Təhsil 365 - Logo Mobile

BDU-nun Psixoloji yardım sektoru tələbələr üçün vaxtın idarə olunmasına dair təlim təşkil edib

6321.04.2026 - 07:32
BDU-nun Psixoloji yardım sektoru tələbələr üçün vaxtın idarə olunmasına dair təlim təşkil edib

Bakı Dövlət Universitetinin (BDU) Psixoloji yardım sektoru tələbələr üçün “Başlamaqdan qorxan zehin” adlı maarifləndirici və interaktiv təlim təşkil edib. Təlimin əsas məqsədi iştirakçılarda ertələmə davranışının mahiyyəti, arxasında duran psixoloji mexanizmlər, onun gündəlik həyata təsiri barədə daha dərin anlayış formalaşdırmaq olub.

“Tehsil365” xəbər verir ki, təlim zamanı mütəxəssislər ertələmənin yaranma səbəblərini – qorxu, mükəmməlliyyətçilik, motivasiya çatışmazlığı və qərarsızlıq kimi amilləri ətraflı izah ediblər. Eyni zamanda, bu davranışın aradan qaldırılması üçün effektiv üsullar iştirakçıların diqqətinə çatdırılıb.

Təlimdə vaxtın düzgün planlaşdırılması və səmərəli idarə olunması ilə bağlı praktiki tövsiyələr verilib. İnteraktiv formatda keçirilən tədbirdə iştirakçılar şəxsi təcrübələrini bölüşərək gündəlik həyatlarında qarşılaşdıqları çətinlikləri müzakirə edib, bir-birilərindən öyrənmək imkanı əldə ediblər.

Təlim zamanı “Pomodoro texnikası” haqqında ətraflı məlumat təqdim olunub və bu üsul üzrə praktik məşğələlər təşkil edilib. İştirakçılar texnikanı yerində tətbiq edərək onun effektivliyini təcrübədən keçiriblər.

Sonda isə ertələmə davranışını vizual şəkildə izah edən qısametrajlı videoçarx nümayiş etdirilib.

Zeynəb Quluyeva

Xəbər Lenti

Azərbaycan elmi: humanitar və rəqəmsal təfəkkürün qovşağında - ustad dərsi21.04.2026 - 13:48
Tədrisdə yeni imkanlar: “Google” alətləri artıq “Rəqəmsal məktəb”də21.04.2026 - 13:36
ADU ilə Petre Andrei Universiteti arasında elmi əlaqələr qurulur21.04.2026 - 13:24
Təhsilalan və təhsilverənlərin maliyyə savadlılığının artırılmasına dair tədbirlərə başlanılır21.04.2026 - 13:11
Beyin yorğunluğunun qarşısını necə almalı? - Rəna Abbasova21.04.2026 - 13:05
Yeni tədqiqat: Salidə Şəmmədqızının elmi və bədii irsi beynəlxalq müstəvidə21.04.2026 - 13:00
Qarabağ Universiteti abituriyentlərlə görüşlərə start verib21.04.2026 - 12:49
Ədəbiyyatda və qəlblərdə yaşayan şair: Səməd Vurğunun 120 illiyi qeyd olunub21.04.2026 - 12:38
Qərarvermənin koqnitiv-emosional mexanizmi – təlim21.04.2026 - 12:25
BDU-da “Diplomatın nitqi” layihəsinə başlanılır21.04.2026 - 12:00
Gündə saatlarla sosial şəbəkələrdə: gənclər arasında asılılıq artır21.04.2026 - 09:56
Tovuz Dövlət Peşə Təhsil Mərkəzinə direktor müavini təyin olunub21.04.2026 - 09:44
BMU-da Çin universiteti ilə birgə fakültə açıldı21.04.2026 - 09:30
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq21.04.2026 - 09:20
BDU Johanniter Mərkəzi Almaniya Akademiyası ilə əməkdaşlığa başlayıb21.04.2026 - 09:10
MDU Türkiyə universitetləri ilə elmi əməkdaşlığı genişləndirir21.04.2026 - 09:00
ADU-da Beynəlxalq Çin Dili Günü qeyd olunub21.04.2026 - 08:52
Magistrantların təcrübə və dissertasiya işlərinin müzakirəsinə həsr olunmuş görüş keçirilib21.04.2026 - 08:40
NASA-nın növbəti Ay enişi təxirə düşə bilər Xəb21.04.2026 - 08:31
Uzunömürlülüyün sirri: genlər 50 faizdən çox təsir edir21.04.2026 - 08:22
Bu gün hava yağışlı olacaq21.04.2026 - 08:15
ADU-da “Cənubi Qafqazda sülh” mövzusunda dəyirmi masa keçirilib 21.04.2026 - 08:04
Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər21.04.2026 - 07:53
ADU-da “Yaşıl həftə” layihəsinə start verilib21.04.2026 - 07:40
BDU-da Beynəlxalq Çin Dili Günü qeyd olunub21.04.2026 - 07:22
“The Green Mile” əsəri əsasında Reading dərsi: metodiki yanaşmalar və tədris təcrübəsi21.04.2026 - 07:10
Bəzi ərazilərdə külək güclənib, yağış yağır20.04.2026 - 19:58
Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində əlaqələr dərinləşdirilir20.04.2026 - 19:54
Rezidenturaya ərizə qəbulu başa çatır20.04.2026 - 19:46
DİM-də praktik təlim keçirilib20.04.2026 - 19:43
“İdrak” liseyində güllələnən müəllim şagirdi bağışladı20.04.2026 - 19:38
Bakıda IX sinif şagirdi sinif yoldaşına xəsarət yetirib20.04.2026 - 19:32
Özbəkistanda kitab təqdimatında keçirilib20.04.2026 - 19:25
Bilbacar müsabiqəsinin onlayn mərhələsi başa çatıb20.04.2026 - 19:18
BMU-da Çin universiteti ilə birgə fakültə açıldı20.04.2026 - 19:12
Oyuncaqların çoxluğu uşağın yaradıcılığına mane ola bilərmi? – Məktəbəqədər təhsil eksperti açıqladı20.04.2026 - 19:06
Qəbulun sınaq imtahanına qeydiyyat davam edir20.04.2026 - 18:56
“Məqsəd qoymaq öyrənməni daha şüurlu və motivasiyalı prosesə çevirir” – Psixoloq Nabat Mirzəyeva20.04.2026 - 18:50
Uşaq qidasında siçan zəhəri aşkarlanıb20.04.2026 - 18:48
Bakı Dövlət Universitetinin elmi işçisi vəfat edib 20.04.2026 - 18:42
Gənc alimlər üçün “Tədqiqat Məktəbi” layihəsinin açılış tədbiri keçirilib20.04.2026 - 18:34
Əməkdaşlığımızın mərkəzində Azərbaycan müəllimlərinin peşəkarlığının artırılması dayanır20.04.2026 - 18:26
Qonşu ölkədə şagirdlərin telefonlarına nəzarət gücləndi: Xüsusi SIM-kartlar tətbiq olunacaq20.04.2026 - 18:20
ADNSU-da dəyirmi masa və kitab sərgisi keçirilib20.04.2026 - 18:18
Direktorların imtahan tarixləri AÇIQLANDI20.04.2026 - 18:14
Bakıda “II Autizm Maarifləndirmə Forumu” keçirilib20.04.2026 - 18:10
Energetika Nazirliyi ümumtəhsil məktəblərində “Enerji səmərəliliyi aylığı”na start verib20.04.2026 - 18:09