Aprelin 16-da elm və təhsil nazirinin müavini Firudin Qurbanov Zəngilan şəhərində keçirilmiş Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasında iştirak edib.
“Tehsil365“ xəbər verir ki, iclasda iki ölkə arasında ticarət-iqtisadi, nəqliyyat, sənaye, təhsil və digər sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və potensial əməkdaşlıq imkanları müzakirə olunub.
Yekunda komissiyanın həmsədrləri tərəfindən iclasın nəticələrinə dair protokol imzalanıb.
Həmçinin Hökumətlərarası Dövlət Komissiyasının iclası çərçivəsində elm və təhsil nazirinin müavini Firudin Qurbanov ilə Rusiya Federasiyasının maarif nazirinin müavini Andrey Korneyev arasında görüş keçirilib. Görüş zamanı ümumi təhsil sahəsində əlaqələrin cari vəziyyəti və əməkdaşlıq perspektivləri müzakirə olunub.

