“İnsan öz emosiyalarını düzgün idarə etmədikdə, bu həm psixoloji, həm də fiziki problemlərə səbəb ola bilər.”
Bu sözləri psixoloq Arzu Fərəcova "Tehsil365"ə açıqlamasında deyib.
O bildirib ki, müasir dövrdə insanların üzləşdiyi əsas problemlərdən biri stress və emosional gərginlikdir. Onun sözlərinə görə, gündəlik həyatın sürətli tempi, sosial təzyiqlər və informasiya yükü psixoloji vəziyyətə ciddi təsir göstərir.
Arzu Fərəcova qeyd edib ki, insanlar çox vaxt öz hisslərini gizlədir və bu da daxili gərginliyin artmasına səbəb olur. O vurğulayıb ki, emosiyaların düzgün şəkildə ifadə olunması və idarə edilməsi psixoloji sağlamlıq üçün vacibdir.
Psixoloq əlavə edib ki, istirahətə vaxt ayırmaq, sosial əlaqələri qorumaq və sağlam həyat tərzi psixoloji balansın saxlanmasında mühüm rol oynayır.
Sonda o tövsiyə edib ki, uzunmüddətli stress və narahatlıq hallarında mütəxəssisə müraciət etməkdən çəkinilməməlidir.

