Təhsil 365 - Logo Mobile

Məktəbəqədər təhsilin inkişafına həsr olunan beynəlxalq forum keçirilib

9518.04.2026 - 15:00
Məktəbəqədər təhsilin inkişafına həsr olunan beynəlxalq forum keçirilib

Aprelin 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Məktəbəqədər təhsilin inkişafı və transformasiyası” mövzusunda beynəlxalq təhsil forumu keçirilib. 

“Tehsil365“ xəbər verir ki, forumda yerli və xarici mütəxəssislər, ali təhsil müəssisələrinin nümayəndələri və məktəbəqədər təhsil sahəsində çalışan ekspertlər iştirak ediblər.

Forum ADPU-nun rektoru professor Cəfər Cəfərovun açılış nitqi ilə başlayıb. Rektor çıxışında məktəbəqədər təhsilin cəmiyyətin gələcəyinin formalaşmasında mühüm rol oynadığını vurğulayaraq bildirib ki, bu mərhələ uşaqların sosial bacarıqlarının, düşüncə tərzinin və dünyagörüşünün əsasının qoyulduğu ən vacib dövrdür. C.Cəfərov qeyd edib ki, müasir dövrdə qlobal çağırışlar təhsil sistemindən yeni yanaşmalar tələb edir və bu baxımdan rəqəmsallaşma, inklüzivlik, fərdiyyətyönümlü təlim və pedaqoji innovasiyalar məktəbəqədər təhsilin inkişafında əsas istiqamətlər kimi çıxış edir. 

Cəfər Cəfərov çıxışında ADPU-da məktəbəqədər təhsil sahəsində beynəlxalq əməkdaşlığın genişləndirildiyini xüsusi vurğulayıb. Bildirib ki, Türkiyənin Qazi Universiteti ilə ikili diplom proqramının həyata keçirilməsi istiqamətində mühüm addımlar atılıb. Eyni zamanda, Ege Universiteti ilə birgə beynəlxalq konfransların təşkili universitetlərarası elmi və akademik əməkdaşlığın inkişafına, təcrübə mübadiləsinin güclənməsinə və təhsilin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verir. 

Rektor forum çərçivəsində aparılan müzakirələr məktəbəqədər təhsilin inkişafına mühüm töhfə verəcək və yeni əməkdaşlıq imkanlarının yaranmasına zəmin yaradacağını bildirib.

Bakı Slavyan Universitetinin rektoru dosent Anar Nağıyev çıxış edərək məktəbəqədər təhsilin ümumi təhsil sistemindəki rolunu vurğulayıb və ali təhsil müəssisələri arasında əməkdaşlığın əhəmiyyətini qeyd edib. A.Nağıyev bildirib ki, erkən yaş dövründə keyfiyyətli təhsil mühitinin yaradılması gələcək təhsil pillələrində uğurun əsasını təşkil edir və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi, birgə layihələrin və akademik tərəfdaşlıqların genişləndirilməsi vacibdir.

ADPU-nun Məktəbəqədər təhsil fakültəsinin dekanı dosent Nailə Hüseynova çıxışında forumun fikir mübadiləsi və yeni yanaşmaların formalaşdırılması baxımından əhəmiyyətini qeyd edib. Qeyd edilib ki, innovativ pedaqoji yanaşmalar, oyun əsaslı təlim, uşağamərkəzli yanaşma, inklüzivlik və rəqəmsal texnologiyalar artıq məktəbəqədər təhsilin əsas istiqamətlərinə çevrilib. Dekan vurğulayıb ki, bu sahədə əsas prioritetlərdən biri kadr hazırlığının keyfiyyətinin artırılmasıdır. Fakültədə təhsil proqramlarının yenilənməsi və praktik yönümlü yanaşmanın gücləndirilməsi istiqamətində işlər aparılır və Məktəbəqədər təhsil ixtisasının 2025-ci ildə akkreditasiya prosesindən uğurlu nəticələrlə keçməsi bu istiqamətdə aparılan işlərin məntiqi nəticəsidir.

Forum çərçivəsində beynəlxalq təcrübə də təqdim olunub. Ege Universitetinin dekan müavini professor Sibel Sönməz Türkiyədə məktəbəqədər təhsil sisteminin strukturu və müasir inkişaf istiqamətləri barədə məlumat verib. O bildirib ki, proqramlar oyun əsaslı öyrənmə, uşağın hərtərəfli inkişafı və bacarıq əsaslı yanaşma prinsiplərinə əsaslanır.

Forumda ARTİ-nin Təhsilverənlərin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət Mehdiyeva “Tərbiyəçi müəllimlərin işə qəbul qaydaları” mövzusunda çıxış edərək sahədə kadr hazırlığı və seçimi mexanizmlərinə toxunub. ARTİ-nin böyük elmi məsləhətçisi Laləzar Cəfərova isə “Məktəbəqədər təhsil: mövcud vəziyyət, problemlər və perspektivlər” mövzusunda təqdimatla çıxış edərək mövcud çətinliklər və inkişaf istiqamətlərini diqqətə çatdırıb.
Forumda həmçinin açıq dərslər və praktik təqdimatlar da təşkil olunub. 

Forum “Məktəbəqədər təhsil müəssislərində keyfiyyət mədəniyyətinin formalaşdırılması” və “Məktəbəqədər təhsil müəssislərində dayanıqlı inkişaf strategiyaları” mövzusunda panel müzakirələrlə davam edib.

Mehriban İbadova

Xəbər Lenti

Azərbaycanın memarlıq irsinin qorunması mövzusunda elmi konfrans keçirilib18.04.2026 - 17:00
Sosial mediada çox vaxt keçirməyin təhlükəsi18.04.2026 - 16:55
Süni intellekt yaddaşı sürətlə pisləşdirir - Şokedici araşdırma18.04.2026 - 16:45
Qaraciyər transplantasiyasında inqilabi addım: Xəstələr dərmansız yaşaya biləcəklər18.04.2026 - 16:35
Rusiyalı həkimdən xəbərdarlıq: Bahar günəşi dərinizə ciddi zərər verə bilər18.04.2026 - 16:25
Süni intellekt sistemi rəsm əsərinin müəllifinin kimliyini təsdiqlədi18.04.2026 - 16:15
Fransız rəssam Klod Monenin iki əsəri rekord məbləğə satıldı18.04.2026 - 16:05
Azərbaycanın ilk peşəkar qadın opera müğənnisi - Şövkət Məmmədova18.04.2026 - 16:00
Yer kürəsində maqnit fırtınası başlayıb18.04.2026 - 15:50
Gədəbəydə yeniyetmə və gənclər tarixi irsə diqqət çəkən veloyürüşdə iştirak ediblər18.04.2026 - 15:40
Keşikçidağ mağaraları kompleksinə silsilə turlar təşkil edilib18.04.2026 - 15:30
Nazir müavini Sankt-Peterburq Dövlət Universitetinin prorektoru ilə görüşüb18.04.2026 - 15:20
Şəmkir məktəbindəki yanğında xəsarət alan olmayıb - Rəsmi18.04.2026 - 15:10
Navodya De Silva Böyük Britaniyada ödəniş gecikməsi səbəbindən deportasiya riski ilə üzləşib18.04.2026 - 07:00
Böyük Britaniya valideynləri məktəb naharları ilə bağlı seçim qarşısındadır18.04.2026 - 06:36
London məktəblərində şagird sayı azalır18.04.2026 - 06:18
Şagirdlər məktəb menyusunda dəyişikliklərə etiraz edir18.04.2026 - 06:00
“Qız qalası” baletinin ilk səhnə təqdimatı Azərbaycan musiqi tarixində mühüm hadisə kimi yadda qalıb18.04.2026 - 05:42
Rasim İbrahimov Qarabağ döyüşlərində qəhrəmancasına şəhid olub18.04.2026 - 05:18
İsgəndər Aznaurov – Vətən uğrunda qəhrəmancasına şəhid olan döyüşçü18.04.2026 - 05:06
Araz Abdullayev karyerasını Türkiyədə davam etdirir18.04.2026 - 04:54
Vaqif Cəfərov Qarabağ faciəsində şəhid olan dövlət xadimlərindən biri kimi yad edilir18.04.2026 - 04:36
Şövkət Məmmədova – Azərbaycan opera sənətinin öncül siması18.04.2026 - 04:18
Məcid Behbudov haqqında qısa xəbər18.04.2026 - 04:00
“Yüksəliş”də 10 mindən çox namizəd təkrar iştirak edəcək17.04.2026 - 19:58
BMU-da süni intellektə həsr olunan seminar17.04.2026 - 19:54
Rzeszow Universitetinin nümayəndəsi Azərbaycan Universitetində olub17.04.2026 - 19:48
Bakalavr səviyyəsi üzrə yeni İXTİSAS17.04.2026 - 19:45
“İZ Community”nin təşkilatçılığı ilə təhsil sərgisi - “Study in Kazakhstan”17.04.2026 - 19:42
“AzEdu Təhsil Analitika Mərkəzi” yaradılır - Təhsildə yenilik17.04.2026 - 19:35
Elm və təhsil naziri Qusarda vətəndaşları qəbul edib17.04.2026 - 19:29
LDU-da “Süni intellektlə gələcəyə baxış” adlı forum keçirilib17.04.2026 - 19:24
Kahramanmaraşda hücum baş verən məktəb bağlandı17.04.2026 - 19:17
Məktəblilər arasında şahmat turniri keçirilib17.04.2026 - 19:12
Vətənpərvərlik layihəsinə start verilib17.04.2026 - 19:06
Dövlət və özəl bağçalar arasında əsas fərq nədədir? – Məktəbəqədər təhsil eksperti açıqladı17.04.2026 - 19:02
Rezidenturaya qəbul olmaq istəyənlərin DİQQƏTİNƏ!17.04.2026 - 19:00
Qırğızıstandan Dinara Asanbayeva: Bakıda keçiriləcək Beynəlxalq Xalça Forumu mühüm beynəlxalq platformadır17.04.2026 - 18:57
Gəzərkən artan ağrı bu xəstəliyin ƏLAMƏTİDİR17.04.2026 - 18:57
ABB-nin dəstəyi ilə ADA Universitetində “Karyera Həftəsi”!17.04.2026 - 18:55
Bəzi yerlərdə yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ17.04.2026 - 18:54
Maksimum nəticə göstərən abituriyent: "Heç bir çətinlik yox idi"17.04.2026 - 18:50
Türkiyənin daha bir məktəbində insident: müəllimə hücum edilib17.04.2026 - 18:48
Hücumdan sonra həmin məktəb BAĞLANDI17.04.2026 - 18:48
Komitənin elektron sənəd dövriyyəsi “myGov”da17.04.2026 - 18:45
İmtahandan maksimum nəticə toplayan ABİTURİYENTLƏR17.04.2026 - 18:44
Sabah muzeylərə giriş pulsuz olacaq17.04.2026 - 18:43