Təhsil 365 - Logo Mobile

ADU-da dilin leksik saflığı mövzusunda dəyirmi masa keçirilib

7820.04.2026 - 09:35
ADU-da dilin leksik saflığı mövzusunda dəyirmi masa keçirilib

Aprelin 17-də Azərbaycan Dillər Universitetinin (ADU) İngilis və alman dilləri fakültəsi nəzdində İngilis dilinin leksikologiyası kafedrasının təşkilatçılığı ilə “Prezident İlham Əliyevin dil siyasətində dilin saflığının qorunması prinsipləri” mövzusunda dəyirmi masa keçirilib.

“Tehsil365” xəbər verir ki, dəyirmi masada İngilis və alman dilləri fakültəsinin dekanı, fil.f.d., dosent Naibə Camalzadə, İngilis və fransız dilləri fakültəsinin dekanı, fil.f.d., dosent Vəfa Babayeva, İngilis dilinin leksikologiyası kafedrasının müdiri, fil.f.d., dosent Mehriban Hüseynova və kafedranın əməkdaşları iştirak ediblər.

Tədbirin açılışında çıxış edən İngilis dilinin leksikologiyası kafedrasının müdiri Mehriban Hüseynova Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dil siyasətində dilin saflığının qorunmasının əsas prinsiplərindən bəhs edib. O, Azərbaycan dilinin milli kimliyin əsas elementlərindən biri kimi təqdim olunduğunu, xüsusilə qloballaşma dövründə dilə daxil olan yad sözlərin nəzarətsiz artımının qarşısının alınmasının vacibliyini qeyd edib.

İngilis dilinin leksikologiyası kafedrasının müəllimi Məmmədli Məhbubə çıxışında bildirib ki, Prezident İlham Əliyev üçün Azərbaycan dili yalnız ünsiyyət vasitəsi deyil, xalqımızın milli kimliyini, zəngin mədəniyyətini və dövlət müstəqilliyini təmsil edən ən böyük mənəvi sərvətdir. O vurğulayıb ki, dövlət başçısının dil siyasətində dilin saflığı məsələsi prioritet istiqamətlərdən biridir və bu yanaşma dilin qloballaşma dövrünün təsirlərindən qorunmasını, eyni zamanda onun daxili inkişaf imkanlarının maksimum dərəcədə hərəkətə gətirilməsini nəzərdə tutur.

Qeyd olunub ki, Azərbaycan dilinin saflığının qorunması dövlət səviyyəsində bir çox tədbirlərdə xüsusi vurğulanır və eyni zamanda hüquqi çərçivədə tənzimlənir. Bu prinsiplərin real həyatda tətbiqi məqsədilə cənab Prezident tərəfindən fundamental hüquqi baza yaradılıb. Xüsusilə 2018-ci ildə imzalanmış “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” sərəncam bu sahədə yeni mərhələnin əsasını qoyub.

Daha sonra İngilis dilinin leksikologiyası kafedrasının müəllimi Ağayeva Günay çıxış edərək bildirib ki, dilin saflığı dilin öz söz ehtiyatının qorunması, lazımsız və həddindən artıq xarici sözlərin qarşısının alınması deməkdir. O qeyd edib ki, bu, dilin digər dillərdən söz qəbul etməməsi anlamına gəlmir, əksinə, dillər tarix boyu qarşılıqlı təsir nəticəsində inkişaf edib. Lakin əsas məsələ bu təsirin zəruri və məqsədəuyğun şəkildə həyata keçirilməsidir.

Ağayeva Günay həmçinin vurğulayıb ki, müasir dövrdə, xüsusilə gənclər arasında xarici sözlərdən həddindən artıq istifadə halları geniş yayılıb və bunun əsas səbəbləri kimi sosial şəbəkələrin təsiri və xarici sözlərin daha prestijli hesab olunmasını göstərib.

İngilis və fransız dilləri fakültəsinin dekanı Vəfa Babayeva çıxışında dilin saflığının qorunmasında təhsil sisteminin rolunun böyük olduğunu qeyd edib. O bildirib ki, məktəblərdə və ali təhsil müəssisələrində şagird və tələbələrə ana dilinə sevgi aşılanmalı, düzgün və səlis danışıq vərdişləri formalaşdırılmalıdır. Bununla yanaşı, media və sosial platformaların da bu sahədə məsuliyyət daşıdığı vurğulanıb.

İngilis və alman dilləri fakültəsinin dekanı Naibə Camalzadə isə çıxışında terminologiya məsələsinə diqqət çəkərək bildirib ki, yeni anlayışlar yarandıqca onların Azərbaycan dilində uyğun qarşılıqları hazırlanmalı və istifadəyə daxil edilməlidir. Bu yanaşma dilin inkişafını təmin etməklə yanaşı, onun saflığının qorunmasına da xidmət edir.

Dəyirmi masada həmçinin İngilis dilinin leksikologiyası kafedrasının əməkdaşları – dosent Lalə Əsədova, dosent Nigar Bəşirova, fil.f.d., baş müəllim Ülviyyə Əhmədova, fil.f.d., baş müəllim Günay Tahirzadə və baş müəllim Mülayim Bağırova çıxış edərək mövzu ətrafında fikirlərini bölüşüblər.

Tədbir müzakirələrlə davam edib, iştirakçılar tərəfindən mövzu ilə bağlı fikir mübadiləsi aparılıb və dilin saflığının qorunmasının əhəmiyyəti bir daha vurğulanıb.

Zeynəb Quluyeva

Xəbər Lenti

ADU-da torpaq ehtiyatları və ekoloji problemlər müzakirə olunub24.04.2026 - 08:30
Bu gün Gənclərin Beynəlxalq Həmrəylik Günüdür24.04.2026 - 08:20
Süni intellekt nüvə silahını əvəz edə bilər24.04.2026 - 08:11
Bu gün hava necə olacaq? - PROQNOZ24.04.2026 - 08:01
Gözlərimizi məhv edən təhlükəli vərdiş - oftalmoloqlardan XƏBƏRDARLIQ24.04.2026 - 07:50
BDU-da “Türkiyə günü”24.04.2026 - 07:42
BDU və İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzi arasında anlaşma memorandumu imzalanıb24.04.2026 - 07:30
Hacettepe Universiteti və Ege Universiteti ilə beynəlxalq akademik əməkdaşlıqlar genişlənir24.04.2026 - 07:21
ADU-da inşa müsabiqəsi keçirilib24.04.2026 - 07:12
Binə–Mahaçqala reysi üzrə İl-14P təyyarəsinin qəzaya uğraması ilə bağlı hadisə24.04.2026 - 07:00
Aktrisa Məleykə Ağazadənin səhnə və ekran yaradıcılığı yaddaşlarda yaşayır24.04.2026 - 06:36
Tanınmış televiziya rejissoru Tariyel Vəliyevin yaradıcılıq və pedaqoji fəaliyyəti24.04.2026 - 06:18
Xalq şairi Balaş Azəroğlunun ədəbiyyatımıza verdiyi töhfələr24.04.2026 - 06:00
Xalq rəssamı Rasim Babayevin sənət irsi və yaradıcılıq yolu24.04.2026 - 05:42
Əməkdar artist Əli Salahlının səhnə sənətində iz qoyan fəaliyyəti24.04.2026 - 05:18
Kino rəssamı Məhəmməd Maqomayevin qısa, lakin yadda qalan yaradıcılıq yolu24.04.2026 - 05:06
Əliheydər Qarayev: Azərbaycan siyasi tarixində mühüm rol oynamış şəxsiyyət24.04.2026 - 04:54
Fərid Qayıbovun beynəlxalq və dövlət fəaliyyətində artan rolu24.04.2026 - 04:36
Əməkdar artist Rafiq Hüseynovun sənət yolu və yadda qalan irsi24.04.2026 - 04:18
Görkəmli geoloq-alim Ələşrəf Əlizadənin elmi və ictimai fəaliyyəti24.04.2026 - 04:00
Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə qəbul elan edilib23.04.2026 - 19:57
Günəşdə güclü partlayışlar qeydə alınıb23.04.2026 - 19:55
Sabah 25 dərəcə isti olacaq23.04.2026 - 19:52
Azərbaycan Universitetində Əfqan Vəliyevin iştirakı ilə panel-görüş təşkil edilib23.04.2026 - 19:47
ADNSU tələbələri üçün açıq dərs23.04.2026 - 19:42
UNEC-də IV beynəlxalq konfrans öz işinə başlayıb23.04.2026 - 19:35
Bakıda külək güclənəcək23.04.2026 - 19:28
AzMİU-da Dünya Bankı layihəsi üzrə görüş keçirilib23.04.2026 - 19:24
Təhsil müəssisələrində tədris distant olacaq - TARİXLƏR23.04.2026 - 19:18
Prezident bu universitetə rektor təyin etdi23.04.2026 - 19:12
BMU-da beynəlxalq elmi konfrans keçirilir23.04.2026 - 19:06
Çox sual verən və fərqli düşünən uşaqlar dərs prosesini çətinləşdirir? – Təhsil eksperti açıqladı23.04.2026 - 19:02
Süni intellekt xərçəngi müalicə edəcək23.04.2026 - 19:00
Bu qədər abituriyent 300 bal topladı23.04.2026 - 18:56
Azərbaycanda məktəblərdə kütləvi yoxlamalar başlayıb23.04.2026 - 18:50
DİM: 10 nəfər imtahandan xaric olunub23.04.2026 - 18:49
ChatGPT vizual istehsalda daha yüksək səviyyəyə çatdı - Mətn artıq təhrif olunmur23.04.2026 - 18:45
Onlar 300 bal TOPLADI23.04.2026 - 18:44
Azərbaycanda universitet 40 vəzifəyə işçi axtarır - SİYAHI23.04.2026 - 18:40
Nəticəsindən narazı olanların diqqətinə - apellyasiyanın TARİXLƏRİ23.04.2026 - 18:36
Ağstafada xəsarət yetirilən məktəblinin vəziyyəti qənaətbəxşdir23.04.2026 - 18:35
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ23.04.2026 - 18:30
WUF13 ilə əlaqədar paytaxtdakı təhsil müəssisələrində dərslər distant qaydada keçiriləcək23.04.2026 - 18:28
Çin tərəfinin WUF13-də fəal iştirakından məmnunluq ifadə olunub23.04.2026 - 18:24
Dövlət Universitetinə rektor təyin edildi - SƏRƏNCAM23.04.2026 - 18:20
Nehrəm qəsəbəsindəki 3 nömrəli məktəb binasının yeni tədris ilindən istifadəyə verilməsi nəzərdə tutulur23.04.2026 - 18:16
Bakının bəzi təhsil müəssisələrində dərslər distant olacaq23.04.2026 - 18:10
Elbay Qasımzadə: Memarlıq və İnşaat Universitetində təhsil alan tələbələrin 70 faizi qızlardır23.04.2026 - 18:08