Azərbaycan Dillər Universitetinin (ADU) Magistratura şöbəsinin təşkilatçılığı ilə II kurs magistrantlarla görüş keçirilib.
“Tehsil365” xəbər verir ki, Azərbaycan Dillər Universiteti-də baş tutan görüşdə ADU rektorunun müşaviri Coşqun Dadaşov, Elm və innovasiya məsələləri üzrə prorektor Həmidə Əliyeva və Magistratura şöbəsinin müdiri Namiq Əsədov iştirak ediblər.
Görüş zamanı magistrantların təcrübə prosesinin gedişi və magistr dissertasiya işlərinin mövcud vəziyyəti diqqət mərkəzində saxlanılıb. Rəhbərlik tərəfindən tələbələrin fəaliyyət göstəriciləri ilə bağlı fikir mübadiləsi aparılıb, onların qarşılaşdığı çətinliklər dinlənilib və mövcud məsələlər ətrafında müzakirələr edilib.
Tədbir çərçivəsində açıq mikrofon formatında tələbələrin fikir və təklifləri səsləndirilib, suallar cavablandırılıb və müvafiq tövsiyələr verilib.

