dövlət xadimlərindən biri kimi yad edilir18.04.2026 - 04:36
Şövkət Məmmədova – Azərbaycan opera sənətinin öncül siması18.04.2026 - 04:18
Məcid Behbudov haqqında qısa xəbər18.04.2026 - 04:00
“Yüksəliş”də 10 mindən çox namizəd təkrar iştirak edəcək17.04.2026 - 19:58
BMU-da süni intellektə həsr olunan seminar17.04.2026 - 19:54
Rzeszow Universitetinin nümayəndəsi Azərbaycan Universitetində olub17.04.2026 - 19:48
Bakalavr səviyyəsi üzrə yeni İXTİSAS17.04.2026 - 19:45
“İZ Community”nin təşkilatçılığı ilə təhsil sərgisi - “Study in Kazakhstan”17.04.2026 - 19:42
“AzEdu Təhsil Analitika Mərkəzi” yaradılır - Təhsildə yenilik17.04.2026 - 19:35
Elm və təhsil naziri Qusarda vətəndaşları qəbul edib17.04.2026 - 19:29
LDU-da “Süni intellektlə gələcəyə baxış” adlı forum keçirilib17.04.2026 - 19:24
Kahramanmaraşda hücum baş verən məktəb bağlandı17.04.2026 - 19:17
Məktəblilər arasında şahmat turniri keçirilib17.04.2026 - 19:12
Vətənpərvərlik layihəsinə start verilib17.04.2026 - 19:06
Dövlət və özəl bağçalar arasında əsas fərq nədədir? – Məktəbəqədər təhsil eksperti açıqladı17.04.2026 - 19:02
Rezidenturaya qəbul olmaq istəyənlərin DİQQƏTİNƏ!17.04.2026 - 19:00
Qırğızıstandan Dinara Asanbayeva: Bakıda keçiriləcək Beynəlxalq Xalça Forumu mühüm beynəlxalq platformadır17.04.2026 - 18:57
Gəzərkən artan ağrı bu xəstəliyin ƏLAMƏTİDİR17.04.2026 - 18:57
ABB-nin dəstəyi ilə ADA Universitetində “Karyera Həftəsi”!17.04.2026 - 18:55
Bəzi yerlərdə yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ17.04.2026 - 18:54
Maksimum nəticə göstərən abituriyent: "Heç bir çətinlik yox idi"17.04.2026 - 18:50
Hücumdan sonra həmin məktəb BAĞLANDI17.04.2026 - 18:48
Türkiyənin daha bir məktəbində insident: müəllimə hücum edilib17.04.2026 - 18:48
Komitənin elektron sənəd dövriyyəsi “myGov”da17.04.2026 - 18:45
İmtahandan maksimum nəticə toplayan ABİTURİYENTLƏR17.04.2026 - 18:44
Sabah muzeylərə giriş pulsuz olacaq17.04.2026 - 18:43
Buraxılış imtahanı ilə bağlı apellyasiya vaxtı açıqlandı - Bu müraciətlərə baxılmayacaq17.04.2026 - 18:40
Qonşu ölkədə uşaq bağçalarının fəaliyyəti dayandırıldı17.04.2026 - 18:38
12 nəfər imtahandan xaric olunub -DİM17.04.2026 - 18:36
Bakıda mühüm tibbi konqres keçirildi17.04.2026 - 18:35
Ölkə birincisi BANM-də təhsil almağı arzulayır17.04.2026 - 18:30
15 mart imtahanının nəticələrinin elan olunacağı VAXT17.04.2026 - 18:28
BİZİM TƏQVİM:Aprelin 17-də baş vermiş tarixi hadisələr17.04.2026 - 18:25
Şəkidə Yunus Əmrəyə həsr edilən sənədli filmin təqdimatı olub17.04.2026 - 18:24
Abituriyentlərin NƏZƏRİNƏ – Baş nazirdən ixtisaslarla bağlı QƏRAR17.04.2026 - 18:20
Sabah magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq17.04.2026 - 18:16
İnsanların 95 faizinin yoluxduğu VİRUS – Müalicə üsulu tapıldı17.04.2026 - 18:15
Bahar Xeyriyyə Bazarı – xalqlar arasında mədəni körpü17.04.2026 - 18:08
Layihə rəhbəri: Dövlət Proqramı çərçivəsində 5 illik əmək fəaliyyəti öhdəliyinə münasibət müsbətdir17.04.2026 - 18:02
RADİO Diplom hansı halda TANINMIR?17.04.2026 - 18:00