Astanada II “NOMAD AWARDS” beynəlxalq müsabiqə-festivalının qala-konserti keçirilir.
“Tehsil365” xəbər verir ki, qala-konsert festivalın əsas tədbiridir və MDB ölkələri və uzaq xaricdən yaradıcı qrupları səhnədə bir araya gətirir.
Konsert proqramında dünya xalqlarının unikallığını, adət-ənənələrini və mədəni irsini əks etdirən canlı xoreoqrafik əsərlər təqdim olunur. Xalq rəqslərindən ibarət qala-konsert rəqs mədəniyyətinin zənginliyini və müxtəlifliyini nümayiş etdirir, gənc ifaçılar arasında mədəni qarşılıqlı əlaqənin, yaradıcı mübadilənin və dostluğun simvoludur.
Festivalın qaliblərini beş ölkənin nümayəndələrindən ibarət beynəlxalq münsiflər heyəti müəyyən edir. Fikrət Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblının xoreoqrafı, Əməkdar artist Ceyhun Qubadov münsiflər heyətində Azərbaycanı təmsil edir.

