Təhsil 365 - Logo Mobile

XƏBƏRDARLIQ: Süni intellekt bizi aldada bilər

8019.04.2026 - 17:30
XƏBƏRDARLIQ: Süni intellekt bizi aldada bilər

Süni intellekt çatbotlarından o qədər istifadə edirik ki, az qala su almaq seçimini də onlardan soruşuruq.

Tehsil365” xəbər verir ki, süni intellekt həyatımızı asanlaşdırsa da, bu cür seçimləri də onun öhdəsinə buraxmaq birbaşa düşüncə qabiliyyətimizin zəifləməsinə səbəb ola bilər.

Bəs insanlar süni intellekt assistentlərinə daha çox hansı sorğuları ünvanlayırlar?

AzTV-də hazırlanan süjetdə deyilir ki, bu sual ilk olaraq süni intellekt - "ChatGPT"nin özünə verilib.

- İnsanlar sənə daha çox nə ilə bağlı suallar verirlər?

Onun cavabına görə, ən çox verilən suallar bir neçə böyük kateqoriyaya bölünür: təhsil və izahlar, texnologiya və praktiki kömək, məsləhət və qərarvermə, yaradıcılıq və yazı, ümumi maraq və gündəlik suallar, həmçinin əyləncə xarakterli müraciətlər.

Qısası, insanların verdiyi suallar əsasən ya nəyisə başa düşmək, ya da nəyisə həll etmək üzərində qurulub.

Bəs insanlar necə düşünür?

Bəzi vətəndaşlar bildirirlər ki, hər hansı problem yaşadıqları zaman süni intellektdən istifadə edirlər və bu, onlar üçün daha qısa yoldur. Digərləri isə qeyd edirlər ki, gündəlik işlərdə, sənəd hazırlayanda, mövzu axtarışında, hətta yemək bişirəndə belə süni intellektdən yararlanırlar.

Digər fikrə görə isə bunun mənfi tərəfləri də var. İnsanlar özləri daha dərin araşdırmalar apara, kitabxanalardan və digər ənənəvi mənbələrdən istifadə edə bilərlər.

Mütəxəssislər hesab edirlər ki, rəqəmsal alqoritmlər gündəlik həyatımızın görünməyən bələdçisinə çevrilib. Sosial şəbəkələr bizə nə izləyəcəyimizi, nə düşünəcəyimizi, hətta bəzən nəyə reaksiya verəcəyimizi belə təklif edir. Bu platformalar rahatlıq yaratsa da, seçim yükünü azaltsa da, insanın qərarvermə refleksini zəiflədə bilər.

Psixoloqların sözlərinə görə, bəzi uşaqlar süni intellektin hər şeyi doğru bildiyini düşünürlər. Halbuki bu belə deyil. Bəzən onu insan kimi qəbul edir, onunla emosional bağ qururlar. Bu isə özünəinam, özünüdərk və özünüqiymətləndirmə hisslərinin zəifləməsinə səbəb ola bilər.

Sosial şəbəkələrdə isə vəziyyət daha mürəkkəbdir. Burada istifadəçi təkcə məlumat almır, eyni zamanda aqressiya, qorxu və diqqət çəkmək istəyi kimi emosional təsirlərə də məruz qalır.

Son günlər Türkiyədə orta məktəb şagirdinin həmyaşıdlarına və müəlliminə silahlı hücum etməsi, daha sonra isə özünü öldürməsi bu müzakirələri yenidən aktuallaşdırıb.

Mütəxəssislər hesab edirlər ki, aqressiya yayan bəzi cizgi filmləri, seriallar, internet oyunları və zərərli onlayn məzmunların uşaq və yeniyetmələrə təsiri ciddi şəkildə araşdırılmalıdır. Bu sahədə filtr mexanizmlərinin tətbiqi, aqressiya və zorakılığı təşviq edən paylaşımların əlçatanlığının azaldılması vacib sayılır.

Fatimə Cəfərzadə

Xəbər Lenti

Gürcüstanda 94 qorunan ərazi var və bunlardan 15-i milli parkdır19.04.2026 - 19:54
“Shandian” adlı robot Pekin robot-insan yarımarafonunun qalibi olub 19.04.2026 - 19:45
Professor: Azərbaycan ərazisində şəhər mədəniyyəti eramızdan əvvəlki dövrlərdən formalaşmağa başlayıb19.04.2026 - 19:36
Qazaxda bir sıra abidələr ziyarət edilib19.04.2026 - 19:26
Fövqəladə Hallar Nazirliyi Gəncədə şərti yanğın təlimi təşkil edib19.04.2026 - 19:18
Sabah yağış yağacaq, şimşək çaxacaq19.04.2026 - 19:09
Naxçıvanda XI siniflər üçün buraxılış imtahanı19.04.2026 - 18:56
Uşaqlar üçün xüsusi SIM kart sistemi hazırlanır19.04.2026 - 18:48
Ağaca ildırım düşüb: 2 uşaq ölüb, 1-i ağır yaralanıb19.04.2026 - 18:36
Hava meteohəssas insanlarda narahatlıq yarada bilər19.04.2026 - 18:26
Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində əlaqələr dərinləşdirilir19.04.2026 - 18:25
Test imtahanında müvəffəqiyyət əldə edən sürücülərə şəhadətnamələri təqdim edilir19.04.2026 - 18:18
Peşəkar mühasib sertifikatı almaq istəyənlərə test imtahanı keçirilir19.04.2026 - 18:11
Bu gün Dövlət İmtahan Mərkəzi növbəti imtahanlar keçirib19.04.2026 - 18:02
Psixoloqlara görə çox danışan insanlar hansı tip şəxsiyyətə sahibdir?19.04.2026 - 18:00
Ucarda yol qəzası olub, 12 yaşlı qız xəsarət alıb19.04.2026 - 17:52
337 şəhidin həyat hekayəsi bir kitabda toplandı19.04.2026 - 17:50
Şahin Mustafayev: Türk Akademiyasının ən mühüm layihəsi ortaq türk tarixinin yazılmasıdır19.04.2026 - 17:44
DİM növbəti imtahanlar keçirdi - Doqquz nəfərdə telefon tutuldu19.04.2026 - 17:40
Hava ilə bağlı XƏBƏRDARLIQ: Temperatur kəskin enəcək19.04.2026 - 17:34
Haaqada “Şərq və Qərb bir arada” adlı fotosərgi açılıb19.04.2026 - 17:22
Türkiyənin texnologiya vitrini: Ankara sərgisində aparıcı şirkətlərin yeni məhsulları təqdim olunub19.04.2026 - 17:20
İsveçrəli yazıçı Xəzər Universitetinin qonağı olub19.04.2026 - 17:14
Azərbaycan Astanada keçirilən beynəlxalq festivalın münsiflər heyətində təmsil olunur19.04.2026 - 17:10
Ankarada rəqəmsal dünyada uşaqların müdafiəsi mövzusunda panel müzakirələri planlaşdırılır19.04.2026 - 17:06
Dövlət İmtahan Mərkəzi bu gün növbəti imtahanlar keçirəcək19.04.2026 - 17:00
Hamının istifadə etdiyi bu məşhur dərman faydasız imiş - Həkim səbəbi açıqladı19.04.2026 - 16:50
Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər19.04.2026 - 16:40
“‘Keçər’ demək sağlamlığımızı riskə atır” – Tibb eksperti Aydın Əliyev19.04.2026 - 16:30
“İnsanlar çox vaxt dinə yox, onun yanlış təqdimatına qarşı çıxır” – İlahiyyatçı Əkrəm Həsənov19.04.2026 - 16:05
Bu gün peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi keçiriləcək19.04.2026 - 15:00
Qadın voleybolçuların Yüksək Liqasında mövsümün həlledici görüşləri baş tutacaq19.04.2026 - 14:30
DİM tərəfindən yeddi imtahan keçirilib, doqquz nəfərdə telefon aşkarlanıb - YENİLƏNİB19.04.2026 - 14:10
Sabahın havası bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər19.04.2026 - 13:55
Şəkidə ali məktəblərə və kolleclərə qəbul imtahanları 6 mərkəzdə aparılıb19.04.2026 - 13:30
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib19.04.2026 - 13:11
Qaxda maarifləndirici təlim: gənclər emosional zəkanın sirlərini öyrəniblər19.04.2026 - 12:58
Azərbaycan cüdoçuları Avropa çempionatını dörd medalla başa vurublar19.04.2026 - 12:40
Azərbaycan atletləri Batumidə keçirilən Avropa çemoionatında iştirak edirlər19.04.2026 - 12:26
DİM: Bu gün keçirilən imtahanların nəticələri 6 həftədən sonra elan ediləcək19.04.2026 - 12:10
BDU-da Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr ounmuş tədbir19.04.2026 - 10:00
Süfrəmizdəki təhlükə - Həkimdən XƏBƏRDARLIQ19.04.2026 - 09:46
“Tədqiqatın kəmiyyət və keyfiyyət metodları” mövzusunda seminar keçirilib19.04.2026 - 09:32
Torpağın pH xüsusiyyətlərinin müqayisəli tədqiqi üzrə praktik təcrübə keçirilib19.04.2026 - 09:20
Naxçıvanda XI siniflər üçün buraxılış imtahanı- FOTOLAR19.04.2026 - 09:06
Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin tələbələri BDU-nun Tarix fakültəsində19.04.2026 - 08:50
ADU-da yazıçı Dilşad Talıbova ilə görüş keçirilib19.04.2026 - 08:36