Nəriman Nərimanovun xatirə muzeyində 18 Aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə “Bir abidə - Bir hekayə ” adlı tədbir keçirilib.
Muzeydən “Tehsil365” ə verilən məlumata görə, tədbirdə ictimayyət nümayəndələri və muzey əməkdaşları iştirak ediblər.
Tədbirdə bu günün təsis tarixindən, işğaldan azad olunan ərazilərdə yerləşən tarixi abidələrdən, o cümlədən muzeylər haqqında məlumat verilib. Bildirilib ki, tarixi abidələrin yalnız maddi irs nümunəsi kimi deyil, həm də hər birinin özünəməxsus hekayə və mənəvi dəyər daşıyıcısıdır.
Daha sonra Bülbül adına orta ixtisas müsiqi məktəbinin şagirdlərinin ifasında musiqi parçaları səsləndirilib.

