Təhsil 365 - Logo Mobile

Sosial mediada çox vaxt keçirməyin təhlükəsi

9418.04.2026 - 16:55
Sosial mediada çox vaxt keçirməyin təhlükəsi

Psixoloqların yeni araşdırmaları göstərir ki, sosial şəbəkələrdə uzun müddət fasiləsiz vaxt keçirmək insan psixologiyasına mənfi təsir göstərən davranış modelidir.

“Tehsil365“ xarici mediaya istinadla xəbər verir ki, bu proses real ünsiyyəti imitasiya etsə də, əslində tənhalıq hissini gücləndirir.

Mütəxəssislər bu fenomeni “sosial qəlyanaltı” adlandırır. Yəni insan real ünsiyyət qurmaq əvəzinə yalnız kontenti passiv şəkildə izləyir. Bu, zərərli qida kimi təsir edir, qısa müddətlik doyma hissi yaratsa da, nəticədə boşluq hissi qalır.

Araşdırmalar göstərir ki, insan beyni foto, video və paylaşımlara baxarkən bunu sanki real sosial əlaqə kimi qəbul edir. Lakin əsas element qarşılıqlı əlaqə mövcud olmur. Nəticədə istifadəçi başqalarını görür, amma özü görünməz qalır və bu da tənhalığı artırır.

2024-cü ildə Avropa Komissiyasının təhlili də bu nəticələri təsdiqləyib. Bildirilir ki, əsas məsələ sosial şəbəkələrdə keçirilən vaxt deyil, onların necə istifadə olunmasıdır. Passiv skrollinq tənhalıq hissini artırır, aktiv ünsiyyət – mesajlaşma, şərhlər və dialoq isə bu effekti yaratmır.

Tədqiqatçılar xüsusilə parasosial münasibətlərə diqqət çəkir. Bu, insanların blogerlər və ya media simaları ilə qurduğu birtərəfli əlaqələrdir. Bu cür münasibətlər qısa müddətlik yaxınlıq hissi yaratsa da, tez itir və istifadəçini yenidən lentə qayıtmağa vadar edir.

Alimlərin fikrincə, bu proses dəyişkən möhkəmləndirmə prinsipi ilə işləyir. Bu mexanizm asılılıq yaradan davranışların formalaşmasında ən güclü faktorlardan biridir.

Ekspertlər qeyd edir ki, sosial şəbəkə platformaları məhz bu cür passiv istifadəni təşviq edəcək şəkildə dizayn olunub. Sonsuz lent, videoların avtomatik oynadılması və bildiriş sistemləri istifadəçinin diqqətini mümkün qədər uzun müddət saxlamağa yönəlib.

Bununla belə, mütəxəssislər problemin qismən həllinin mümkün olduğunu bildirir. Bunun üçün sosial şəbəkələrdən istifadə tərzini dəyişmək, passiv izləmə əvəzinə aktiv ünsiyyətə üstünlük vermək və ya bu vərdişi digər istirahət formaları ilə əvəz etmək tövsiyə olunur.

Mehriban İbadova

Xəbər Lenti

​2 rəsmi bayramı LƏĞV ETDİLƏR18.04.2026 - 19:58
3 yaşlı körpə dördüncü mərtəbədən yıxılaraq ölüb18.04.2026 - 19:54
Nəticəsindən şikayət edənlər apellyasiyaya verə bilər - qeydiyyat VAXTI18.04.2026 - 19:46
Məktəbdə yanğın: şagirdlər təxliyə edildi 18.04.2026 - 19:44
Bahar günəşi dərinizə ciddi zərər verə bilər18.04.2026 - 19:38
El Qrekonun əsəri ilə bağlı şok kəşf: Süni intellekt həqiqəti üzə çıxardı18.04.2026 - 19:32
ETN və peşə assosiasiyaları arasında əməkdaşlıq müzakirə olunub18.04.2026 - 19:25
Azərbaycan və Rusiya arasında təhsil əməkdaşlığı müzakirə olundu18.04.2026 - 19:18
Sabah 24 dərəcə isti olacaq18.04.2026 - 19:14
Bəzi valideynlər uşaqlarını həddindən artıq ərköyün böyüdür18.04.2026 - 19:08
Uşaqlar erkən yaşda daha yaxşı nəyi öyrənir: dillər, davranış, yoxsa emosiyalar? – Məktəbəqədər təhsil eksperti açıqladı18.04.2026 - 19:02
Məktəbəqədər təhsil cəmiyyətin gələcəyinin formalaşmasında mühüm rol oynayır – Rektor18.04.2026 - 19:00
Bağça müəllimləri üçün sertifikasiya qaydaları tezliklə ELAN EDİLƏCƏK18.04.2026 - 18:56
"Məktəbəqədər təhsil ömür boyu inkişafa təsir göstərir”– Anar Nağıyev18.04.2026 - 18:50
Yer kürəsində maqnit fırtınası başlayıb18.04.2026 - 18:48
Emin Əmrullayevdən “Neftçi”yə dəstək paylaşımı18.04.2026 - 18:44
Deputat: Bəzən müəllim uşağı tərbiyə etməyə çalışır, lakin valideyn buna mane olur18.04.2026 - 18:40
130 mindən çox abituriyent qeydiyyatdan keçib - rəqabətli ixtisas qrupu DƏYİŞDİ18.04.2026 - 18:38
Məktəbəqədər təhsilə həsr olunan beynəlxalq forum keçirilib18.04.2026 - 18:32
“Məktəblərarası pedaqoji təcrübə mübadiləsi” təşəbbüsünün ilk görüşü keçirilib18.04.2026 - 18:30
Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Heydər Əliyev Fondunun dəstəyi ilə Mingəçevirdə təqdim edilib18.04.2026 - 18:24
Əlinizlə bu hərəkəti edin: Artrit olub-olmadığını 1 dəqiqəyə öyrənin18.04.2026 - 18:20
Qarabağ Universiteti Türk dünyasında turizmin gələcəyinə həsr olunan konfransda ölkəmizi təmsil edib18.04.2026 - 18:16
Əksər ağıllı insanların bir ortaq problemi var - Psixoloqlar18.04.2026 - 18:15
AI tibbdə hər 10 haldan 8-də səhv istiqamət verə bilər - ARAŞDIRMA18.04.2026 - 18:10
Şəhərsalma və memarlıq üslubunu yaşadan Şəki18.04.2026 - 18:08
Limonlu suyun sağlamlıq üçün 3 faydalı xüsusiyyəti18.04.2026 - 18:05
Moldova mediası: Dünya şəhərlərinin gələcəyi Bakıda müəyyənləşəcək18.04.2026 - 18:02
Bu yerlərdən uzaq durun - Nazirlikdən külək XƏBƏRDARLIĞI18.04.2026 - 18:00
Icrammer: Daha sürətli öyrən, daha yüksək bal al!18.04.2026 - 17:55
Yuxusuz gecələrə son: məşhur “4-7-8” texnikası necə işləyir?18.04.2026 - 17:55
Tarix-mədəniyyət qoruqları və muzeylərdə “açıq qapı” günü elan olunacaq18.04.2026 - 17:52
"Atam musiqi dinləyə-dinləyə onu əməliyyat edirdilər"18.04.2026 - 17:50
İlon Maskdan sensasion təklif: "İnsanlara birbaşa pul paylayın"18.04.2026 - 17:45
Bu gün Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür18.04.2026 - 17:44
“Sağlam qidalanma hazır məhsullardan uzaq durmaq və təbii qidalanma deməkdir” – Tibb eksperti Rasif Bağırov18.04.2026 - 17:40
“Yuxular teatrı”: Heydər Əliyev Mərkəzində yeni sərgi18.04.2026 - 17:36
Bu gecə göydə qəribə hadisə baş verəcək 18.04.2026 - 17:35
Milli Kitabxanada tarixi abidələrə həsr olunan virtual və ənənəvi sərgi açılıb18.04.2026 - 17:28
Ürəyi qoruyur, stressi azaldır18.04.2026 - 17:25
“Tarixi irsdən gələcək şəhərə”: Azərbaycanda memarlıq irsinin qorunması və inkişafı müzakirə olunub18.04.2026 - 17:22
Yaşıl çay xərçəngdən qoruyurmu?18.04.2026 - 17:15
Kadr potensialının gücləndirilməsində Dövlət Proqramının rolundan danışılıb18.04.2026 - 17:14
BMU-da “Şəhərlərimiz və memarlıq abidələrimiz” mövzusunda elmi-praktik seminar təşkil olunub18.04.2026 - 17:06
Yatmazdan əvvəl su içmək: Doğrusu nədir?18.04.2026 - 17:05
Azərbaycanın memarlıq irsinin qorunması mövzusunda elmi konfrans keçirilib18.04.2026 - 17:00
Süni intellekt yaddaşı sürətlə pisləşdirir - Şokedici araşdırma18.04.2026 - 16:45