Azərbaycan musiqi mədəniyyətinin ən görkəmli nümayəndələrindən biri olan Cabbar İsmayıl oğlu Qaryağdıoğlu xanəndəlik sənətinin inkişafında müstəsna rol oynayıb.
“Tehsil365” xəbər verir ki, O, 31 mart 1861-ci ildə Şuşada anadan olub.
Cabbar Qaryağdıoğlu muğam ifaçılığı sahəsində yüksək ustalığı ilə seçilərək bu sənəti yeni zirvələrə yüksəldib. Onun zəngin repertuarı, güclü səsi və özünəməxsus ifa tərzi Azərbaycan musiqisinin formalaşmasında mühüm təsir göstərib. Sənətkar həm də bəstəkar və musiqi xadimi kimi fəaliyyət göstərərək milli musiqinin inkişafına böyük töhfələr verib.
1935-ci ildə Azərbaycan SSR xalq artisti fəxri adına layiq görülən Cabbar Qaryağdıoğlu, xanəndəlik məktəbinin ən parlaq simalarından biri kimi qəbul olunur.
Görkəmli sənətkar 28 aprel 1944-cü ildə Bakıda vəfat edib. Onun sənət irsi bu gün də Azərbaycan muğamının əsas sütunlarından biri kimi yaşayır və gələcək nəsillərə örnək olur.

