Təhsil 365 - Logo Mobile

ADU-da Beynəlxalq Çin Dili Günü qeyd olunub

7421.04.2026 - 08:52
ADU-da Beynəlxalq Çin Dili Günü qeyd olunub

Aprelin 20-də Azərbaycan Dillər Universitetində (ADU) Çin Dili Günü böyük təntənə ilə qeyd olunub.

“Tehsil365” xəbər verir ki, ADU-da fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə həyata keçirilən tədbir Azərbaycan Respublikası və Çin Xalq Respublikasının Dövlət Himnləri ilə başlayıb. Bildirilib ki, hər il aprel ayının 20-də qeyd olunan Beynəlxalq Çin Dili Günü 2010-cu ildə BMT-nin İctimai İnformasiya Departamenti tərəfindən, eləcə də BMT-nun altı rəsmi dilinin bərabər istifadəsini təşviq etmək məqsədilə təsis edilib.

ADU-nun rektoru, akademik Kamal Abdulla tədbir iştirakçılarını salamlayaraq Çin Xalq Respublikasının Azərbaycandakı səfiri xanım Lu Mey və digər çinli qonaqları universitetdə keçirilən bayram tədbirində görməkdən məmnun olduğunu bildirib. Beynəlxalq Çin Dili Gününün qeyd edilməsinin əhəmiyyətindən danışan rektor bildirib ki, beş min il əvvəl yaranan Çin heroqrifləri dünya mədəniyyətinin inkişafında çox mühüm rol oynayıb. Böyük İpək Yolu təkcə ticarət deyil, həm də böyük mənəviyyat yolu idi.

Tədbirdə çıxış edən Çin Xalq Respublikasının Azərbaycandakı səfiri xanım Lu Mey tədbiri hazırlayan ADU-nun müəllim və tələbələrinə səfirlik adından minnətdarlığını bildirib, Beynəlxalq Çin Dili Gününün yaranma tarixindən danışıb. Bildirilib ki, son illər Prezident Si Cinpin və Prezident İlham Əliyevin strateji rəhbərliyi altında Çin-Azərbaycan əlaqələri hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. İki ölkə arasında iqtisadi-ticarət əməkdaşlığı durmadan genişlənib, dostluğumuz daha da dərinləşib.

Çin dilinin dünyada ən çox danışılan dil olduğunu və Azərbaycanda səkkiz mindən çox insanın bu dili öyrənmək üçün qeydiyyatdan keçdiyini vurğulayan səfir qeyd edib ki, eyni zamanda, bir çox Çin universitetlərində azərbaycanşünaslıq fəal şəkildə həyata keçirilir. 2025-ci ildə altmış mindən çox Çin vətəndaşının Azərbaycana səfər etdiyini qeyd edən səfir deyib: “Gələcəyə baxsaq, Çin-Azərbaycan münasibətlərinin geniş perspektivləri var və Çin dilini öyrənmək üçün böyük potensial var. Çinin Azərbaycandakı səfirliyi hər zaman olduğu kimi, hər kəsə Çin dilini öyrənmək və Çin mədəniyyətini anlamaq üçün imkanlar və şərait yaradacaq”.

Çıxışlardan sonra ADU-nun Konfutsi İnstitutunun müəllim və tələbələrinin iştirakı ilə maraqlı konsert proqramı təqdim olunub. Çin dilində səslənən musiqi nömrələri və ifalar tədbirə xüsusi rəng qataraq iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Tədbirdə, həmçinin, qonaqlar Çin mədəniyyətinə həsr olunmuş sərgi ilə tanış olublar və ustad dərslərində iştirak ediblər.

Zeynəb Quluyeva

Xəbər Lenti

Azərbaycan elmi: humanitar və rəqəmsal təfəkkürün qovşağında - ustad dərsi21.04.2026 - 13:48
Tədrisdə yeni imkanlar: “Google” alətləri artıq “Rəqəmsal məktəb”də21.04.2026 - 13:36
ADU ilə Petre Andrei Universiteti arasında elmi əlaqələr qurulur21.04.2026 - 13:24
Təhsilalan və təhsilverənlərin maliyyə savadlılığının artırılmasına dair tədbirlərə başlanılır21.04.2026 - 13:11
Beyin yorğunluğunun qarşısını necə almalı? - Rəna Abbasova21.04.2026 - 13:05
Yeni tədqiqat: Salidə Şəmmədqızının elmi və bədii irsi beynəlxalq müstəvidə21.04.2026 - 13:00
Qarabağ Universiteti abituriyentlərlə görüşlərə start verib21.04.2026 - 12:49
Ədəbiyyatda və qəlblərdə yaşayan şair: Səməd Vurğunun 120 illiyi qeyd olunub21.04.2026 - 12:38
Qərarvermənin koqnitiv-emosional mexanizmi – təlim21.04.2026 - 12:25
BDU-da “Diplomatın nitqi” layihəsinə başlanılır21.04.2026 - 12:00
Gündə saatlarla sosial şəbəkələrdə: gənclər arasında asılılıq artır21.04.2026 - 09:56
Tovuz Dövlət Peşə Təhsil Mərkəzinə direktor müavini təyin olunub21.04.2026 - 09:44
BMU-da Çin universiteti ilə birgə fakültə açıldı21.04.2026 - 09:30
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq21.04.2026 - 09:20
BDU Johanniter Mərkəzi Almaniya Akademiyası ilə əməkdaşlığa başlayıb21.04.2026 - 09:10
MDU Türkiyə universitetləri ilə elmi əməkdaşlığı genişləndirir21.04.2026 - 09:00
Magistrantların təcrübə və dissertasiya işlərinin müzakirəsinə həsr olunmuş görüş keçirilib21.04.2026 - 08:40
NASA-nın növbəti Ay enişi təxirə düşə bilər Xəb21.04.2026 - 08:31
Uzunömürlülüyün sirri: genlər 50 faizdən çox təsir edir21.04.2026 - 08:22
Bu gün hava yağışlı olacaq21.04.2026 - 08:15
ADU-da “Cənubi Qafqazda sülh” mövzusunda dəyirmi masa keçirilib 21.04.2026 - 08:04
Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər21.04.2026 - 07:53
ADU-da “Yaşıl həftə” layihəsinə start verilib21.04.2026 - 07:40
BDU-nun Psixoloji yardım sektoru tələbələr üçün vaxtın idarə olunmasına dair təlim təşkil edib21.04.2026 - 07:32
BDU-da Beynəlxalq Çin Dili Günü qeyd olunub21.04.2026 - 07:22
“The Green Mile” əsəri əsasında Reading dərsi: metodiki yanaşmalar və tədris təcrübəsi21.04.2026 - 07:10
Bəzi ərazilərdə külək güclənib, yağış yağır20.04.2026 - 19:58
Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində əlaqələr dərinləşdirilir20.04.2026 - 19:54
Rezidenturaya ərizə qəbulu başa çatır20.04.2026 - 19:46
DİM-də praktik təlim keçirilib20.04.2026 - 19:43
“İdrak” liseyində güllələnən müəllim şagirdi bağışladı20.04.2026 - 19:38
Bakıda IX sinif şagirdi sinif yoldaşına xəsarət yetirib20.04.2026 - 19:32
Özbəkistanda kitab təqdimatında keçirilib20.04.2026 - 19:25
Bilbacar müsabiqəsinin onlayn mərhələsi başa çatıb20.04.2026 - 19:18
BMU-da Çin universiteti ilə birgə fakültə açıldı20.04.2026 - 19:12
Oyuncaqların çoxluğu uşağın yaradıcılığına mane ola bilərmi? – Məktəbəqədər təhsil eksperti açıqladı20.04.2026 - 19:06
Qəbulun sınaq imtahanına qeydiyyat davam edir20.04.2026 - 18:56
“Məqsəd qoymaq öyrənməni daha şüurlu və motivasiyalı prosesə çevirir” – Psixoloq Nabat Mirzəyeva20.04.2026 - 18:50
Uşaq qidasında siçan zəhəri aşkarlanıb20.04.2026 - 18:48
Bakı Dövlət Universitetinin elmi işçisi vəfat edib 20.04.2026 - 18:42
Gənc alimlər üçün “Tədqiqat Məktəbi” layihəsinin açılış tədbiri keçirilib20.04.2026 - 18:34
Əməkdaşlığımızın mərkəzində Azərbaycan müəllimlərinin peşəkarlığının artırılması dayanır20.04.2026 - 18:26
Qonşu ölkədə şagirdlərin telefonlarına nəzarət gücləndi: Xüsusi SIM-kartlar tətbiq olunacaq20.04.2026 - 18:20
ADNSU-da dəyirmi masa və kitab sərgisi keçirilib20.04.2026 - 18:18
Direktorların imtahan tarixləri AÇIQLANDI20.04.2026 - 18:14
Bakıda “II Autizm Maarifləndirmə Forumu” keçirilib20.04.2026 - 18:10
Energetika Nazirliyi ümumtəhsil məktəblərində “Enerji səmərəliliyi aylığı”na start verib20.04.2026 - 18:09