Təhsil 365 - Logo Mobile

ADPU-da “Məktəbəqədər təhsilin inkişafı və transformasiyası” mövzusunda beynəlxalq forum keçirilib

9120.04.2026 - 09:00
ADPU-da “Məktəbəqədər təhsilin inkişafı və transformasiyası” mövzusunda beynəlxalq forum keçirilib

Aprelin 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Məktəbəqədər təhsilin inkişafı və transformasiyası” Beynəlxalq təhsil forumu keçirilib. Forumda yerli və xarici mütəxəssislər, ali təhsil müəssisələrinin nümayəndələri və məktəbəqədər təhsil sahəsində çalışan ekspertlər iştirak ediblər.

“Tehsil365” xəbər verir ki, forum ADPU-nun rektoru professor Cəfər Cəfərovun açılış nitqi ilə başlayıb. Rektor çıxışında məktəbəqədər təhsilin cəmiyyətin gələcəyinin formalaşmasında mühüm rol oynadığını vurğulayaraq bildirib ki, bu mərhələ uşaqların sosial bacarıqlarının, düşüncə tərzinin və dünyagörüşünün əsasının qoyulduğu ən vacib dövrdür. C.Cəfərov qeyd edib ki, müasir dövrdə qlobal çağırışlar təhsil sistemindən yeni yanaşmalar tələb edir və bu baxımdan rəqəmsallaşma, inklüzivlik, fərdiyyətyönümlü təlim və pedaqoji innovasiyalar məktəbəqədər təhsilin inkişafında əsas istiqamətlər kimi çıxış edir.

Cəfər Cəfərov çıxışında ADPU-da məktəbəqədər təhsil sahəsində beynəlxalq əməkdaşlığın genişləndirildiyini xüsusi vurğulayıb. Bildirib ki, Türkiyənin Qazi Universiteti ilə ikili diplom proqramının həyata keçirilməsi istiqamətində mühüm addımlar atılıb. Eyni zamanda, Ege Universiteti ilə birgə beynəlxalq konfransların təşkili universitetlərarası elmi və akademik əməkdaşlığın inkişafına, təcrübə mübadiləsinin güclənməsinə və təhsilin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verir.

Rektor forum çərçivəsində aparılan müzakirələr məktəbəqədər təhsilin inkişafına mühüm töhfə verəcək və yeni əməkdaşlıq imkanlarının yaranmasına zəmin yaradacağını bildirib.

Bakı Slavyan Universitetinin rektoru dosent Anar Nağıyev çıxış edərək məktəbəqədər təhsilin ümumi təhsil sistemindəki rolunu vurğulayıb və ali təhsil müəssisələri arasında əməkdaşlığın əhəmiyyətini qeyd edib. A.Nağıyev bildirib ki, erkən yaş dövründə keyfiyyətli təhsil mühitinin yaradılması gələcək təhsil pillələrində uğurun əsasını təşkil edir və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi, birgə layihələrin və akademik tərəfdaşlıqların genişləndirilməsi vacibdir.

Forumda çıxış edən millət vəkili Ceyhun Məmmədov qeyd edib ki, günümüzün reallığında təhsildə ciddi çağırışlar var və artıq müxtəlif transformasiyaların şahidi oluruq. Süni intellekt sürətlə həyatımıza daxil olur, dünyada da təhsilə baxışlar dəyişir. Bunlar bizdən də təhsildə yeni yanaşmaları tələb edir və məktəbəqədər təhsil burada mərkəzi yerdə dayanan əsas elementlərdəndir.

ADPU-nun Məktəbəqədər təhsil fakültəsinin dekanı dosent Nailə Hüseynova çıxışında forumun fikir mübadiləsi və yeni yanaşmaların formalaşdırılması baxımından əhəmiyyətini qeyd edib. Qeyd edilib ki, innovativ pedaqoji yanaşmalar, oyun əsaslı təlim, uşağamərkəzli yanaşma, inklüzivlik və rəqəmsal texnologiyalar artıq məktəbəqədər təhsilin əsas istiqamətlərinə çevrilib.Dekan vurğulayıb ki, bu sahədə əsas prioritetlərdən biri kadr hazırlığının keyfiyyətinin artırılmasıdır. Fakültədə təhsil proqramlarının yenilənməsi və praktik yönümlü yanaşmanın gücləndirilməsi istiqamətində işlər aparılır və Məktəbəqədər təhsil ixtisasının 2025-ci ildə akkreditasiya prosesindən uğurlu nəticələrlə keçməsi bu istiqamətdə aparılan işlərin məntiqi nəticəsidir.

Forum çərçivəsində beynəlxalq təcrübə də təqdim olunub. Ege Universitetinin dekan müavini professor Sibel Sönməz Türkiyədə məktəbəqədər təhsil sisteminin strukturu və müasir inkişaf istiqamətləri barədə məlumat verib. O bildirib ki, proqramlar oyun əsaslı öyrənmə, uşağın hərtərəfli inkişafı və bacarıq əsaslı yanaşma prinsiplərinə əsaslanır.

Forumda ARTİ-nin Təhsilverənlərin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət Mehdiyeva “Tərbiyəçi müəllimlərin işə qəbul qaydaları” mövzusunda çıxış edərək sahədə kadr hazırlığı və seçimi mexanizmlərinə toxunub. ARTİ-nin böyük elmi məsləhətçisi Laləzar Cəfərova isə “Məktəbəqədər təhsil: mövcud vəziyyət, problemlər və perspektivlər” mövzusunda təqdimatla çıxış edərək mövcud çətinliklər və inkişaf istiqamətlərini diqqətə çatdırıb.

Forumda, həmçinin açıq dərslər və praktik təqdimatlar da təşkil olunub.

Forum “Məktəbəqədər təhsil müəssislərində keyfiyyət mədəniyyətinin formalaşdırılması” və “Məktəbəqədər təhsil müəssislərində dayanıqlı inkişaf strategiyaları” mövzusunda panel müzakirələrlə davam edib.

Zeynəb Quluyeva

Xəbər Lenti

ADU-da torpaq ehtiyatları və ekoloji problemlər müzakirə olunub24.04.2026 - 08:30
Bu gün Gənclərin Beynəlxalq Həmrəylik Günüdür24.04.2026 - 08:20
Süni intellekt nüvə silahını əvəz edə bilər24.04.2026 - 08:11
Bu gün hava necə olacaq? - PROQNOZ24.04.2026 - 08:01
Gözlərimizi məhv edən təhlükəli vərdiş - oftalmoloqlardan XƏBƏRDARLIQ24.04.2026 - 07:50
BDU-da “Türkiyə günü”24.04.2026 - 07:42
BDU və İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzi arasında anlaşma memorandumu imzalanıb24.04.2026 - 07:30
Hacettepe Universiteti və Ege Universiteti ilə beynəlxalq akademik əməkdaşlıqlar genişlənir24.04.2026 - 07:21
ADU-da inşa müsabiqəsi keçirilib24.04.2026 - 07:12
Binə–Mahaçqala reysi üzrə İl-14P təyyarəsinin qəzaya uğraması ilə bağlı hadisə24.04.2026 - 07:00
Aktrisa Məleykə Ağazadənin səhnə və ekran yaradıcılığı yaddaşlarda yaşayır24.04.2026 - 06:36
Tanınmış televiziya rejissoru Tariyel Vəliyevin yaradıcılıq və pedaqoji fəaliyyəti24.04.2026 - 06:18
Xalq şairi Balaş Azəroğlunun ədəbiyyatımıza verdiyi töhfələr24.04.2026 - 06:00
Xalq rəssamı Rasim Babayevin sənət irsi və yaradıcılıq yolu24.04.2026 - 05:42
Əməkdar artist Əli Salahlının səhnə sənətində iz qoyan fəaliyyəti24.04.2026 - 05:18
Kino rəssamı Məhəmməd Maqomayevin qısa, lakin yadda qalan yaradıcılıq yolu24.04.2026 - 05:06
Əliheydər Qarayev: Azərbaycan siyasi tarixində mühüm rol oynamış şəxsiyyət24.04.2026 - 04:54
Fərid Qayıbovun beynəlxalq və dövlət fəaliyyətində artan rolu24.04.2026 - 04:36
Əməkdar artist Rafiq Hüseynovun sənət yolu və yadda qalan irsi24.04.2026 - 04:18
Görkəmli geoloq-alim Ələşrəf Əlizadənin elmi və ictimai fəaliyyəti24.04.2026 - 04:00
Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə qəbul elan edilib23.04.2026 - 19:57
Günəşdə güclü partlayışlar qeydə alınıb23.04.2026 - 19:55
Sabah 25 dərəcə isti olacaq23.04.2026 - 19:52
Azərbaycan Universitetində Əfqan Vəliyevin iştirakı ilə panel-görüş təşkil edilib23.04.2026 - 19:47
ADNSU tələbələri üçün açıq dərs23.04.2026 - 19:42
UNEC-də IV beynəlxalq konfrans öz işinə başlayıb23.04.2026 - 19:35
Bakıda külək güclənəcək23.04.2026 - 19:28
AzMİU-da Dünya Bankı layihəsi üzrə görüş keçirilib23.04.2026 - 19:24
Təhsil müəssisələrində tədris distant olacaq - TARİXLƏR23.04.2026 - 19:18
Prezident bu universitetə rektor təyin etdi23.04.2026 - 19:12
BMU-da beynəlxalq elmi konfrans keçirilir23.04.2026 - 19:06
Çox sual verən və fərqli düşünən uşaqlar dərs prosesini çətinləşdirir? – Təhsil eksperti açıqladı23.04.2026 - 19:02
Süni intellekt xərçəngi müalicə edəcək23.04.2026 - 19:00
Bu qədər abituriyent 300 bal topladı23.04.2026 - 18:56
Azərbaycanda məktəblərdə kütləvi yoxlamalar başlayıb23.04.2026 - 18:50
DİM: 10 nəfər imtahandan xaric olunub23.04.2026 - 18:49
ChatGPT vizual istehsalda daha yüksək səviyyəyə çatdı - Mətn artıq təhrif olunmur23.04.2026 - 18:45
Onlar 300 bal TOPLADI23.04.2026 - 18:44
Azərbaycanda universitet 40 vəzifəyə işçi axtarır - SİYAHI23.04.2026 - 18:40
Nəticəsindən narazı olanların diqqətinə - apellyasiyanın TARİXLƏRİ23.04.2026 - 18:36
Ağstafada xəsarət yetirilən məktəblinin vəziyyəti qənaətbəxşdir23.04.2026 - 18:35
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ23.04.2026 - 18:30
WUF13 ilə əlaqədar paytaxtdakı təhsil müəssisələrində dərslər distant qaydada keçiriləcək23.04.2026 - 18:28
Çin tərəfinin WUF13-də fəal iştirakından məmnunluq ifadə olunub23.04.2026 - 18:24
Dövlət Universitetinə rektor təyin edildi - SƏRƏNCAM23.04.2026 - 18:20
Nehrəm qəsəbəsindəki 3 nömrəli məktəb binasının yeni tədris ilindən istifadəyə verilməsi nəzərdə tutulur23.04.2026 - 18:16
Bakının bəzi təhsil müəssisələrində dərslər distant olacaq23.04.2026 - 18:10
Elbay Qasımzadə: Memarlıq və İnşaat Universitetində təhsil alan tələbələrin 70 faizi qızlardır23.04.2026 - 18:08