Təhsil 365 - Logo Mobile

Komitənin elektron sənəd dövriyyəsi “myGov”da

7917.04.2026 - 18:45
Komitənin elektron sənəd dövriyyəsi “myGov”da

“Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə Prezident İlham Əliyevin dövlət xidmətlərinin “myGov” elektron hökumət portalı üzərindən həyata keçirilməsi ilə bağlı verdiyi tapşırığa uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi də məqsədyönlü iş aparır. Nəticədə məmur-vətəndaş təması aradan qaldırılır, şəffaflıq mühiti yaradılır.”

Tehsil365” xəbər verir ki, Dövlət Komitəsi ölkə rəhbərinin tələblərini yerinə yetirərək, vətəndaşların müraciətlərinə həssaslıq göstərir, müasir texnoloji yeniliklərdən istifadə etməklə bu sahədə işin daha da təkmilləşdirilməsi istiqamətində tədbirlər həyata keçirir.

Belə tədbirlərdən biri komitənin daxili elektron sənəd dövriyyəsi sistemi (ESD) ilə myGov platforması arasında inteqrasiyanın başa çatdırılmasıdır. Bu ilin aprel ayından tətbiqinə başlanan yeni elektron xidmət vətəndaşların vaxtına, komitənin isə resurslarına qənaət olunmasına şərait yaradır.

Qeyd edək ki, indiyədək ərizə, müraciət, təkliflərlə bağlı vətəndaşlar poçt, elektron resurslar ( elektron poçt, Dövlət Komitəsinin rəsmi facebook və instagram hesablarının mesaj bölməsi), yaxud müvəqqəti qeydiyyatda olduqları rayonlar üzrə komitənin nümayəndəlikləri vasitəsi ilə komitəyə müraciət edirdilər. “MyGov” platformasına inteqrasiya vətəndaşlara, heç bir yerə getmədən, internet üzərindən müraciət etmək və cavab almaq imkanı verir. Bunun üçün “myGov” portalında şəxsi kabinetə 5 üsuldan birini seçməklə ( “İdentifikasiya nömrəsi ilə”, “SİMA Rəqəmsal İmza”, “SİMA Token (Elektron İmza)”, “ASAN İmza”, “Elektron İmza”, “BSXM – Elektron İmza”) daxil olmaq mümkündür.

Portala daxil olduqdan sonra Ana səhifədə yerləşən müraciət bölməsindən “Dövlət qurumlarına müraciət” seçilir. Açılan bölmədə “Müraciət et” düyməsi klik edilir. Dövlət qurumlarının siyahısından Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi seçilir, “müraciətin tipi” - ərizə, şikayət, təklif, sorğu - müəyyənləşdirilir. Daha sonra müraciət mətni daxil edilir. Müraciətə əlavə edilməsi istənilən digər sənədlərin zəruri bölməyə yükləndikdən sonra “Davam et” düyməsi seçilir. Bu zaman vətəndaşın fərdi elektron poçt ünvanı və əlaqə nömrəsi qeyd edilir.

Müraciət birbaşa komitənin daxili ESD sisteminə daxil olur, burada qeydiyyata alınaraq aidiyyəti struktur bölmələr üzrə icraya yönləndirilir. Müraciətlərə baxıldıqdan sonra hazırlanmış cavablar isə sistem üzərindən yenidən vətəndaşın “myGov” platformasındakı şəxsi kabinetinə göndərilir. Beləliklə, vətəndaş müraciətinin qəbulu, icrası və cavablandırılması üzrə vahid, çevik və şəffaf elektron mübadilə mexanizmi formalaşdırılmış olur.

Sözügedən inteqrasiya “Böyük Qayıdış” Proqramının məqsədləri baxımından da xüsusi əhəmiyyət daşıyır. Belə ki, azad edilmiş ərazilərə qayıdan və qayıdış prosesinə cəlb olunan vətəndaşların dövlət xidmətlərinə operativ çıxışının təmin olunması, onların müraciətlərinin çevik və sistemli qaydada qəbul edilməsi, sosial və inzibati məsələlərin elektron qaydada daha rahat həll olunması, ümumilikdə qayıdış və uyğunlaşma prosesinin daha səmərəli təşkili baxımından bu inteqrasiya praktiki əhəmiyyətə malikdir. Bu yanaşma dövlət-vətəndaş münasibətlərinin müasir rəqəmsal platformalar üzərindən qurulmasını gücləndirməklə “Böyük Qayıdış” Proqramının icrasına da əlavə dəstək verir.

Fatimə Cəfərzadə

Xəbər Lenti

“Yüksəliş”də 10 mindən çox namizəd təkrar iştirak edəcək17.04.2026 - 19:58
BMU-da süni intellektə həsr olunan seminar17.04.2026 - 19:54
Rzeszow Universitetinin nümayəndəsi Azərbaycan Universitetində olub17.04.2026 - 19:48
Bakalavr səviyyəsi üzrə yeni İXTİSAS17.04.2026 - 19:45
“İZ Community”nin təşkilatçılığı ilə təhsil sərgisi - “Study in Kazakhstan”17.04.2026 - 19:42
“AzEdu Təhsil Analitika Mərkəzi” yaradılır - Təhsildə yenilik17.04.2026 - 19:35
Elm və təhsil naziri Qusarda vətəndaşları qəbul edib17.04.2026 - 19:29
LDU-da “Süni intellektlə gələcəyə baxış” adlı forum keçirilib17.04.2026 - 19:24
Kahramanmaraşda hücum baş verən məktəb bağlandı17.04.2026 - 19:17
Məktəblilər arasında şahmat turniri keçirilib17.04.2026 - 19:12
Vətənpərvərlik layihəsinə start verilib17.04.2026 - 19:06
Dövlət və özəl bağçalar arasında əsas fərq nədədir? – Məktəbəqədər təhsil eksperti açıqladı17.04.2026 - 19:02
Rezidenturaya qəbul olmaq istəyənlərin DİQQƏTİNƏ!17.04.2026 - 19:00
Qırğızıstandan Dinara Asanbayeva: Bakıda keçiriləcək Beynəlxalq Xalça Forumu mühüm beynəlxalq platformadır17.04.2026 - 18:57
Gəzərkən artan ağrı bu xəstəliyin ƏLAMƏTİDİR17.04.2026 - 18:57
ABB-nin dəstəyi ilə ADA Universitetində “Karyera Həftəsi”!17.04.2026 - 18:55
Bəzi yerlərdə yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ17.04.2026 - 18:54
Maksimum nəticə göstərən abituriyent: "Heç bir çətinlik yox idi"17.04.2026 - 18:50
Türkiyənin daha bir məktəbində insident: müəllimə hücum edilib17.04.2026 - 18:48
Hücumdan sonra həmin məktəb BAĞLANDI17.04.2026 - 18:48
İmtahandan maksimum nəticə toplayan ABİTURİYENTLƏR17.04.2026 - 18:44
Sabah muzeylərə giriş pulsuz olacaq17.04.2026 - 18:43
Buraxılış imtahanı ilə bağlı apellyasiya vaxtı açıqlandı - Bu müraciətlərə baxılmayacaq17.04.2026 - 18:40
Qonşu ölkədə uşaq bağçalarının fəaliyyəti dayandırıldı17.04.2026 - 18:38
12 nəfər imtahandan xaric olunub -DİM17.04.2026 - 18:36
Bakıda mühüm tibbi konqres keçirildi17.04.2026 - 18:35
Ölkə birincisi BANM-də təhsil almağı arzulayır17.04.2026 - 18:30
15 mart imtahanının nəticələrinin elan olunacağı VAXT17.04.2026 - 18:28
BİZİM TƏQVİM:Aprelin 17-də baş vermiş tarixi hadisələr17.04.2026 - 18:25
Şəkidə Yunus Əmrəyə həsr edilən sənədli filmin təqdimatı olub17.04.2026 - 18:24
Abituriyentlərin NƏZƏRİNƏ – Baş nazirdən ixtisaslarla bağlı QƏRAR17.04.2026 - 18:20
Sabah magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq17.04.2026 - 18:16
İnsanların 95 faizinin yoluxduğu VİRUS – Müalicə üsulu tapıldı17.04.2026 - 18:15
Bahar Xeyriyyə Bazarı – xalqlar arasında mədəni körpü17.04.2026 - 18:08
Layihə rəhbəri: Dövlət Proqramı çərçivəsində 5 illik əmək fəaliyyəti öhdəliyinə münasibət müsbətdir17.04.2026 - 18:02
RADİO Diplom hansı halda TANINMIR?17.04.2026 - 18:00
Naxçıvanda beş yeni körpələr evi tikiləcək17.04.2026 - 17:55
Yutubda artıq bu da mümkündür17.04.2026 - 17:55
Martın 9-da keçirilmiş buraxılış imtahanının nəticələri açıqlanıb: 3 nəfər maksimal bal toplayıb17.04.2026 - 17:52
Buraxılış imtahanının nəticələri elan olundu17.04.2026 - 17:45
Nazir müavini Azərbaycan-Rusiya Dövlət Komissiyasının iclasında iştirak edib17.04.2026 - 17:45
“Kimya problemləri” jurnalı SJR reytinqində Q3 kateqoriyasında yer alıb17.04.2026 - 17:44
Aşıq Ələsgərin 205 illik yubileyinə həsr edilmiş bədii gecə17.04.2026 - 17:36
Qazax–Tovuz bölgəsinin məktəblərində “Günün qalibi” layihəsi həyata keçirilir17.04.2026 - 17:35
Psixoloq: Gənclər buna görə valideyn olmaq istəmirlər17.04.2026 - 17:35
BDU-da “CareerPlus” inkişaf proqramına dair infosessiya17.04.2026 - 17:26
BSU-da BMT-nin sülh elçisi ilə görüş keçirilib17.04.2026 - 17:25