Təhsil 365 - Logo Mobile

Bakıda “II Autizm Maarifləndirmə Forumu” keçirilib

8320.04.2026 - 18:10
Bakıda “II Autizm Maarifləndirmə Forumu” keçirilib

İDDO Psixi Sağlamlıq Proqramının təşkilatçılığı ilə Nizami Kino Mərkəzində “II Autizm Maarifləndirmə Forumu” keçirilib.

Tehsil365” xəbər verir ki, “Autizmdə Bütöv Yanaşma” mövzusuna həsr olunan forumun əsas məqsədi valideynlərin maarifləndirilməsi, mütəxəssislərin daha məsuliyyətli fəaliyyətə təşviq olunması və autizmli uşaqların cəmiyyətə inteqrasiyasının vacibliyinin vurğulanması olub.
Tədbir çərçivəsində autizm sahəsində mövcud problemlər, həll yolları və bu sahənin strukturlaşdırılması istiqamətləri müzakirə edilib.

Forumda Azərbaycan Respublikasının Milli Məclisinin deputatları İlham Məmmədov, Elçin Mirzəbəyli, Müşfiq Məmmədov, Məlahət İbrahimqızı, Aydın Hüseynov, Elman Nəsirov, Könül Nurullayeva, Nigar Məmmədova, eləcə də Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, TƏBİB, Ailə, Qadın və Uşaq Problemləri Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri iştirak ediblər.

Eyni zamanda tədbirdə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfirinin həyat yoldaşı Zührə Akgün də iştirak edib.

Forum çərçivəsində Azərbaycan və Türkiyə arasında autizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində mühüm fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, iki qardaş ölkə arasında bu istiqamətdə bilik və təcrübə mübadiləsinin genişləndirilməsi, mütəxəssislərin birgə fəaliyyəti və beynəlxalq standartların tətbiqi gələcək dövrdə daha sistemli və effektiv nəticələrin əldə olunmasına şərait yaradacaq.

Çıxış edənlər autizm spektr pozuntularının müasir dövrdə geniş yayılmış və xüsusi diqqət tələb edən sahə olduğunu vurğulayaraq, bu kimi forumların valideynlərin düzgün istiqamətləndirilməsi və cəmiyyətdə məlumatlılığın artırılması baxımından mühüm rol oynadığını bildiriblər.

İDDO Psixi Sağlamlıq Proqramının rəhbəri Jalə Əhmədova çıxışında psixologiya mərkəzləri və psixoloji xidmətlərin fəaliyyətinin tənzimlənməsi istiqamətində görülən işlər barədə məlumat verib. O bildirib ki, bu məqsədlə standartlaşdırma komitəsi yaradılıb və 2026-cı il ərzində multidissiplinar komandanın iştirakı ilə etik kodeksin, diaqnostika və reabilitasiya standartlarının hazırlanması planlaşdırılır. Qeyd olunub ki, bu standartların tətbiqi erkən diaqnostikanın keyfiyyətinin artırılmasına və qeyri-peşəkar fəaliyyətlərin qarşısının alınmasına xidmət edəcək.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, millət vəkili Məlahət İbrahimqızı çıxışında autizm sahəsində dövlət siyasətinin gücləndirilməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, erkən diaqnostika və sistemli reabilitasiya xidmətlərinin inkişafı prioritet istiqamətlərdəndir və bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir.

İDDO Psixi Sağlamlıq Proqramının baş psixoloqu Rövşən Nəzərli çıxışında autizm spektr pozuntusunun erkən diaqnostikasının 6–9 aylıq dövrdən başlanmasının vacibliyini qeyd edib. O bildirib ki, diaqnozların gec qoyulması geniş yayılmış problemdir və 3 yaşda qoyulan diaqnoz artıq gec hesab oluna bilər. Eyni zamanda reabilitasiya prosesində multidissiplinar yanaşmanın vacibliyi vurğulanıb.

Forum çərçivəsində Türkiyədən dəvət olunmuş mütəxəssislər də çıxış ediblər. Dr. Anıl Gürkan “QEEG ilə beyin xəritələmə: Autizmdə beyinə necə baxırıq?” mövzusunda təqdimatla çıxış edərək metodun imkanları və məhdudiyyətləri barədə məlumat verib.

Dr. Murat Balanlı və dietoloq Ramilə İmanova autizmdə tez-tez rast gəlinən həzm sistemi problemləri, mikrobiota ilə davranış arasındakı əlaqə və sistemik iltihabın təsiri barədə çıxış ediblər.

Psixoloq Yeliz Ceylan isə autizmdə davranış və emosiyaların tənzimlənməsi, sensor həssaslıq, “meltdown” və “tantrum” arasındakı fərqlər, eləcə də ailələrin yol verdiyi tipik səhvlər və evdə tətbiq oluna biləcək dəstək üsulları barədə məlumat verib.

Forum zamanı iştirakçıların sualları cavablandırılıb, valideynlər üçün maarifləndirici müzakirələr aparılıb.

Qeyd olunub ki, bu cür təşəbbüslər inklüziv cəmiyyətin formalaşmasına, xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial inteqrasiyasına və onların inkişaf imkanlarının genişləndirilməsinə mühüm töhfə verir.

Fatimə Cəfərzadə

Xəbər Lenti

“The Green Mile” əsəri əsasında Reading dərsi: metodiki yanaşmalar və tədris təcrübəsi21.04.2026 - 07:10
Bəzi ərazilərdə külək güclənib, yağış yağır20.04.2026 - 19:58
Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində əlaqələr dərinləşdirilir20.04.2026 - 19:54
Rezidenturaya ərizə qəbulu başa çatır20.04.2026 - 19:46
DİM-də praktik təlim keçirilib20.04.2026 - 19:43
“İdrak” liseyində güllələnən müəllim şagirdi bağışladı20.04.2026 - 19:38
Bakıda IX sinif şagirdi sinif yoldaşına xəsarət yetirib20.04.2026 - 19:32
Özbəkistanda kitab təqdimatında keçirilib20.04.2026 - 19:25
Bilbacar müsabiqəsinin onlayn mərhələsi başa çatıb20.04.2026 - 19:18
BMU-da Çin universiteti ilə birgə fakültə açıldı20.04.2026 - 19:12
Oyuncaqların çoxluğu uşağın yaradıcılığına mane ola bilərmi? – Məktəbəqədər təhsil eksperti açıqladı20.04.2026 - 19:06
Qəbulun sınaq imtahanına qeydiyyat davam edir20.04.2026 - 18:56
“Məqsəd qoymaq öyrənməni daha şüurlu və motivasiyalı prosesə çevirir” – Psixoloq Nabat Mirzəyeva20.04.2026 - 18:50
Uşaq qidasında siçan zəhəri aşkarlanıb20.04.2026 - 18:48
Bakı Dövlət Universitetinin elmi işçisi vəfat edib 20.04.2026 - 18:42
Gənc alimlər üçün “Tədqiqat Məktəbi” layihəsinin açılış tədbiri keçirilib20.04.2026 - 18:34
Əməkdaşlığımızın mərkəzində Azərbaycan müəllimlərinin peşəkarlığının artırılması dayanır20.04.2026 - 18:26
Qonşu ölkədə şagirdlərin telefonlarına nəzarət gücləndi: Xüsusi SIM-kartlar tətbiq olunacaq20.04.2026 - 18:20
ADNSU-da dəyirmi masa və kitab sərgisi keçirilib20.04.2026 - 18:18
Direktorların imtahan tarixləri AÇIQLANDI20.04.2026 - 18:14
Energetika Nazirliyi ümumtəhsil məktəblərində “Enerji səmərəliliyi aylığı”na start verib20.04.2026 - 18:09
Tələbələr arasında antinarkotik təbliğatı işi genişləndirilir20.04.2026 - 18:03
Ürək sağlamlığı üçün nə yeməli? - Mütəxəssis açıqladı20.04.2026 - 18:00
Kilsədən silah anbarına: Cəlilabaddakı XIX əsrə aid dini abidənin tarixi 20.04.2026 - 17:55
Oğuz məktəbliləri “Şahin” hərbi-idman oyununda güclərini sınayıblar20.04.2026 - 17:54
Diplomunuz işə yaramaya bilər: Süni intellektin göz qoyduğu 5 peşə20.04.2026 - 17:50
Naxçıvan III Qərbi Azərbaycana Qayıdış Festival-Konqresinə ev sahibliyi edəcək20.04.2026 - 17:46
Ali məktəb prorektorları üçün I təlim proqramı yekunlaşıb20.04.2026 - 17:45
Abituriyentlərin ən çox müraciət etdiyi ixtisas qrupu açıqlandı20.04.2026 - 17:40
Ali Məclisdə NDU-nun tələbələri üçün növbəti təcrübə proqramına start verilib20.04.2026 - 17:39
Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində əlaqələr dərinləşdirilir20.04.2026 - 17:35
Naxçıvanda məktəblərə 4300 kompüter veriləcək20.04.2026 - 17:31
Şagirdin sinif yoldaşını yandırması normallaşdırıla bilməz - Deputatdan çağırış20.04.2026 - 17:30
Gənc alimlər üçün “Tədqiqat Məktəbi” layihəsinin açılış tədbiri keçirilib20.04.2026 - 17:25
Azərbaycanın azad edilmiş ərazilərdəki şəhərsalma modeli dünyaya nümunədir - Bakı WUF13-ə hazırlaşır20.04.2026 - 17:22
Ali təhsillilərin əsgərlik müddəti azaldıla bilər – SƏBƏB20.04.2026 - 17:20
Masallı məktəblisi II oldu20.04.2026 - 17:15
Gəncə ilə Çinin Çindao şəhəri arasında əməkdaşlıq genişlənir20.04.2026 - 17:14
Bəzi ərazilərdə külək güclənib, yağış yağır - FAKTİKİ HAVA20.04.2026 - 17:10
“Sürəyyanın 32-ci günü” bədii filminin çəkilişlərinə başlanılıb20.04.2026 - 17:06
ADNSU-da növbəti karyera sərgisi keçiriləcək20.04.2026 - 17:05
Rezidenturaya qəbul olmaq üçün ərizə qəbulu başa çatır20.04.2026 - 17:00
“ChatGPT”də problem yarandı - Azərbaycanda da müşahidə olunur20.04.2026 - 17:00
Azərbaycan universitetləri arasında ilk təşəbbüs: MDU-da “bootcamp” və Təqaüd Proqramı keçiriləcək20.04.2026 - 16:55
Bakı məktəbində şagird sinif yoldaşına xəsarət yetirib - Araşdırmalara başlanılıb – YENİLƏNİB20.04.2026 - 16:55
Bakı məktəbində şagird sinif yoldaşına xəsarət yetirib - Araşdırmalara başlanılıb 20.04.2026 - 16:45
Direktorların işə qəbulu müsabiqəsi çərçivəsində ixtisas biliklərinin yoxlanılması üzrə test imtahanı keçiriləcək20.04.2026 - 16:45