Təhsil 365 - Logo Mobile

“Tarixi irsdən gələcək şəhərə”: Azərbaycanda memarlıq irsinin qorunması və inkişafı müzakirə olunub

7518.04.2026 - 17:22
“Tarixi irsdən gələcək şəhərə”: Azərbaycanda memarlıq irsinin qorunması və inkişafı müzakirə olunub

“Pir Hüseyn Xanəgahı” Tarix-Memarlıq Qoruğunda Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Azərbaycan Memarlıq və İnşaat Universitetinin təşkilatçılığı ilə “Tarixi irsdən gələcək şəhərə: Azərbaycanın memarlıq irsinin qorunması və inkişafı” adlı elmi konfrans keçirilib.

Bu barədə “Tehsil365"ə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunan tədbir Azərbaycanın zəngin və çoxşaxəli memarlıq irsinin qorunması strategiyalarının müzakirəsi, mövcud problemlərin və perspektivlərin müəyyənləşdirilməsi, həmçinin elmi-praktiki biliklərin mübadiləsi məqsədi daşıyır.

Tədbirdə çıxış edən Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün ölkəmizdə geniş qeyd olunmasının əhəmiyyətindən danışıb. Bildirib ki, bu əlamətdar gün münasibətilə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən tarix-mədəniyyət qoruqlarında və muzeylərdə “açıq qapı” günü təşkil edilib və 18 aprel tarixində ziyarətçilərin həmin məkanlara ödənişsiz girişi təmin edilib.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə xalqımızın tarixinin öyrənilməsi, tarixi və mədəni irsinin qorunub saxlanılması sahəsində böyük işlər görüldüyü diqqətə çatdırılıb. Qeyd olunub ki, bu sahəyə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva da xüsusi diqqət göstərir. Ölkə başçısı tərəfindən mədəni irsimizin qorunması, bərpası-konservasiyası, eləcə də idarə olunmasında səmərəliliyin artırılması istiqamətində imzalanan fərman və sərəncamlar bunun bariz nümunəsidir.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova memarlıq irsinin yalnız keçmişin yadigarı deyil, həm də gələcəyin şəhərsalma konsepsiyalarının əsasını təşkil etdiyini qeyd edib. Vurğulayıb ki, müasir memarlıq yanaşmaları milli irsin qorunması ilə uzlaşdırılmalı, tələbə və gənc mütəxəssislər bu istiqamətdə innovativ və məsuliyyətli yanaşma nümayiş etdirməlidirlər.

Daha sonra “Qarabağda işğal dövründə memarlıq irsinin dağıdılması, saxtalaşdırılması və beynəlxalq hüquqi qiymətləndirilməsi”, “Azərbaycan memarlıq abidələrinin diaqnostikası və konstruktiv möhkəmləndirilməsində müasir metodların tətbiqi”, “Memarlıq irsinin müasir metodlarla tədqiqi, qorunması və bərpası”, “İqlim dəyişiklikləri şəraitində tarixi binaların və ərazilərin qorunması” və digər mövzularda məruzələr dinlənilib. Çıxış edənlər ölkəmizdə mövcud olan zəngin memarlıq irsinin tədqiqi, qorunması və bərpa-konservasiyasının aktual məsələlərinə diqqət çəkiblər.

Tədbir iştirakçıları sonda qoruq ərazisində yerləşən tarixi abidələrlə tanış olublar. Bildirilib ki, Hacıqabul rayonunun Qubalı Baloğlan kəndində, 60 hektarlıq ərazidə yerləşən, ümumilikdə 7 abidəni əhatə edən “Pir Hüseyn Xanəgahı” Tarix-Memarlıq Qoruğu 2004-cü ildə yaradılıb. Pir Hüseyn xanəgahı XI-XII əsrlərə aid ölkə əhəmiyyətli tarix-memarlıq abidəsidir. Xanəgah kompleksinə türbə, məscid, minarə, ziyarətçilərin qalması üçün bina və yardımçı tikililər, həmçinin abidəni əhatə edən qala divarları, karvansara, Orta əsrlərə aid hücrələr və qədim qəbiristanlıq daxildir.

Qeyd edək ki, hər il aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub.

Nərmin Mustafayeva

Xəbər Lenti

​2 rəsmi bayramı LƏĞV ETDİLƏR18.04.2026 - 19:58
3 yaşlı körpə dördüncü mərtəbədən yıxılaraq ölüb18.04.2026 - 19:54
Nəticəsindən şikayət edənlər apellyasiyaya verə bilər - qeydiyyat VAXTI18.04.2026 - 19:46
Məktəbdə yanğın: şagirdlər təxliyə edildi 18.04.2026 - 19:44
Bahar günəşi dərinizə ciddi zərər verə bilər18.04.2026 - 19:38
El Qrekonun əsəri ilə bağlı şok kəşf: Süni intellekt həqiqəti üzə çıxardı18.04.2026 - 19:32
ETN və peşə assosiasiyaları arasında əməkdaşlıq müzakirə olunub18.04.2026 - 19:25
Azərbaycan və Rusiya arasında təhsil əməkdaşlığı müzakirə olundu18.04.2026 - 19:18
Sabah 24 dərəcə isti olacaq18.04.2026 - 19:14
Bəzi valideynlər uşaqlarını həddindən artıq ərköyün böyüdür18.04.2026 - 19:08
Uşaqlar erkən yaşda daha yaxşı nəyi öyrənir: dillər, davranış, yoxsa emosiyalar? – Məktəbəqədər təhsil eksperti açıqladı18.04.2026 - 19:02
Məktəbəqədər təhsil cəmiyyətin gələcəyinin formalaşmasında mühüm rol oynayır – Rektor18.04.2026 - 19:00
Bağça müəllimləri üçün sertifikasiya qaydaları tezliklə ELAN EDİLƏCƏK18.04.2026 - 18:56
"Məktəbəqədər təhsil ömür boyu inkişafa təsir göstərir”– Anar Nağıyev18.04.2026 - 18:50
Yer kürəsində maqnit fırtınası başlayıb18.04.2026 - 18:48
Emin Əmrullayevdən “Neftçi”yə dəstək paylaşımı18.04.2026 - 18:44
Deputat: Bəzən müəllim uşağı tərbiyə etməyə çalışır, lakin valideyn buna mane olur18.04.2026 - 18:40
130 mindən çox abituriyent qeydiyyatdan keçib - rəqabətli ixtisas qrupu DƏYİŞDİ18.04.2026 - 18:38
Məktəbəqədər təhsilə həsr olunan beynəlxalq forum keçirilib18.04.2026 - 18:32
“Məktəblərarası pedaqoji təcrübə mübadiləsi” təşəbbüsünün ilk görüşü keçirilib18.04.2026 - 18:30
Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Heydər Əliyev Fondunun dəstəyi ilə Mingəçevirdə təqdim edilib18.04.2026 - 18:24
Əlinizlə bu hərəkəti edin: Artrit olub-olmadığını 1 dəqiqəyə öyrənin18.04.2026 - 18:20
Qarabağ Universiteti Türk dünyasında turizmin gələcəyinə həsr olunan konfransda ölkəmizi təmsil edib18.04.2026 - 18:16
Əksər ağıllı insanların bir ortaq problemi var - Psixoloqlar18.04.2026 - 18:15
AI tibbdə hər 10 haldan 8-də səhv istiqamət verə bilər - ARAŞDIRMA18.04.2026 - 18:10
Şəhərsalma və memarlıq üslubunu yaşadan Şəki18.04.2026 - 18:08
Limonlu suyun sağlamlıq üçün 3 faydalı xüsusiyyəti18.04.2026 - 18:05
Moldova mediası: Dünya şəhərlərinin gələcəyi Bakıda müəyyənləşəcək18.04.2026 - 18:02
Bu yerlərdən uzaq durun - Nazirlikdən külək XƏBƏRDARLIĞI18.04.2026 - 18:00
Yuxusuz gecələrə son: məşhur “4-7-8” texnikası necə işləyir?18.04.2026 - 17:55
Icrammer: Daha sürətli öyrən, daha yüksək bal al!18.04.2026 - 17:55
Tarix-mədəniyyət qoruqları və muzeylərdə “açıq qapı” günü elan olunacaq18.04.2026 - 17:52
"Atam musiqi dinləyə-dinləyə onu əməliyyat edirdilər"18.04.2026 - 17:50
İlon Maskdan sensasion təklif: "İnsanlara birbaşa pul paylayın"18.04.2026 - 17:45
Bu gün Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür18.04.2026 - 17:44
“Sağlam qidalanma hazır məhsullardan uzaq durmaq və təbii qidalanma deməkdir” – Tibb eksperti Rasif Bağırov18.04.2026 - 17:40
“Yuxular teatrı”: Heydər Əliyev Mərkəzində yeni sərgi18.04.2026 - 17:36
Bu gecə göydə qəribə hadisə baş verəcək 18.04.2026 - 17:35
Milli Kitabxanada tarixi abidələrə həsr olunan virtual və ənənəvi sərgi açılıb18.04.2026 - 17:28
Ürəyi qoruyur, stressi azaldır18.04.2026 - 17:25
Yaşıl çay xərçəngdən qoruyurmu?18.04.2026 - 17:15
Kadr potensialının gücləndirilməsində Dövlət Proqramının rolundan danışılıb18.04.2026 - 17:14
BMU-da “Şəhərlərimiz və memarlıq abidələrimiz” mövzusunda elmi-praktik seminar təşkil olunub18.04.2026 - 17:06
Yatmazdan əvvəl su içmək: Doğrusu nədir?18.04.2026 - 17:05
Azərbaycanın memarlıq irsinin qorunması mövzusunda elmi konfrans keçirilib18.04.2026 - 17:00
Sosial mediada çox vaxt keçirməyin təhlükəsi18.04.2026 - 16:55
Süni intellekt yaddaşı sürətlə pisləşdirir - Şokedici araşdırma18.04.2026 - 16:45