Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin bir qrup tələbəsi Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsini ziyarət edib.
“Tehsil365” xəbər verir ki, tələbələrə fakültənin fəaliyyəti, tədris prosesi, ixtisaslar və tələbə həyatı haqqında ətraflı məlumat verilib. Sonra tələbələr fakültədəki xüsusi auditoriyalar, kafedralar və elmi-tədqiqat mühiti ilə yaxından tanış olublar.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb, gələcəkdəki ali təhsil məqsədləri barəsində fikir mübadiləsi aparılıb.

