Elm və Təhsil Nazirliyinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti bəzi ixtisasların təsnifatında dəyişiklik edib.
“Tehsil365“ xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Qərara əsasən, “Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların Təsnifatı”na "Daşınmaz əmlakın idarə olunması" ixtisası əlavə olunub.

