Təhsil 365 - Logo Mobile

Şəhərsalma və memarlıq üslubunu yaşadan Şəki

7418.04.2026 - 18:08
Şəhərsalma və memarlıq üslubunu yaşadan Şəki

Azərbaycanda tarixi abidələrin qorunması dövlət siyasətinin mühüm tərkib hissəsidir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən milli mədəniyyət siyasəti bu sahədə əldə olunan nailiyyətlərin əsasını təşkil edir.

“Tehsil365" xəbər verir ki, bu fikirlər 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Şəkidə keçirilən “Şəhərsalma və memarlıq üslubunu əsrlərdir yaşadan Şəki” adlı tədbirdə səsləndirilib.

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Şəki Şəhər İcra Hakimiyyəti, “Yuxarı Baş” Milli Tarix Memarlıq Qoruğu və Şəki şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə təşkilatçı qurumların rəhbər şəxsləri və əməkdaşları, memarlar, idarə və təşkilatların, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Şəki şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbirdən öncə iştirakçılar Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş yerli sənətkarların əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olublar.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun əməkdaşlarının hazırladığı videoçarx nümayiş olunub.

Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Elman İmamverdiyev “Azərbaycanda 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi və BMT Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının Bakıda keçirilməsinin Azərbaycanda dayanıqlı şəhərsalma proseslərində rolu”, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin rəisi vəzifəsinin səlahiyyətlərini icra edən Tərxan Tahirli “18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün kontekstində Azərbaycanın mədəni irs siyasəti” mövzularında çıxış ediblər.

“Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun baş memarı Sehran Məmmədovun “Bölgə memarlıq abidələri cizgilərdə”, Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin elmi işçisi Zəminə Rəsulovanın “Şəki- təbii yollarla qurulmuş ağıllı şəhər modelidir” mövzularında təqdimatları keçirilib.

Sonda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Şəki şəhərinin mədəni irsinin qorunması sahəsində səmərəli fəaliyyətinə görə bir sıra qurumlar şəhər icra hakimiyyəti tərəfindən təltif edilib.

Nərmin Mustafayeva

Xəbər Lenti

​2 rəsmi bayramı LƏĞV ETDİLƏR18.04.2026 - 19:58
3 yaşlı körpə dördüncü mərtəbədən yıxılaraq ölüb18.04.2026 - 19:54
Nəticəsindən şikayət edənlər apellyasiyaya verə bilər - qeydiyyat VAXTI18.04.2026 - 19:46
Məktəbdə yanğın: şagirdlər təxliyə edildi 18.04.2026 - 19:44
Bahar günəşi dərinizə ciddi zərər verə bilər18.04.2026 - 19:38
El Qrekonun əsəri ilə bağlı şok kəşf: Süni intellekt həqiqəti üzə çıxardı18.04.2026 - 19:32
ETN və peşə assosiasiyaları arasında əməkdaşlıq müzakirə olunub18.04.2026 - 19:25
Azərbaycan və Rusiya arasında təhsil əməkdaşlığı müzakirə olundu18.04.2026 - 19:18
Sabah 24 dərəcə isti olacaq18.04.2026 - 19:14
Bəzi valideynlər uşaqlarını həddindən artıq ərköyün böyüdür18.04.2026 - 19:08
Uşaqlar erkən yaşda daha yaxşı nəyi öyrənir: dillər, davranış, yoxsa emosiyalar? – Məktəbəqədər təhsil eksperti açıqladı18.04.2026 - 19:02
Məktəbəqədər təhsil cəmiyyətin gələcəyinin formalaşmasında mühüm rol oynayır – Rektor18.04.2026 - 19:00
Bağça müəllimləri üçün sertifikasiya qaydaları tezliklə ELAN EDİLƏCƏK18.04.2026 - 18:56
"Məktəbəqədər təhsil ömür boyu inkişafa təsir göstərir”– Anar Nağıyev18.04.2026 - 18:50
Yer kürəsində maqnit fırtınası başlayıb18.04.2026 - 18:48
Emin Əmrullayevdən “Neftçi”yə dəstək paylaşımı18.04.2026 - 18:44
Deputat: Bəzən müəllim uşağı tərbiyə etməyə çalışır, lakin valideyn buna mane olur18.04.2026 - 18:40
130 mindən çox abituriyent qeydiyyatdan keçib - rəqabətli ixtisas qrupu DƏYİŞDİ18.04.2026 - 18:38
Məktəbəqədər təhsilə həsr olunan beynəlxalq forum keçirilib18.04.2026 - 18:32
“Məktəblərarası pedaqoji təcrübə mübadiləsi” təşəbbüsünün ilk görüşü keçirilib18.04.2026 - 18:30
Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Heydər Əliyev Fondunun dəstəyi ilə Mingəçevirdə təqdim edilib18.04.2026 - 18:24
Əlinizlə bu hərəkəti edin: Artrit olub-olmadığını 1 dəqiqəyə öyrənin18.04.2026 - 18:20
Qarabağ Universiteti Türk dünyasında turizmin gələcəyinə həsr olunan konfransda ölkəmizi təmsil edib18.04.2026 - 18:16
Əksər ağıllı insanların bir ortaq problemi var - Psixoloqlar18.04.2026 - 18:15
AI tibbdə hər 10 haldan 8-də səhv istiqamət verə bilər - ARAŞDIRMA18.04.2026 - 18:10
Limonlu suyun sağlamlıq üçün 3 faydalı xüsusiyyəti18.04.2026 - 18:05
Moldova mediası: Dünya şəhərlərinin gələcəyi Bakıda müəyyənləşəcək18.04.2026 - 18:02
Bu yerlərdən uzaq durun - Nazirlikdən külək XƏBƏRDARLIĞI18.04.2026 - 18:00
Icrammer: Daha sürətli öyrən, daha yüksək bal al!18.04.2026 - 17:55
Yuxusuz gecələrə son: məşhur “4-7-8” texnikası necə işləyir?18.04.2026 - 17:55
Tarix-mədəniyyət qoruqları və muzeylərdə “açıq qapı” günü elan olunacaq18.04.2026 - 17:52
"Atam musiqi dinləyə-dinləyə onu əməliyyat edirdilər"18.04.2026 - 17:50
İlon Maskdan sensasion təklif: "İnsanlara birbaşa pul paylayın"18.04.2026 - 17:45
Bu gün Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür18.04.2026 - 17:44
“Sağlam qidalanma hazır məhsullardan uzaq durmaq və təbii qidalanma deməkdir” – Tibb eksperti Rasif Bağırov18.04.2026 - 17:40
“Yuxular teatrı”: Heydər Əliyev Mərkəzində yeni sərgi18.04.2026 - 17:36
Bu gecə göydə qəribə hadisə baş verəcək 18.04.2026 - 17:35
Milli Kitabxanada tarixi abidələrə həsr olunan virtual və ənənəvi sərgi açılıb18.04.2026 - 17:28
Ürəyi qoruyur, stressi azaldır18.04.2026 - 17:25
“Tarixi irsdən gələcək şəhərə”: Azərbaycanda memarlıq irsinin qorunması və inkişafı müzakirə olunub18.04.2026 - 17:22
Yaşıl çay xərçəngdən qoruyurmu?18.04.2026 - 17:15
Kadr potensialının gücləndirilməsində Dövlət Proqramının rolundan danışılıb18.04.2026 - 17:14
BMU-da “Şəhərlərimiz və memarlıq abidələrimiz” mövzusunda elmi-praktik seminar təşkil olunub18.04.2026 - 17:06
Yatmazdan əvvəl su içmək: Doğrusu nədir?18.04.2026 - 17:05
Azərbaycanın memarlıq irsinin qorunması mövzusunda elmi konfrans keçirilib18.04.2026 - 17:00
Sosial mediada çox vaxt keçirməyin təhlükəsi18.04.2026 - 16:55
Süni intellekt yaddaşı sürətlə pisləşdirir - Şokedici araşdırma18.04.2026 - 16:45