Naxçıvan Muxtar Respublikasında şagird-kompüter nisbətinin ölkə məktəblərinin səviyyəsinə (6:1) çatdırılması üçün ümumilikdə 4300 yeni kompüterin alınması planlaşdırılır.
Muxtar respublika Təhsil Nazirliyinin mətbuat xidmətindən “Tehsil365"ə bildirilib ki, artıq 2290 noutbuk alınıb və 2026–2027-ci tədris ilinin əvvəlində məktəblərə paylanacaq. İlkin mərhələdə kompüterlər şagird kontingenti çox olan Naxçıvan şəhərində və rayon mərkəzlərində fəaliyyət göstərən böyük məktəblərə veriləcək. Proses mərhələli şəkildə davam etdiriləcək və növbəti mərhələdə daha 2100 noutbukun da təhsil müəssisələrinə çatdırılması nəzərdə tutulur.

