Təhsil 365 - Logo Mobile

Aşıq Ələsgərin 205 illik yubileyinə həsr edilmiş bədii gecə

7217.04.2026 - 17:36
Aşıq Ələsgərin 205 illik yubileyinə həsr edilmiş bədii gecə

Bakı Dövlət Universitetində “BDU könüllüləri” təşkilatı və “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin birgə təşəbbüsü ilə “Dədə Ələsgər yaradıcılığı: 205 il” adlı bədii gecə keçirilib.

BDU-dan “Tehsil365"ə bildirilib ki, rektor Elçin Babayev görkəmli söz ustadlarının yaradıcılığına həsr olunmuş belə tədbirlərin tələbələrin mənəvi dünyalarının zənginləşməsi və bədii zövqlərinin formalaşmasında xüsusi rol oynadığını qeyd edərək, Aşıq Ələsgər yaradıcılığının xalqımızın ədəbi xəzinəsinin əvəzsiz parçası olduğunu deyib.

BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı Ələmdar Bayramov xalqımızın milli-mənəvi dəyərlərində aşıq yaradıcılığının xüsusi yer tutduğunu və buna dövlət səviyyəsində diqqət göstərildiyini qeyd edib: “Hələ sovet dönəmində bu ənənənin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. 1971-ci ildə Ulu Öndərin təşəbbüsü ilə Aşıq Ələsgərin 150 illik yubileyi Azərbaycanda və keçmiş ittifaq miqyasında qeyd edilib, bu yubiley münasibətilə Qərbi Azərbaycanın Ağkilsə kəndində onun abidəsi ucaldılıb. Xalqımız deportasiyanın üçüncü dalğasına məruz qalanda erməni vandalları onun abidəsini dağıdıblar. 2021-ci ildə Prezident İlham Əliyev tərəfindən Aşıq Ələsgərin adının əbədiləşdirilməsi üçün iki Sərəncam imzalanıb. Onlardan biri Aşıq Ələsgərin 200 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi, digəri Bakının mərkəzində onun abidəsinin ucaldılması ilə bağlı idi. İki il öncə Prezident İlham Əliyevin Aşıq Ələsgərin Bakıda ucaldılan abidəsinin açılış mərasimində iştirakı və “Gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik” fikirlərini ifadə etməsi uzaqgörən, qətiyyətli və güclü siyasətimizin xəritəsinə çevrilib. Həqiqətən də Dədə Ələsgərin misralarının Qərbi Azərbaycanın səmalarına yayılacağı gün uzaqda deyil”.

“Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgərli çıxışında Aşıq Ələsgərin söz sənətinin Nizami, Füzuli, Nəsimi, Vaqif kimi ustad sənətkarlarla birgə yer tutduğunu söyləyib. O, aşığın şeirlərinin dövrün güzgüsünə çevrilərək həqiqətə işıq saldığını vurğulayıb.

Tibb elmləri doktoru, professor İbadulla Ağayev və Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsinin sədri, şair-publisist Ramiz Qusarçaylı çıxışlarında aşığın yaradıcılığından müxtəlif misraları səsləndirib, həyatına dair maraqlı faktları tələbələrlə bölüşüblər.

Tədbirin bədii hissəsində tanınmış aşıqların ifasında “Divani”, “Ruhani”, “Dilqəmi”, “Orta sarıtel” havaları, eləcə də “Güllü” və “Sənin o qara tellərin” kimi musiqi nümunələri təqdim olunub.

Nərmin Mustafayeva

Xəbər Lenti

Kahramanmaraşda hücum baş verən məktəb bağlandı17.04.2026 - 19:17
Məktəblilər arasında şahmat turniri keçirilib17.04.2026 - 19:12
Vətənpərvərlik layihəsinə start verilib17.04.2026 - 19:06
Rezidenturaya qəbul olmaq istəyənlərin DİQQƏTİNƏ!17.04.2026 - 19:00
Qırğızıstandan Dinara Asanbayeva: Bakıda keçiriləcək Beynəlxalq Xalça Forumu mühüm beynəlxalq platformadır17.04.2026 - 18:57
Gəzərkən artan ağrı bu xəstəliyin ƏLAMƏTİDİR17.04.2026 - 18:57
ABB-nin dəstəyi ilə ADA Universitetində “Karyera Həftəsi”!17.04.2026 - 18:55
Bəzi yerlərdə yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ17.04.2026 - 18:54
Maksimum nəticə göstərən abituriyent: "Heç bir çətinlik yox idi"17.04.2026 - 18:50
Hücumdan sonra həmin məktəb BAĞLANDI17.04.2026 - 18:48
Türkiyənin daha bir məktəbində insident: müəllimə hücum edilib17.04.2026 - 18:48
Komitənin elektron sənəd dövriyyəsi “myGov”da17.04.2026 - 18:45
İmtahandan maksimum nəticə toplayan ABİTURİYENTLƏR17.04.2026 - 18:44
Sabah muzeylərə giriş pulsuz olacaq17.04.2026 - 18:43
Buraxılış imtahanı ilə bağlı apellyasiya vaxtı açıqlandı - Bu müraciətlərə baxılmayacaq17.04.2026 - 18:40
Qonşu ölkədə uşaq bağçalarının fəaliyyəti dayandırıldı17.04.2026 - 18:38
12 nəfər imtahandan xaric olunub -DİM17.04.2026 - 18:36
Bakıda mühüm tibbi konqres keçirildi17.04.2026 - 18:35
Ölkə birincisi BANM-də təhsil almağı arzulayır17.04.2026 - 18:30
15 mart imtahanının nəticələrinin elan olunacağı VAXT17.04.2026 - 18:28
BİZİM TƏQVİM:Aprelin 17-də baş vermiş tarixi hadisələr17.04.2026 - 18:25
Şəkidə Yunus Əmrəyə həsr edilən sənədli filmin təqdimatı olub17.04.2026 - 18:24
Abituriyentlərin NƏZƏRİNƏ – Baş nazirdən ixtisaslarla bağlı QƏRAR17.04.2026 - 18:20
Sabah magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq17.04.2026 - 18:16
İnsanların 95 faizinin yoluxduğu VİRUS – Müalicə üsulu tapıldı17.04.2026 - 18:15
Bahar Xeyriyyə Bazarı – xalqlar arasında mədəni körpü17.04.2026 - 18:08
Layihə rəhbəri: Dövlət Proqramı çərçivəsində 5 illik əmək fəaliyyəti öhdəliyinə münasibət müsbətdir17.04.2026 - 18:02
RADİO Diplom hansı halda TANINMIR?17.04.2026 - 18:00
Yutubda artıq bu da mümkündür17.04.2026 - 17:55
Naxçıvanda beş yeni körpələr evi tikiləcək17.04.2026 - 17:55
Martın 9-da keçirilmiş buraxılış imtahanının nəticələri açıqlanıb: 3 nəfər maksimal bal toplayıb17.04.2026 - 17:52
Nazir müavini Azərbaycan-Rusiya Dövlət Komissiyasının iclasında iştirak edib17.04.2026 - 17:45
Buraxılış imtahanının nəticələri elan olundu17.04.2026 - 17:45
“Kimya problemləri” jurnalı SJR reytinqində Q3 kateqoriyasında yer alıb17.04.2026 - 17:44
Qazax–Tovuz bölgəsinin məktəblərində “Günün qalibi” layihəsi həyata keçirilir17.04.2026 - 17:35
Psixoloq: Gənclər buna görə valideyn olmaq istəmirlər17.04.2026 - 17:35
BDU-da “CareerPlus” inkişaf proqramına dair infosessiya17.04.2026 - 17:26
BSU-da BMT-nin sülh elçisi ilə görüş keçirilib17.04.2026 - 17:25
Sabah yollarda duman səbəbindən hərəkət çətinləşəcək17.04.2026 - 17:20
“Heydər Əliyev mühazirələri” layihəsinin növbəti qonağı Bahar Muradova olub17.04.2026 - 17:18
AzTU Gəbzə Texniki Universiteti ilə ikili diplom proqramına başlayır17.04.2026 - 17:15
Paytaxt məktəblisi buraxılış imtahanında maksimum nəticə göstərib17.04.2026 - 17:12
BDU-da Xaraba Gilanda aparılmış son arxeoloji qazıntıların nəticələri təqdim olunub17.04.2026 - 17:06
Emin Əmrullayev Qusarda məktəbdə tədris prosesi ilə tanış olub17.04.2026 - 17:05
“Fast food dəridə ciddi problemlərə yol aça bilər” – Dermatoloq Ramil Qocayev17.04.2026 - 17:05
ADA tələbəsi Kembricdə MPhil proqramına qəbul olunan ilk azərbaycanlı oldu17.04.2026 - 17:00
“Yüksəliş”ə qatılanların yarıdan çoxu dövlət qurumlarında çalışır17.04.2026 - 16:55