Azərbaycanın Milli Qəhrəmanı Rasim Səxavət oğlu İbrahimov Birinci Qarabağ müharibəsində göstərdiyi igidliklə yadda qalan qəhrəmanlardan biridir.
“Tehsil365” xəbər verir ki, O, 18 aprel 1962-ci ildə Çilov adasında anadan olub və Vətən torpaqlarının müdafiəsi uğrunda döyüşlərdə fəal iştirak edib.
Rasim İbrahimov cəbhə bölgəsində göstərdiyi cəsarət və fədakarlıqla silahdaşlarının hörmətini qazanıb. O, ən çətin anlarda belə geri çəkilməyərək düşmənə qarşı mübarizəsini davam etdirib.
1992-ci il 28 iyun tarixində Tuğ istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Göstərdiyi şücaətə görə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb.
Rasim İbrahimovun xatirəsi bu gün də dərin ehtiramla anılır və onun qəhrəmanlıq yolu gələcək nəsillərə nümunə kimi təqdim olunur.

