Təhsil 365 - Logo Mobile

Keşikçidağ mağaraları kompleksinə silsilə turlar təşkil edilib

9418.04.2026 - 15:30
Keşikçidağ mağaraları kompleksinə silsilə turlar təşkil edilib

18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Azərbaycanın müxtəlif bölgələrində olduğu kimi, Ağstafa rayonunda yerləşən "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğunda da “açıq qapı” günü münasibətilə silsilə elmi-maarifləndirici tədbirlər və turlar təşkil olunub.

“Tehsil365“ AZƏRTAC-a istinadən xəbər verir ki, qoruq tərəfindən təşkil edilən elmi turlar çərçivəsində yerli və xarici qonaqlar, tədqiqatçılar və tarix həvəskarları Keşikçidağ kompleksinin zəngin maddi-mədəni irsi ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Tur iştirakçıları xüsusilə Keşikçidağ Kurqanlar Vadisində yerləşən kurqanlarda aparılmış tədqiqatların nəticələri, bu abidələrin regionun qədim tarixi və dəfn adətləri baxımından əhəmiyyəti barədə ətraflı məlumatlandırılıblar.

Bununla yanaşı, ziyarətçilər “İlham Əliyev adına zirvə” istiqamətində yerləşən mağaralar kompleksinə ekskursiya edib, burada mövcud olan qədim yaşayış izləri, divar və tavanlarda qorunub saxlanılmış freskalar, su quyuları və ərzaq anbarları ilə tanış olublar. Qeyd olunub ki, bu tip maddi-mədəniyyət nümunələri Keşikçidağ ərazisinin uzunmüddətli yaşayış və dini-mədəni fəaliyyət mərkəzi olduğunu sübut edir.

Tədbirlər çərçivəsində qoruğun rəhbərliyi və əməkdaşları Ağstafa rayonunda yerləşən Ağalıqtəpə yaşayış məskəni ərazisinə də elmi ekskursiya həyata keçiriblər. Ekskursiya AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə elmlər doktoru, dosent Şamil Nəcəfov və Almaniyanın Würzburg Julius Maximilians Universitetinin Qədim Yaxın Şərq Tədqiqatları kafedrasının müdiri, professor-doktor Martin Gruberin rəhbərliyi ilə aparılıb.

Ekskursiya zamanı bildirilib ki, Ağalıqtəpə yaşayış məskəni son tunc – erkən dəmir dövrünə aid olmaqla regionun qədim məskunlaşma tarixinin öyrənilməsi baxımından mühüm elmi əhəmiyyətə malikdir. Qoruq əməkdaşları tərəfindən abidənin arxeoloji xüsusiyyətləri, aparılmış qazıntı işləri və əldə olunmuş maddi-mədəniyyət nümunələri barədə geniş məlumat təqdim olunub.

Qeyd edək ki, bu cür tədbirlərin keçirilməsi ölkəmizin zəngin tarixi-mədəni irsinin təbliği, qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi və arxeoloji tədqiqatların təşviqi istiqamətində mühüm platforma rolunu oynayır.

Mehriban İbadova

Xəbər Lenti

Azərbaycanın memarlıq irsinin qorunması mövzusunda elmi konfrans keçirilib18.04.2026 - 17:00
Sosial mediada çox vaxt keçirməyin təhlükəsi18.04.2026 - 16:55
Süni intellekt yaddaşı sürətlə pisləşdirir - Şokedici araşdırma18.04.2026 - 16:45
Qaraciyər transplantasiyasında inqilabi addım: Xəstələr dərmansız yaşaya biləcəklər18.04.2026 - 16:35
Rusiyalı həkimdən xəbərdarlıq: Bahar günəşi dərinizə ciddi zərər verə bilər18.04.2026 - 16:25
Süni intellekt sistemi rəsm əsərinin müəllifinin kimliyini təsdiqlədi18.04.2026 - 16:15
Fransız rəssam Klod Monenin iki əsəri rekord məbləğə satıldı18.04.2026 - 16:05
Azərbaycanın ilk peşəkar qadın opera müğənnisi - Şövkət Məmmədova18.04.2026 - 16:00
Yer kürəsində maqnit fırtınası başlayıb18.04.2026 - 15:50
Gədəbəydə yeniyetmə və gənclər tarixi irsə diqqət çəkən veloyürüşdə iştirak ediblər18.04.2026 - 15:40
Nazir müavini Sankt-Peterburq Dövlət Universitetinin prorektoru ilə görüşüb18.04.2026 - 15:20
Şəmkir məktəbindəki yanğında xəsarət alan olmayıb - Rəsmi18.04.2026 - 15:10
Məktəbəqədər təhsilin inkişafına həsr olunan beynəlxalq forum keçirilib18.04.2026 - 15:00
Navodya De Silva Böyük Britaniyada ödəniş gecikməsi səbəbindən deportasiya riski ilə üzləşib18.04.2026 - 07:00
Böyük Britaniya valideynləri məktəb naharları ilə bağlı seçim qarşısındadır18.04.2026 - 06:36
London məktəblərində şagird sayı azalır18.04.2026 - 06:18
Şagirdlər məktəb menyusunda dəyişikliklərə etiraz edir18.04.2026 - 06:00
“Qız qalası” baletinin ilk səhnə təqdimatı Azərbaycan musiqi tarixində mühüm hadisə kimi yadda qalıb18.04.2026 - 05:42
Rasim İbrahimov Qarabağ döyüşlərində qəhrəmancasına şəhid olub18.04.2026 - 05:18
İsgəndər Aznaurov – Vətən uğrunda qəhrəmancasına şəhid olan döyüşçü18.04.2026 - 05:06
Araz Abdullayev karyerasını Türkiyədə davam etdirir18.04.2026 - 04:54
Vaqif Cəfərov Qarabağ faciəsində şəhid olan dövlət xadimlərindən biri kimi yad edilir18.04.2026 - 04:36
Şövkət Məmmədova – Azərbaycan opera sənətinin öncül siması18.04.2026 - 04:18
Məcid Behbudov haqqında qısa xəbər18.04.2026 - 04:00
“Yüksəliş”də 10 mindən çox namizəd təkrar iştirak edəcək17.04.2026 - 19:58
BMU-da süni intellektə həsr olunan seminar17.04.2026 - 19:54
Rzeszow Universitetinin nümayəndəsi Azərbaycan Universitetində olub17.04.2026 - 19:48
Bakalavr səviyyəsi üzrə yeni İXTİSAS17.04.2026 - 19:45
“İZ Community”nin təşkilatçılığı ilə təhsil sərgisi - “Study in Kazakhstan”17.04.2026 - 19:42
“AzEdu Təhsil Analitika Mərkəzi” yaradılır - Təhsildə yenilik17.04.2026 - 19:35
Elm və təhsil naziri Qusarda vətəndaşları qəbul edib17.04.2026 - 19:29
LDU-da “Süni intellektlə gələcəyə baxış” adlı forum keçirilib17.04.2026 - 19:24
Kahramanmaraşda hücum baş verən məktəb bağlandı17.04.2026 - 19:17
Məktəblilər arasında şahmat turniri keçirilib17.04.2026 - 19:12
Vətənpərvərlik layihəsinə start verilib17.04.2026 - 19:06
Dövlət və özəl bağçalar arasında əsas fərq nədədir? – Məktəbəqədər təhsil eksperti açıqladı17.04.2026 - 19:02
Rezidenturaya qəbul olmaq istəyənlərin DİQQƏTİNƏ!17.04.2026 - 19:00
Qırğızıstandan Dinara Asanbayeva: Bakıda keçiriləcək Beynəlxalq Xalça Forumu mühüm beynəlxalq platformadır17.04.2026 - 18:57
Gəzərkən artan ağrı bu xəstəliyin ƏLAMƏTİDİR17.04.2026 - 18:57
ABB-nin dəstəyi ilə ADA Universitetində “Karyera Həftəsi”!17.04.2026 - 18:55
Bəzi yerlərdə yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ17.04.2026 - 18:54
Maksimum nəticə göstərən abituriyent: "Heç bir çətinlik yox idi"17.04.2026 - 18:50
Hücumdan sonra həmin məktəb BAĞLANDI17.04.2026 - 18:48
Türkiyənin daha bir məktəbində insident: müəllimə hücum edilib17.04.2026 - 18:48
Komitənin elektron sənəd dövriyyəsi “myGov”da17.04.2026 - 18:45
İmtahandan maksimum nəticə toplayan ABİTURİYENTLƏR17.04.2026 - 18:44
Sabah muzeylərə giriş pulsuz olacaq17.04.2026 - 18:43