Təhsil 365 - Logo Mobile

BSU-da BMT-nin sülh elçisi ilə görüş keçirilib

9217.04.2026 - 17:25
BSU-da BMT-nin sülh elçisi ilə görüş keçirilib

Bakı Slavyan Universitetində (BSU) “Autizm aylığı” və “İnklüziv təhsildən inklüziv cəmiyyətə: dayanıqlı və inklüziv universitet modeli” (İTİC 2026) IV beynəlxalq elmi konfransı çərçivəsində Birləşmiş Millətlər Təşkilatının sülh elçisi, hüquqşünas, inklüzivlik təşəbbüslərinin fəal təbliğatçısı, "Buğda dənəsi" filmi ilə milyonlarla insana ümid va motivasiya bəxş edən Sərkan Bayramla görüş keçirilib.

“Tehsil365“ xəbər verir ki ,Universitetdən bildirilib ki, görüşdə BSU-nun rektoru Anar Nağıyev, müxtəlif ali təhsil müəssisələrinin tələbələri, professor-müəllim heyəti iştirak ediblər.

BSU-nun rektoru Anar Nağıyev çıxışında qeyd edib ki, ölkəmizdə autizm spektr pozuntulu şəxslərlə işin təşkili istiqamətində mühüm addımlar atılır. Bu sahədə həyata keçirilən layihələr, qəbul olunan dövlət proqramları və xüsusilə Heydər Əliyev Fondu tərəfindən reallaşdırılan təşəbbüslər böyük əhəmiyyət daşıyır. Həmçinin, ölkəmizin birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən göstərilən diqqət və qayğı bu sahənin inkişafında mühüm əhəmiyyət kəsb edir. Rektor bildirib ki, keçirilən film nümayişi yalnız bir insanın həyat hekayəsini əks etdirmir, eyni zamanda cəmiyyətə ünvanlanan mühüm qlobal çağırışı ifadə edir.

A.Nağıyev vurğulayıb ki, bu tədbirin keçirildiyi günün həm də simvolik əhəmiyyəti var, belə ki, bu gün görkəmli azərbaycanlı alim, akademik Zərifə Əliyevanın anım günüdür. Rektor qeyd edib ki, akademikin tibb elminə verdiyi böyük töhfələr, elmi irsi və fəaliyyəti insanlığın inkişafına xidmət edən missiyanı özündə əks etdirir. 

BSU-nun inklüziv təhsilin təmin edilməsi istiqamətində müxtəlif təşəbbüsləri həyata keçirdiyini qeyd edən rektor bu təşəbbüslər çərçivəsində əsas məqsədlərdən birinin də geniş müzakirə platformalarının yaradılması olduğunu qeyd edib. Bildirilib ki, BSU artıq həm ölkə daxilində, həm də beynəlxalq əməkdaşlıqlar çərçivəsində tərəfdaşlarla birlikdə belə bir platforma formalaşdırılıb. Həmçinin A.Nağıyev univetsitetdə keçiriləcək IV Beynəlxalq “İnklüziv təhsildən inklüziv cəmiyyətə” konfransının da bu istiqamətdə mühüm addımlardan biri olduğunu diqqətə çatdırıb.

A.Nağıyev vurğulayıb ki, inklüzivliyin əsasında əməkdaşlıq dayanır, çünki inklüzivlik hər kəs üçün bərabər imkanların və əlçatanlığın təmin olunmasını nəzərdə tutur və bu məqsədə yalnız birgə əməkdaşlıq sayəsində nail olmaq mümkündür. Rektor qeyd edib ki, bu əməkdaşlıq hər bir fərdin öz bacarıqları – istər təbii, istərsə də sonradan qazandığı imkanlar çərçivəsində cəmiyyətə inteqrasiyasını təmin edir, Azərbaycan təhsilində inklüzivliyin inkişafı da məhz bu bərabərlik prinsiplərinə əsaslanır. 

Sərkan Bayram “Buğda dənəsi” adlı layihənin onun həyat yolunu simvolizə etdiyini diqqətə çatdırıb. S.Bayram Ərzincanın dağ kəndində dünyaya gəldiyini, uşaqlıq və gənclik illərində bir sıra çətinliklərlə üzləşdiyini, lakin bütün bunlara baxmayaraq həyat mübarizəsindən geri çəkilmədiyini bildirib. O, ali təhsilini İstanbul Universitetinin Hüquq Fakültəsində başa vurduğunu, hakimlik imtahanına daxil olduğunu, lakin müəyyən məhdudiyyət səbəbilə bu prosesdən kənarlaşdırıldığını diqqətə çatdırıb.Sərkan Bayram həmin dövrü həyatında dərin iz buraxan bir mərhələ kimi xarakterizə edərək, yaşadığı çətinliklərin onu daha da gücləndirdiyini və ictimai fəaliyyətə yönəlməsinə səbəb olduğunu bildirib. O, filmlərdən və şəxsi təcrübəsindən ilham alaraq gələcəkdə hüquqi maneələrin aradan qaldırılması və əlilliyi olan şəxslərin dövlət idarəçiliyində daha geniş təmsil olunması üçün mübarizə aparmaq qərarına gəldiyini qeyd edib. Onun sözlərinə görə, görülən işlər nəticəsində artıq əlilliyi olan şəxslərin hakim kimi fəaliyyət göstərməsi mümkün olub.

Qonaq çıxışında “İnsanlığı yaşat ki, dövlət yaşasın” prinsipinin vacibliyini vurğulayıb və “Buğda dənəsi” layihəsinin yalnız bir film deyil, eyni zamanda beynəlxalq miqyasda sosial məsuliyyət təşəbbüsü olduğunu qeyd edib. Filmin bir çox ölkədə nümayiş etdirildiyini və insanlara ilham verdiyini bildirib, gənclərə müraciət edərək xəyallarından imtina etməmələrini, çətinliklər qarşısında mübarizəni dayandırmamalarını tövsiyə edib.

Çıxışının sonunda o, cəmiyyətdə inklüzivliyin artırılmasının vacibliyini qeyd edərək, əlilliyi olan şəxslərin yalnız qanunvericilikdə deyil, həm də icra hakimiyyəti, diplomatiya və digər sahələrdə daha geniş təmsil olunmasının vacibliyini bildirib. O, bu istiqamətdə beynəlxalq səviyyədə təşəbbüslərin davam etdirildiyini vurğulayaraq çıxışını “heç vaxt vaz keçməyəcəyik, daim mübarizə aparacağıq” sözləri ilə yekunlaşdırıb.

Mehriban İbadova

Xəbər Lenti

“Yüksəliş”də 10 mindən çox namizəd təkrar iştirak edəcək17.04.2026 - 19:58
BMU-da süni intellektə həsr olunan seminar17.04.2026 - 19:54
Rzeszow Universitetinin nümayəndəsi Azərbaycan Universitetində olub17.04.2026 - 19:48
Bakalavr səviyyəsi üzrə yeni İXTİSAS17.04.2026 - 19:45
“İZ Community”nin təşkilatçılığı ilə təhsil sərgisi - “Study in Kazakhstan”17.04.2026 - 19:42
“AzEdu Təhsil Analitika Mərkəzi” yaradılır - Təhsildə yenilik17.04.2026 - 19:35
Elm və təhsil naziri Qusarda vətəndaşları qəbul edib17.04.2026 - 19:29
LDU-da “Süni intellektlə gələcəyə baxış” adlı forum keçirilib17.04.2026 - 19:24
Kahramanmaraşda hücum baş verən məktəb bağlandı17.04.2026 - 19:17
Məktəblilər arasında şahmat turniri keçirilib17.04.2026 - 19:12
Vətənpərvərlik layihəsinə start verilib17.04.2026 - 19:06
Dövlət və özəl bağçalar arasında əsas fərq nədədir? – Məktəbəqədər təhsil eksperti açıqladı17.04.2026 - 19:02
Rezidenturaya qəbul olmaq istəyənlərin DİQQƏTİNƏ!17.04.2026 - 19:00
Gəzərkən artan ağrı bu xəstəliyin ƏLAMƏTİDİR17.04.2026 - 18:57
Qırğızıstandan Dinara Asanbayeva: Bakıda keçiriləcək Beynəlxalq Xalça Forumu mühüm beynəlxalq platformadır17.04.2026 - 18:57
ABB-nin dəstəyi ilə ADA Universitetində “Karyera Həftəsi”!17.04.2026 - 18:55
Bəzi yerlərdə yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ17.04.2026 - 18:54
Maksimum nəticə göstərən abituriyent: "Heç bir çətinlik yox idi"17.04.2026 - 18:50
Türkiyənin daha bir məktəbində insident: müəllimə hücum edilib17.04.2026 - 18:48
Hücumdan sonra həmin məktəb BAĞLANDI17.04.2026 - 18:48
Komitənin elektron sənəd dövriyyəsi “myGov”da17.04.2026 - 18:45
İmtahandan maksimum nəticə toplayan ABİTURİYENTLƏR17.04.2026 - 18:44
Sabah muzeylərə giriş pulsuz olacaq17.04.2026 - 18:43
Buraxılış imtahanı ilə bağlı apellyasiya vaxtı açıqlandı - Bu müraciətlərə baxılmayacaq17.04.2026 - 18:40
Qonşu ölkədə uşaq bağçalarının fəaliyyəti dayandırıldı17.04.2026 - 18:38
12 nəfər imtahandan xaric olunub -DİM17.04.2026 - 18:36
Bakıda mühüm tibbi konqres keçirildi17.04.2026 - 18:35
Ölkə birincisi BANM-də təhsil almağı arzulayır17.04.2026 - 18:30
15 mart imtahanının nəticələrinin elan olunacağı VAXT17.04.2026 - 18:28
BİZİM TƏQVİM:Aprelin 17-də baş vermiş tarixi hadisələr17.04.2026 - 18:25
Şəkidə Yunus Əmrəyə həsr edilən sənədli filmin təqdimatı olub17.04.2026 - 18:24
Abituriyentlərin NƏZƏRİNƏ – Baş nazirdən ixtisaslarla bağlı QƏRAR17.04.2026 - 18:20
Sabah magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq17.04.2026 - 18:16
İnsanların 95 faizinin yoluxduğu VİRUS – Müalicə üsulu tapıldı17.04.2026 - 18:15
Bahar Xeyriyyə Bazarı – xalqlar arasında mədəni körpü17.04.2026 - 18:08
Layihə rəhbəri: Dövlət Proqramı çərçivəsində 5 illik əmək fəaliyyəti öhdəliyinə münasibət müsbətdir17.04.2026 - 18:02
RADİO Diplom hansı halda TANINMIR?17.04.2026 - 18:00
Naxçıvanda beş yeni körpələr evi tikiləcək17.04.2026 - 17:55
Yutubda artıq bu da mümkündür17.04.2026 - 17:55
Martın 9-da keçirilmiş buraxılış imtahanının nəticələri açıqlanıb: 3 nəfər maksimal bal toplayıb17.04.2026 - 17:52
Nazir müavini Azərbaycan-Rusiya Dövlət Komissiyasının iclasında iştirak edib17.04.2026 - 17:45
Buraxılış imtahanının nəticələri elan olundu17.04.2026 - 17:45
“Kimya problemləri” jurnalı SJR reytinqində Q3 kateqoriyasında yer alıb17.04.2026 - 17:44
Aşıq Ələsgərin 205 illik yubileyinə həsr edilmiş bədii gecə17.04.2026 - 17:36
Qazax–Tovuz bölgəsinin məktəblərində “Günün qalibi” layihəsi həyata keçirilir17.04.2026 - 17:35
Psixoloq: Gənclər buna görə valideyn olmaq istəmirlər17.04.2026 - 17:35
BDU-da “CareerPlus” inkişaf proqramına dair infosessiya17.04.2026 - 17:26