Təhsil 365 - Logo Mobile

Ali təhsil müəssisələrinə qəbul üzrə sınaq imtahanına qeydiyyat davam edir

10520.04.2026 - 12:26
Ali təhsil müəssisələrinə qəbul üzrə sınaq imtahanına qeydiyyat davam edir

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 10-da I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanı modelinə uyğun sınaq imtahanı keçirəcək.

DİM-dən “Tehsil365” ə bildirilib ki, bu imtahan Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə qəbul imtahanının II mərhələsi üzrə keçiriləcək yeganə sınaq imtahanıdır. İmtahanın məzmunu və təşkilati forması qəbul imtahanlarının modelinə tam uyğundur. Dövlət İmtahan Mərkəzi digər özəl qurumların keçirdikləri sınaq imtahanlarının məzmunu və təşkilinə cavabdehlik daşımır və abituriyentlərə yalnız Mərkəzin rəsmi sınaq imtahanında iştirak etmələrini tövsiyə edir.

Sınaq imtahanına qeydiyyat aprelin 22-si saat 23:59-dək aparılacaq.

Sınaq imtahanına qeydiyyatdan keçmək üçün ekabinet.dim.gov.az saytında “Şəxsi kabinet” yaradılmalıdır (şəxsi kabineti olmayanlar). “Şəxsi kabinet”in “Hesab” bölməsinə imtahanda iştirak üçün nəzərdə tutulan məbləğ (40 AZN) yüklənilir. Hesaba lazımi miqdarda vəsait əlavə etmək üçün müxtəlif ödəniş üsullarından yararlanmaq olar.

Daha sonra DİM-in saytında yerləşdirilən qeydiyyat linki vasitəsilə “Şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə sistemə daxil olub “İmtahana buradan yazılın” düyməsini basmaq lazımdır. Açılan səhifədə imtahan yeri seçilir. Sonra isə imtahan veriləcək bölmə, ixtisas qrupu seçilir və “Qeydə al” düyməsi basılır.

İmtahanın müddəti 3 saatdır. Yazılı cavablandırılması tələb olunan açıq tipli tapşırıqların cavabları “cavab vərəqi”ində nəzərdə tutulan müvafiq yerlərdə, digər tapşırıqların cavabları isə “cavab kartı”ında qeyd olunur. İmtahanın sonunda cavab vərəqələri və cavab kartları abituriyentlərdən təhvil alınır.

Sınaq imtahanında istifadə olunacaq test tapşırıqları 11-ci sinif üçün ümumtəhsil müəssisələrində qüvvədə olan tədris proqramlarının aprel ayının sonunadək olan hissəsini əhatə edəcək.

Zəhra Əliyeva

Xəbər Lenti

ADU-da torpaq ehtiyatları və ekoloji problemlər müzakirə olunub24.04.2026 - 08:30
Bu gün Gənclərin Beynəlxalq Həmrəylik Günüdür24.04.2026 - 08:20
Süni intellekt nüvə silahını əvəz edə bilər24.04.2026 - 08:11
Bu gün hava necə olacaq? - PROQNOZ24.04.2026 - 08:01
Gözlərimizi məhv edən təhlükəli vərdiş - oftalmoloqlardan XƏBƏRDARLIQ24.04.2026 - 07:50
BDU-da “Türkiyə günü”24.04.2026 - 07:42
BDU və İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzi arasında anlaşma memorandumu imzalanıb24.04.2026 - 07:30
Hacettepe Universiteti və Ege Universiteti ilə beynəlxalq akademik əməkdaşlıqlar genişlənir24.04.2026 - 07:21
ADU-da inşa müsabiqəsi keçirilib24.04.2026 - 07:12
Binə–Mahaçqala reysi üzrə İl-14P təyyarəsinin qəzaya uğraması ilə bağlı hadisə24.04.2026 - 07:00
Aktrisa Məleykə Ağazadənin səhnə və ekran yaradıcılığı yaddaşlarda yaşayır24.04.2026 - 06:36
Tanınmış televiziya rejissoru Tariyel Vəliyevin yaradıcılıq və pedaqoji fəaliyyəti24.04.2026 - 06:18
Xalq şairi Balaş Azəroğlunun ədəbiyyatımıza verdiyi töhfələr24.04.2026 - 06:00
Xalq rəssamı Rasim Babayevin sənət irsi və yaradıcılıq yolu24.04.2026 - 05:42
Əməkdar artist Əli Salahlının səhnə sənətində iz qoyan fəaliyyəti24.04.2026 - 05:18
Kino rəssamı Məhəmməd Maqomayevin qısa, lakin yadda qalan yaradıcılıq yolu24.04.2026 - 05:06
Əliheydər Qarayev: Azərbaycan siyasi tarixində mühüm rol oynamış şəxsiyyət24.04.2026 - 04:54
Fərid Qayıbovun beynəlxalq və dövlət fəaliyyətində artan rolu24.04.2026 - 04:36
Əməkdar artist Rafiq Hüseynovun sənət yolu və yadda qalan irsi24.04.2026 - 04:18
Görkəmli geoloq-alim Ələşrəf Əlizadənin elmi və ictimai fəaliyyəti24.04.2026 - 04:00
Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə qəbul elan edilib23.04.2026 - 19:57
Günəşdə güclü partlayışlar qeydə alınıb23.04.2026 - 19:55
Sabah 25 dərəcə isti olacaq23.04.2026 - 19:52
Azərbaycan Universitetində Əfqan Vəliyevin iştirakı ilə panel-görüş təşkil edilib23.04.2026 - 19:47
ADNSU tələbələri üçün açıq dərs23.04.2026 - 19:42
UNEC-də IV beynəlxalq konfrans öz işinə başlayıb23.04.2026 - 19:35
Bakıda külək güclənəcək23.04.2026 - 19:28
AzMİU-da Dünya Bankı layihəsi üzrə görüş keçirilib23.04.2026 - 19:24
Təhsil müəssisələrində tədris distant olacaq - TARİXLƏR23.04.2026 - 19:18
Prezident bu universitetə rektor təyin etdi23.04.2026 - 19:12
BMU-da beynəlxalq elmi konfrans keçirilir23.04.2026 - 19:06
Çox sual verən və fərqli düşünən uşaqlar dərs prosesini çətinləşdirir? – Təhsil eksperti açıqladı23.04.2026 - 19:02
Süni intellekt xərçəngi müalicə edəcək23.04.2026 - 19:00
Bu qədər abituriyent 300 bal topladı23.04.2026 - 18:56
Azərbaycanda məktəblərdə kütləvi yoxlamalar başlayıb23.04.2026 - 18:50
DİM: 10 nəfər imtahandan xaric olunub23.04.2026 - 18:49
ChatGPT vizual istehsalda daha yüksək səviyyəyə çatdı - Mətn artıq təhrif olunmur23.04.2026 - 18:45
Onlar 300 bal TOPLADI23.04.2026 - 18:44
Azərbaycanda universitet 40 vəzifəyə işçi axtarır - SİYAHI23.04.2026 - 18:40
Nəticəsindən narazı olanların diqqətinə - apellyasiyanın TARİXLƏRİ23.04.2026 - 18:36
Ağstafada xəsarət yetirilən məktəblinin vəziyyəti qənaətbəxşdir23.04.2026 - 18:35
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ23.04.2026 - 18:30
WUF13 ilə əlaqədar paytaxtdakı təhsil müəssisələrində dərslər distant qaydada keçiriləcək23.04.2026 - 18:28
Çin tərəfinin WUF13-də fəal iştirakından məmnunluq ifadə olunub23.04.2026 - 18:24
Dövlət Universitetinə rektor təyin edildi - SƏRƏNCAM23.04.2026 - 18:20
Nehrəm qəsəbəsindəki 3 nömrəli məktəb binasının yeni tədris ilindən istifadəyə verilməsi nəzərdə tutulur23.04.2026 - 18:16
Bakının bəzi təhsil müəssisələrində dərslər distant olacaq23.04.2026 - 18:10
Elbay Qasımzadə: Memarlıq və İnşaat Universitetində təhsil alan tələbələrin 70 faizi qızlardır23.04.2026 - 18:08