Azərbaycan ədəbiyyatının inkişafına mühüm töhfələr vermiş nasir, tənqidçi və ədəbiyyatşünas Çingiz Həsən oğlu Hüseynov zəngin yaradıcılığı və elmi fəaliyyəti ilə seçilən ziyalılardan biri olub.
“Tehsil365” xəbər verir ki, O, 20 aprel 1929-cu ildə Bakıda anadan olub.
1959-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Çingiz Hüseynov, müxtəlif janrlarda yazdığı əsərlərlə oxucuların rəğbətini qazanıb. Onun yaradıcılığı ədəbi tənqid, nəsr və tərcümə sahələrini əhatə edərək Azərbaycan ədəbiyyatına dəyərli töhfələr verib.
Alim kimi də fəaliyyət göstərən Çingiz Hüseynov 1979-cu ildə filologiya elmləri doktoru, 1980-ci ildə professor elmi adlarını alıb. 1989-cu ildə isə Azərbaycan SSR əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.
Görkəmli ədib 8 yanvar 2024-cü ildə Qüds şəhərində vəfat edib. Onun ədəbi və elmi irsi Azərbaycan mədəniyyətində öz əhəmiyyətini qorumaqda davam edir.

