2002-ci ildə Azərbaycan ilə San-Marino arasında rəsmi diplomatik əlaqələrin qurulması iki ölkə arasında yeni əməkdaşlıq mərhələsinin başlanğıcı olub.
“Tehsil365” xəbər verir ki, Diplomatik münasibətlərin qurulması tərəflər arasında siyasi dialoqun inkişafına, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin güclənməsinə və müxtəlif sahələrdə əməkdaşlıq imkanlarının genişlənməsinə şərait yaradıb.
Bu addım Azərbaycanın Avropa ölkələri ilə əlaqələrinin genişləndirilməsi istiqamətində atılan mühüm diplomatik təşəbbüslərdən biri kimi qiymətləndirilir.

