Təhsil 365 - Logo Mobile

“İnsanlar çox vaxt dinə yox, onun yanlış təqdimatına qarşı çıxır” – İlahiyyatçı Əkrəm Həsənov

10219.04.2026 - 16:05
“İnsanlar çox vaxt dinə yox, onun yanlış təqdimatına qarşı çıxır” – İlahiyyatçı Əkrəm Həsənov

İlahiyyatçı Əkrəm Həsənov dindən uzaqlaşma mövzusunun mürəkkəb və çoxşaxəli olduğunu bildirib.

“Bu mövzu kifayət qədər problemli və çoxsəbəblidir. İnsanların dindən uzaqlaşmasının tək bir səbəbi yoxdur. Bəziləri bunu dini mətnlərin müasir dövrlə uyğun olmaması, bəziləri isə dini yaşayan insanların davranışları ilə əlaqələndirir. Amma əslində məsələ bundan daha dərindir və insanın daxili dünyası, cəmiyyətin təsiri və dinin təqdim olunma forması ilə sıx bağlıdır”, – deyə o qeyd edib.

Əkrəm Həsənovun “Tehsil365”ə açıqlamasına görə, insan fitrətən inam meyli ilə doğulur, lakin bu meyl zamanla müxtəlif təsirlər nəticəsində zəifləyə və ya istiqamətini dəyişə bilər.

İlahiyyatçı bildirib ki, dini yanaşmada əsas problemlərdən biri dinin özü deyil, onun insanlara necə çatdırılmasıdır. Onun sözlərinə görə, insanlar çox vaxt dini mənbələrdən deyil, dini təmsil edən şəxslərdən təsirlənir.

“Əgər burada səmimiyyət yoxdursa, sözlə əməl arasında fərq varsa, bu, xüsusilə gənclər arasında narazılıq yaradır. Bir çox hallarda insanlar dinə deyil, din adı ilə təqdim olunan yanlışlara qarşı çıxırlar”, – deyə Əkrəm Həsənov vurğulayıb.

Ekspert əlavə edib ki, müasir dövrdə elm və din arasında süni qarşıdurma yaradılıb. Halbuki tarixdə bir çox alimlər elmi Yaradanı tanımağın bir yolu kimi qəbul ediblər və dini mənbələr də insanı düşünməyə, araşdırmağa təşviq edir.

Onun fikrincə, insanların dindən uzaqlaşmasının səbəblərindən biri də həyatdakı çətinlikləri dinlə əlaqələndirmələridir. Gözlədiyi nəticəni əldə etməyən insan zamanla məyus olur və inamı zəifləyə bilir. Halbuki dini baxışa görə, həyat sınaqlarla müşayiət olunur və bu, təbii prosesdir.

Əkrəm Həsənov həmçinin qeyd edib ki, bu gün bir çox insan dini bilikləri sosial şəbəkələrdən əldə edir və bu məlumatlar çox vaxt kontekstdən çıxarılmış, natamam formada təqdim olunur. Bu isə yanlış nəticələrə səbəb olur.

İlahiyyatçı sonda vurğulayıb ki, insanın daxilində hər zaman məna axtarışı mövcuddur və bu ehtiyac düzgün şəkildə qarşılanmadıqda fərqli istiqamətlərə yönələ bilər. Onun sözlərinə görə, din insanlara çətinlik kimi deyil, yol və istiqamət kimi təqdim olunmalıdır.

“İnsanların dindən uzaqlaşması əksər hallarda dinin özündən deyil, onun yanlış anlaşılması, yanlış təqdim olunması və insanın daxili suallarına cavab tapmaması ilə bağlıdır. Din qorxu ilə deyil, anlayışla izah olunmalıdır. Çünki iman məcburiyyətlə yox, dərk olunmaqla möhkəmlənir”, – deyə o fikrini yekunlaşdırıb.

Fatimə Cəfərzadə

Xəbər Lenti

Geopoetika Kitabı Təqdimatı baş tutdu26.10.2026 - 19:19
Müəllimlərə Esse Təlimi keçirildi26.10.2026 - 19:14
Bakıda Dünya Dialoq Forumu keçirilib26.10.2026 - 19:09
DİA Müəllimi İstanbulda Təlimdə26.10.2026 - 19:03
LDU-da Maarifləndirici Görüş Keçirildi26.10.2026 - 19:00
Hüseynova İzmirdə Məruzə Oxudu26.10.2026 - 18:52
İki Fakültə Bir Dərsdə26.10.2026 - 18:48
Raqif Rauf Tələbələrlə Görüşdü26.10.2026 - 18:45
“Qorxular” adlı kitabının səsli versiyası təqdim edilib26.10.2026 - 18:39
Gözdən Əlillər Kitabxanası Sərgidə26.10.2026 - 18:21
250 azərbaycanlı tələbə Niderland universitetlərinə qəbul olunub26.10.2026 - 18:12
ADU-da Sport Pulse Yayımlandı26.10.2026 - 18:08
Universitet tələbələri elektrik stansiyasında praktiki təcrübə keçiblər26.10.2026 - 18:00
Leyla Əliyeva və Alyona Əliyeva Şamaxıda uşaq baxçasının açılışında olublar26.10.2026 - 17:54
Qarabağ Universitetinin 5 tələbəsinə 1000 manat təqaüd veriləcək26.10.2026 - 17:50
“Mədəniyyət rüzgarı” layihəsi təlimləri təşkil edilib26.10.2026 - 17:48
Çanaqqaladan Bakıya - Ortaq mədəniyyət” sərgisinin açılışı olub26.10.2026 - 17:44
Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb26.10.2026 - 17:38
Azərbaycan Universitetində yeni elmi kitab təqdim olunub26.10.2026 - 17:30
Gənclərin ictimai-siyasi fəallığı cəmiyyətin inkişafının əsas dayaqlarındandır26.10.2026 - 17:27
İnformasiya və rabitə sektoruna investisiyalar 57,3 faiz artıb26.10.2026 - 17:13
Elnarə Baxış Milli Kibertəhlükəsizlik Agentliyindəki işindən ayrılıb26.10.2026 - 17:09
Jurnalist Zakirə Zakirqızına yeni vəzifə verildi26.10.2026 - 17:05
BMU Çinin nüfuzlu universiteti ilə elmi əməkdaşlığa başlayır26.10.2026 - 17:00
Hərbi vəzifəlilərin cəlb edildiyi təlim toplanışları başa çatıb26.10.2026 - 16:59
“Əlaçı” təqaüdünün qalibləri açıqlandı: UNEC-dən 32 tələbə seçildi26.10.2026 - 16:58
Şagirdlər “MiniBoss” proqramında öz layihələrini hazırlayır və təqdim edirlər26.10.2026 - 16:52
MDU tələbələri STEAM Mərkəzində müasir texnologiyalarla tanış olublar26.10.2026 - 16:49
UNEC-də süni intellektin iqtisadiyyata təsiri müzakirə olunub26.10.2026 - 16:43
Azərbaycanda süni intellektli robotların hazırlanması istiqamətində tədqiqatlar aparılır26.10.2026 - 16:34
Məktəblərdə hər şagirdə düşən illik təhsil xərcləri müəyyənləşdi – MƏBLƏĞLƏR26.10.2026 - 16:11
Mətanət Əliyeva: "Uşaq aqressiyasına yalnız davranış problemi kimi yanaşmaq düzgün deyil" 26.10.2026 - 15:19
Bakı Beynəlxalq İncəsənət Festivalının paralel proqramı elan edilib26.10.2026 - 14:58
Beynəlxalq Muğam Mərkəzində Cefri Verbokunun 75 illik yubileyi qeyd olunub26.10.2026 - 14:55
UNAOC-un ali nümayəndəsi: “Bakı Prosesi”nin əhəmiyyəti ildən-ilə artır26.10.2026 - 14:52
“Xalçalarda xoşbəxtlik” kitabı Azərbaycan xalçasına fərqli baxış təqdim edir26.10.2026 - 14:50
Mikayıl Ruhandın kitabı işıq üzü görüb26.10.2026 - 14:48
“Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş yeni nəşr və elektron məlumat bazası təqdim edilib26.10.2026 - 14:46
Bakı Kitab Sərgisində Mirvarid Dilbazinin poeziya dünyası və milli kəlağayı irsimiz tanıdılıb26.10.2026 - 14:44
Bakıda Gennadi Xazanovun solo gecəsi keçiriləcək26.10.2026 - 14:42
“Mədəniyyət rüzgarı” layihəsi çərçivəsində silsilə təlimlər təşkil edilib26.10.2026 - 14:40
Elbay Qasımzadə: “Şəhərsalma və Memarlıq İli” biblioqrafiyası memarlıq tarixinin öyrənilməsi üçün əhəmiyyətlidir26.10.2026 - 14:38
“İranda Azərbaycan dilində tədris aparılan bir məktəb belə yoxdur”26.10.2026 - 14:34
Son tədris ilində 250 azərbaycanlı Niderland universitetlərinə daxil olub26.10.2026 - 14:23
Bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib26.10.2026 - 14:22
Məktəblilər “Bilim Bakı”da təlimlərə cəlb olunur26.10.2026 - 14:18
Tədqiqatçı və doktorantlar üçün təlimat sənədi hazırlanıb26.10.2026 - 14:17
QHT-lər üçün qrant müsabiqəsi elan edilib26.10.2026 - 14:15