Azərbaycan muğam sənətinin görkəmli nümayəndələrindən biri olan Məcid Behbudov milli musiqi tariximizdə özünəməxsus yer tutur.
“Tehsil365” xəbər verir ki, O, 18 aprel 1873-cü ildə Şuşa şəhərində anadan olmuş, zəngin musiqi mühitində yetişərək xanəndəlik sənətinin incəliklərini dərindən mənimsəmişdir.
Məcid Behbudov öz dövründə muğam ifaçılığı ilə tanınmış, səsi və ifa tərzi ilə dinləyicilərin rəğbətini qazanmışdır. Onun fəaliyyəti Azərbaycan muğam məktəbinin inkişafına mühüm töhfə verib. Sənətkar həm də milli musiqi ənənələrinin qorunub saxlanılmasında əhəmiyyətli rol oynayıb.
O, ömrünün son illərini Qazax bölgəsində keçirmiş və 6 sentyabr 1945-ci ildə vəfat etmişdir. Məcid Behbudovun yaradıcılığı bu gün də Azərbaycan musiqi irsinin dəyərli hissəsi kimi xatırlanır.

