Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynamış Vaqif Cəfərov 18 aprel 1949-cu ildə Şuşa şəhərində anadan olub.
“Tehsil365” xəbər verir ki, O, müxtəlif illərdə məsul vəzifələrdə çalışaraq SSRİ Ali Sovetinin üzvü, SSRİ xalq deputatı kimi fəaliyyət göstərib, həmçinin Azərbaycan KP Şuşa rayon Komitəsinin birinci katibi olub.
Vaqif Cəfərov Dağlıq Qarabağ Vilayəti üzrə Respublika təşkilat komitəsinin sədr müavini və Azərbaycan Respublikası sənaye-tikinti nazirinin müavini vəzifələrində də çalışaraq ölkənin idarəçiliyində fəal iştirak edib.
1991-ci il 20 noyabr tarixində Qarabağ bölgəsində baş verən faciəli hadisə nəticəsində o, həyatını itirib. Dövlət rəsmilərini daşıyan Mi-8 hərbi vertolyotu Qarakənd yaxınlığında vurulub və bu hadisə Azərbaycan tarixində ağır itkilərlə yadda qalıb.
Vaqif Cəfərovun fəaliyyəti və xatirəsi bu gün də ölkənin ictimai-siyasi tarixində önəmli yer tutur.

