Təhsil 365 - Logo Mobile

BDU-da Beynəlxalq Çin Dili Günü qeyd olunub

7221.04.2026 - 07:22
BDU-da Beynəlxalq Çin Dili Günü qeyd olunub

Bakı Dövlət Universitetinin (BDU) nəzdində Konfutsi İnstitutu və Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə 20 aprel - Beynəlxalq Çin Dili Gününə həsr olunmuş “Çin dili rəngarəng arzuları işıqlandırır” adlı tədbir keçirilib.

“Tehsil365” xəbər verir ki, əvvəlcə Çin mədəniyyəti üzrə interaktiv təcrübə sessiyası təşkil olunub. Sessiya çərçivəsində altı tematik guşədə Çin ənənəvi mədəniyyətinin müxtəlif aspektləri, o cümlədən ənənəvi əl işləri, xəttatlıq sənəti, çay mədəniyyəti və interaktiv Çin heroqlifləri üzrə oyunlar təqdim olunub.

Tədbirin açılış mərasimində BDU-nun rektoru Elçin Babayev və Çinin Azərbaycandakı səfiri Lu Mey çıxış ediblər.

Rektor Elçin Babayev bu cür tədbirlərin mədəniyyətlərarası dialoqun təşviqi, xalqlarımız arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi baxımından mühüm rol oynadığını qeyd edib. O bildirib ki, BDU-da 2004-cü ildən Çin üzrə “Regionşünaslıq” ixtisası açılıb. Bu ixtisasa qəbul olan tələbələrin sayı ildən-ilə artmaqdadır. 2011-ci ildən isə Çinin Anhui Universiteti ilə əməkdaşlıq nəticəsində BDU-nun nəzdində Konfutsi İnstitutu fəaliyyətə başlayıb. İnstitutda Çin dili, Çin mədəniyyətinin təbliği və öyrənilməsi sahəsində mühüm işlər görülür. “Çin körpüsü” adlı Çin dili üzrə beynəlxalq yarış təşkil olunur. Şərqşünaslıq fakültəsi ilə Konfutsi İnstitutu arasında sıx əməkdaşlıq mövcuddur. Müntəzəm olaraq təşkil olunan Çin Mədəniyyəti Günləri tələbələrin dil bacarıqlarının inkişafına kömək edir. Konfutsi İnstitutu tərəfindən təşkil olunan yay məktəbləri tələbələrə Anhui Universitetində təhsil almaq imkanı yaradır. Çin dili dərsləri Çindən dəvət olunmuş müəllimlər və institutun mütəxəssisləri tərəfindən tədris olunur. Bundan əlavə, Konfutsi İnstitutu beynəlxalq Çin dili imtahanlarını təşkil edir və tələbələrin Çində təqaüd proqramlarına müraciət etmələrinə dəstək verir.

Rektor diqqətə çatdırıb ki, 2022-ci ildə BDU-da “Çin filologiyası” ixtisası yaradılıb. 2023-cü ilin dekabr ayında BDU, Çin Xalq Respublikası Təhsil Nazirliyinin Dil Təhsili və Əməkdaşlıq Mərkəzi və Anhui Universiteti arasında bakalavriatura səviyyəsində “Filologiya” (Çin dili və ədəbiyyatı) ixtisası üzrə birgə ikili diplom proqramı imzalanıb, artıq BDU-nun bir qrup tələbəsi bu imkandan yararlanır. BDU-nun Anhui Universiteti ilə əməkdaşlığı yalnız humanitar sahələrlə məhdudlaşmır. 2025-ci ildə optoelektronika, yarımkeçirici texnologiyalar, mikroelektronika və nanoelektronika sahələrində ikili magistr proqramları üzrə razılaşma imzalanıb. Bu da tələbələrə hər iki universitetin elmi-texnoloji potensialından faydalanmaq və beynəlxalq rəqabətə davamlı bilik və bacarıqlar əldə etmək imkanı verir: “Əminik ki, tərəfdaşlığımız gələcəkdə daha da möhkəmlənəcək. Bu cür təşəbbüslər Azərbaycan ilə Çin arasında təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığın gücləndirilməsinə böyük töhfə verir”.

Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey isə tədbirin təşkili üçün BDU-nun rəhbərliyi və kollektivinə təşəkkür edib. O bildirib ki, son illərdə Çin-Azərbaycan münasibətləri hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib, ikitərəfli əlaqələr çoxşaxəli inkişafın yeni mərhələsinə qədəm qoyub. İki ölkə arasında siyasi, iqtisadi, humanitar əlaqələr möhkəmlənib. Səfir qeyd edib ki, Çin dili dünyanın ən çox istifadə olunan dilidir və 5000 illik Çin sivilizasiyasının müdrikliyini özündə daşıyır: “Çin-Azərbaycan münasibətlərinin getdikcə dərinləşməsi və iki ölkə arasındakı əlaqələrin bütün sahələrdə genişlənməsi ilə birlikdə Azərbaycanda Çin dilinə maraq da artır. Azərbaycanda Çin dilini öyrənənlərin sayı 8000 nəfəri ötüb. 2025-ci ildə 60 000-dən çox Çin vətəndaşı Azərbaycana səfər edərək tarixi rekorda imza atıb. Bu, iki xalqın tarixi dostluğunu yaşatmasının və mədəniyyətlər arasındakı əlaqəni davam etdirməsinin canlı nümunəsidir”. Səfir bildirib ki, Çin dili yalnız ünsiyyət vasitəsi rolunu oynamır, o, müxtəlif sivilizasiyalar arasında qarşılıqlı anlaşmanı dərinləşdirməklə Çini dünya xalqları ilə birləşdirən mühüm körpüyə çevrilir.

Sonra Beynəlxalq Çin Dili Gününün yaranmasına dair videoçarx, Çin heroqliflərinin inkişafını əks etdirən təqdimat nümayiş olunub. BDU-nun tələbələri və Konfutsi İnstitutunun nümayəndələri ənənəvi Çin rəqsləri, musiqiləri ifa ediblər. Tədbirin iştirakçıları arasında Çin dili üzrə yarış keçirilib.

Zeynəb Quluyeva

Xəbər Lenti

Azərbaycan elmi: humanitar və rəqəmsal təfəkkürün qovşağında - ustad dərsi21.04.2026 - 13:48
Tədrisdə yeni imkanlar: “Google” alətləri artıq “Rəqəmsal məktəb”də21.04.2026 - 13:36
ADU ilə Petre Andrei Universiteti arasında elmi əlaqələr qurulur21.04.2026 - 13:24
Təhsilalan və təhsilverənlərin maliyyə savadlılığının artırılmasına dair tədbirlərə başlanılır21.04.2026 - 13:11
Beyin yorğunluğunun qarşısını necə almalı? - Rəna Abbasova21.04.2026 - 13:05
Yeni tədqiqat: Salidə Şəmmədqızının elmi və bədii irsi beynəlxalq müstəvidə21.04.2026 - 13:00
Qarabağ Universiteti abituriyentlərlə görüşlərə start verib21.04.2026 - 12:49
Ədəbiyyatda və qəlblərdə yaşayan şair: Səməd Vurğunun 120 illiyi qeyd olunub21.04.2026 - 12:38
Qərarvermənin koqnitiv-emosional mexanizmi – təlim21.04.2026 - 12:25
BDU-da “Diplomatın nitqi” layihəsinə başlanılır21.04.2026 - 12:00
Gündə saatlarla sosial şəbəkələrdə: gənclər arasında asılılıq artır21.04.2026 - 09:56
Tovuz Dövlət Peşə Təhsil Mərkəzinə direktor müavini təyin olunub21.04.2026 - 09:44
BMU-da Çin universiteti ilə birgə fakültə açıldı21.04.2026 - 09:30
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq21.04.2026 - 09:20
BDU Johanniter Mərkəzi Almaniya Akademiyası ilə əməkdaşlığa başlayıb21.04.2026 - 09:10
MDU Türkiyə universitetləri ilə elmi əməkdaşlığı genişləndirir21.04.2026 - 09:00
ADU-da Beynəlxalq Çin Dili Günü qeyd olunub21.04.2026 - 08:52
Magistrantların təcrübə və dissertasiya işlərinin müzakirəsinə həsr olunmuş görüş keçirilib21.04.2026 - 08:40
NASA-nın növbəti Ay enişi təxirə düşə bilər Xəb21.04.2026 - 08:31
Uzunömürlülüyün sirri: genlər 50 faizdən çox təsir edir21.04.2026 - 08:22
Bu gün hava yağışlı olacaq21.04.2026 - 08:15
ADU-da “Cənubi Qafqazda sülh” mövzusunda dəyirmi masa keçirilib 21.04.2026 - 08:04
Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər21.04.2026 - 07:53
ADU-da “Yaşıl həftə” layihəsinə start verilib21.04.2026 - 07:40
BDU-nun Psixoloji yardım sektoru tələbələr üçün vaxtın idarə olunmasına dair təlim təşkil edib21.04.2026 - 07:32
“The Green Mile” əsəri əsasında Reading dərsi: metodiki yanaşmalar və tədris təcrübəsi21.04.2026 - 07:10
Bəzi ərazilərdə külək güclənib, yağış yağır20.04.2026 - 19:58
Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində əlaqələr dərinləşdirilir20.04.2026 - 19:54
Rezidenturaya ərizə qəbulu başa çatır20.04.2026 - 19:46
DİM-də praktik təlim keçirilib20.04.2026 - 19:43
“İdrak” liseyində güllələnən müəllim şagirdi bağışladı20.04.2026 - 19:38
Bakıda IX sinif şagirdi sinif yoldaşına xəsarət yetirib20.04.2026 - 19:32
Özbəkistanda kitab təqdimatında keçirilib20.04.2026 - 19:25
Bilbacar müsabiqəsinin onlayn mərhələsi başa çatıb20.04.2026 - 19:18
BMU-da Çin universiteti ilə birgə fakültə açıldı20.04.2026 - 19:12
Oyuncaqların çoxluğu uşağın yaradıcılığına mane ola bilərmi? – Məktəbəqədər təhsil eksperti açıqladı20.04.2026 - 19:06
Qəbulun sınaq imtahanına qeydiyyat davam edir20.04.2026 - 18:56
“Məqsəd qoymaq öyrənməni daha şüurlu və motivasiyalı prosesə çevirir” – Psixoloq Nabat Mirzəyeva20.04.2026 - 18:50
Uşaq qidasında siçan zəhəri aşkarlanıb20.04.2026 - 18:48
Bakı Dövlət Universitetinin elmi işçisi vəfat edib 20.04.2026 - 18:42
Gənc alimlər üçün “Tədqiqat Məktəbi” layihəsinin açılış tədbiri keçirilib20.04.2026 - 18:34
Əməkdaşlığımızın mərkəzində Azərbaycan müəllimlərinin peşəkarlığının artırılması dayanır20.04.2026 - 18:26
Qonşu ölkədə şagirdlərin telefonlarına nəzarət gücləndi: Xüsusi SIM-kartlar tətbiq olunacaq20.04.2026 - 18:20
ADNSU-da dəyirmi masa və kitab sərgisi keçirilib20.04.2026 - 18:18
Direktorların imtahan tarixləri AÇIQLANDI20.04.2026 - 18:14
Bakıda “II Autizm Maarifləndirmə Forumu” keçirilib20.04.2026 - 18:10
Energetika Nazirliyi ümumtəhsil məktəblərində “Enerji səmərəliliyi aylığı”na start verib20.04.2026 - 18:09