1940-cı ildə görkəmli bəstəkar Əfrasiyab Bədəlbəyli tərəfindən yazılmış “Qız qalası” baleti ilk dəfə tamaşaçılara təqdim olunub.
“Tehsil365” xəbər verir ki, Premyera Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı səhnəsində baş tutaraq milli mədəniyyət tarixində əlamətdar hadisəyə çevrilib.
Bu balet Azərbaycan musiqi tarixində ilk milli balet nümunələrindən biri hesab olunur. Əsər həm musiqi quruluşu, həm də səhnə həlli baxımından yenilikçi yanaşması ilə seçilib və geniş tamaşaçı marağına səbəb olub.
“Qız qalası” baleti sonrakı illərdə dəfələrlə səhnələşdirilərək Azərbaycan balet sənətinin inkişafında mühüm rol oynayıb və bu gün də klassik irs kimi dəyərləndirilir.

