Aprelin 16-da Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər kafedrasında t.ü.f.d., dosent Samirə İmanovanın kafedranın doktorantları üçün “Tədqiqatın kəmiyyət və keyfiyyət metodları” mövzusunda seminarı keçirilib.
“Tehsil365” xəbər verir ki, seminar zamanı metodların seçilməsi, kəmiyyət metodlarının mahiyyəti, bu zaman deduktiv yanaşma, keyfiyyət metodlarının tətbiqində induktiv metodun istifadəsi haqqında geniş məlumat verilib. Eyni zamanda dissertasiya mövzularının dərin tədqiqi üçün kəmiyyət və keyfiyyət metodlarının birgə tətbiq edilməsinin əhəmiyyəti, yanlış metod seçiminin nəticələri barədə doktorantlar məlumatlandırılıb.
Tədbirdə tədqiqat mövzularının işlənilməsi zamanı yalnız göstəricilər, rəqəmlər və cədvəllərlə kifayətlənməyin yetərli olmadığı, statistik məlumatların formalaşmasına təsir edən amillərin, eləcə də siyasi münasibətlərin təhlilinin vacibliyi vurğulanıb.
Sonda doktorantların işlədikləri mövzuların araşdırılması üçün hansı metodların tətbiqinə dair fikir mübadiləsi aparılıb.

