Təhsil 365 - Logo Mobile

Nabat Mirzəyeva: “Şərti dəyər inancı insanı emosional tükənməyə aparır”

12220.04.2026 - 16:38
Nabat Mirzəyeva: “Şərti dəyər inancı insanı emosional tükənməyə aparır”

“Belə şəxslər yetkin yaşda daim özünü sübut etməyə, hədsiz məsuliyyət götürməyə və başqalarının gözündə dəyərli görünmək üçün fədakarlıq etməyə meylli olurlar. Bu davranış modeli isə zamanla emosional tükənməyə, daxili boşluq hissinə və özünü itirməyə gətirib çıxarır.”

Psixoloq Nabat Mirzəyeva “Tehsil365”ə açıqlamasında bildirib ki, uşaqlıqdan “sevilmək üçün gərəkli olmalısan” mesajını alan insanlar zamanla bu şərti dəyər inancını formalaşdırır və bu inanc onların psixoloji sağlamlığına uzunmüddətli təsir göstərir.

Mirzəyeva qeyd edib ki, bu prosesin nevro-psixoloji tərəfi dopamin sistemi ilə bağlıdır. “İnsan başqasına kömək etdikcə və qarşılığında müsbət sözlər eşitdikcə beyində dopamin ifraz olunur. Bu, mükafat və motivasiya hissi yaradır, beyin həmin davranışı təkrarlamağa çalışır. Problem ondadır ki, dəyər hissi yalnız bu mükafatla bağlı olduqda insan psixoloji asılılığa düşür. Bu asılılıq insanı daha çox işləməyə, daha çox fədakar olmağa və özünü yormaqla daxili mükafat hissini yenidən yaşamağa məcbur edir. Nəticədə emosional tükənmə, özünü dəyərsiz hiss etmə, sosial münasibətlərdə balanssızlıq və hətta depressiv vəziyyətlər yarana bilər.”

Psixoloq vurğulayıb ki, bu vəziyyətdən çıxmaq üçün insan öz dəyərini yalnız faydalılıqla bağlamamalıdır.” “Mən yalnız faydalı olanda dəyərli deyiləm, mən hər zaman dəyərliyəm” düşüncə modelini şüurlu şəkildə formalaşdırmaq lazımdır. Bunun üçün insan özünə yeni psixoloji hədəflər qoymalı, müsbət təsdiqləri təkrar etməli və sərhəd qoyma bacarığını inkişaf etdirməlidir. Hər kömək çağırışına “hə” demək əvəzinə insani şəkildə “yox” deməyi öyrənmək, özünə vaxt ayırmaq, istirahət və sevdiyi işlərlə məşğul olmaq bu asılılıq dövrünü qırmağa kömək edir.”

Mirzəyeva əlavə edib ki, dəyər hissi işdən və faydalılıqdan ayrılmalıdır. “Bunun üçün kiçik addımlarla inancı gücləndirmək, nevroloji olaraq yeni davranış modelini formalaşdırmaq və özünə sevgi göstərmək lazımdır. “Bu proses sadəcə pozitiv düşüncə deyil, şüurlu şəkildə təkrar edilən və zamanla güclənən bir psixoloji modeldir. İnsan özünə dəyər verdikcə, sərhəd qoymağı öyrəndikcə və özünə vaxt ayırdıqca bu asılılıqdan xilas ola bilər.””

Nəticə olaraq, psixoloqun fikrincə, ““Mən gərəkliyəm, mən lazımlıyam” inancından qurtulmaq üçün həm psixoloji, həm də nevroloji gücləndirmə tələb olunur. Bu isə zamanla, şüurlu şəkildə atılan kiçik addımlar və özünü dəyərli görmə bacarığı ilə mümkündür.”

Mehriban İbadova

Xəbər Lenti

Çində ahıllar üçün “birsaatlıq övlad” xidməti15.10.2026 - 19:59
Teleqramda yeni funksiya15.10.2026 - 19:58
Xəzər Universitetində beynəlxalq əməkdaşlığ15.10.2026 - 19:58
Xəzər Universitetində kiberhücumundan danışılıb15.10.2026 - 19:57
Xəzər Universitetində dərs muzeydə keçirilib15.10.2026 - 19:56
Müğənninin səhhəti qəfil pisləşib15.10.2026 - 19:55
Qarabağ Universitetində əcnəbi tədqiqatçılarla görüş baş tutub 15.10.2026 - 19:40
Qarabağ Universitetində vergi görüşü15.10.2026 - 19:35
ADU-da elmi seminar keçirilib15.10.2026 - 19:30
Dermatoloq Tünzalə Əzizli: Keyfiyyətsiz və düzgün yuyulmayan geyimlər məktəblilərdə dəri problemlərinə səbəb ola bilər”15.10.2026 - 19:25
Yaponiya səfiri ADU-da olub15.10.2026 - 19:20
SABAH City-də konfrans kecirildi15.10.2026 - 19:15
Ağa Hacıbəyli: ”Azərbaycan uzun illər dini tədrisi Bakı İslam Universiteti və regionlardakı mədrəsələr vasitəsilə davam etdirdi”15.10.2026 - 18:50
ADU-da yanlış xəbərlərə qarşı görüş keçirilib15.10.2026 - 18:25
"Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" proqramı üzrə 100 nəfər nəfər qalib olub15.10.2026 - 18:10
“Rəqəmsal rabitə “İnformasiya sistemi haqqında əsasnamə qəbul edilib15.10.2026 - 17:52
Bəzi rəsmi qurumları saytlarında problemlər yaranıb15.10.2026 - 17:48
ADNSU tələbələri istehsalat prosesini real mühitdə öyrəniblər15.10.2026 - 17:40
Türkiyədən Azərbaycan dünyəvi dövlət modelinə dəstək nümayiş etdirildi15.10.2026 - 17:39
ADPU-nun Şamaxı filialında Xalq şairi Vahid Əzizlə görüş keçirilib.15.10.2026 - 17:31
Azərbaycan-Özbəkistan İkinci Rektorlar Forumu keçiriləcək15.10.2026 - 17:30
Yaponiyanın məşhur "VIVANT" serialında Azərbaycan mədəniyyəti15.10.2026 - 17:28
“44” filminin saundtreki ABŞ və Böyük Britaniyada ərsəyə gəlib 15.10.2026 - 17:15
Tələbələr “Keşikçidağ” Qoruğunda mağaralar kompleksi ilə tanış oldu 15.10.2026 - 17:10
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib15.10.2026 - 17:02
Qız tələbələr üçün “Vergi Akademiyası” proqramına qəbul başlayıb15.10.2026 - 16:40
UNEC alimlərinin məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc olunub15.10.2026 - 16:20
UNEC alimlərinin məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc olunub15.10.2026 - 16:20
AzTU-da süni intellektin yanlış məlumatlarını aşkarlamaq üçün yeni yanaşma hazırlanır15.10.2026 - 16:16
Mənsum İbrahimov: Ramiz Quliyev xalqımızın qəlbində özünə əbədi abidə ucaltmış sənətkardır15.10.2026 - 15:57
Gənc yazıçıların tanınması üçün hansı imkanlar yaradılmalıdır? – İradə Ayteldən açıqlama15.10.2026 - 14:47
Türkmənistanda MAMA "Ana təbiət" beynəlxalq sərgisi açılacaq15.10.2026 - 14:43
Xalq artisti Ramiz Quliyevin vəfatının ildönümündə məzarı ziyarət olunub, qəbirüstü abidəsi açılıb15.10.2026 - 14:40
Qarsda “Azərbaycan incəsənət həftəsi”: Konsert və moda nümayişi15.10.2026 - 14:37
Qars Qafqaz Universitetində “Azərbaycan Günü”: Təhsil ocağında Mirzə Fətəli Axundzadə guşəsi açılıb15.10.2026 - 14:36
Fəxrəddin Manafov: Ramiz Quliyev milli musiqimizin inkişafına mühüm töhfələr verib15.10.2026 - 14:33
Gender bərabərliyinə həsr olunmuş seminar keçirilib15.10.2026 - 14:27
Vyetnamın vitse-prezidenti ADNSU-da olub15.10.2026 - 14:24
Peşə təhsili üzrə beynəlxalq təlim iştirakçıları LDU-da olub15.10.2026 - 14:19
Sabah hava çiskinli olacaq15.10.2026 - 14:16
Sabah jurnalistlərin IX qurultayı keçiriləcək15.10.2026 - 14:13
Tələbələr üçün startap və innovasiya imkanları təqdim olunub15.10.2026 - 14:09
LDU-da strateji hədəflər müzakirə olunub15.10.2026 - 14:07
Bakı Slavyan Universiteti XII Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edəcək15.10.2026 - 14:02
Pakistanda məktəb damı uçdu: 28 uşaq və 1 müəllimə ölüb 15.10.2026 - 14:00
Azərbaycan Universitetinin 16 tələbəsi PTE sertifikatını əldə edib15.10.2026 - 14:00
Paytaxtda 8 marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək15.10.2026 - 13:59
Şagird kosmetikaya görə dərsə buraxılmadı: Atası münaqişə yaratdı 15.10.2026 - 13:58