Təhsil 365 - Logo Mobile

BMU-da Çin universiteti ilə birgə fakültə açıldı

7121.04.2026 - 09:30
BMU-da Çin universiteti ilə birgə fakültə açıldı

Bakı Mühəndislik Universitetində (BMU) Çin Xalq Respublikasının nüfuzlu Pekin Kimya Texnologiya Universiteti (PKTU) ilə birgə yaradılan “PKTU-BMU Mühəndislik fakültəsi”nin rəsmi açılış mərasimi keçirilib. Hər iki universitetin rektoru və akademik heyətinin iştirak etdiyi mərasimdə öncə BMU ilə PKTU arasında fakültənin fəaliyyətini tənzimləyəcək müqavilə imzalanıb, gələcək əməkdaşlıq istiqamətləri ətraflı müzakirə olunub.

“Tehsil365” fakültənin açılışında çıxış edən BMU-nun rektoru Yaqub Piriyev bildirib ki, bu əlamətdar hadisə təkcə ali təhsil müəssisələri arasında əməkdaşlığın yeni mərhələsi deyil, eyni zamanda Azərbaycan ilə Çinin mövcud dostluq və strateji tərəfdaşlıq münasibətlərinin təhsil sahəsində daha da möhkəmləndirilməsinin bariz nümunəsidir. Prezident İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin ötən il imzaladıqları Birgə Bəyanatda təhsil sahəsində əməkdaşlığı genişləndirməyin nəzərdə tutulduğunu vurğulayan Yaqub Piriyev əlavə edib ki, fakültə ölkələr arasında elm və təhsil əlaqələrinin inkişafına mühüm töhfə verəcək.

Qeyd olunub ki, 2025-ci ildən etibarən BMU ilə PKTU arasında bakalavriat səviyyəsində ikili diplom proqramı həyata keçirilir və 6 ixtisası əhatə edən bu proqram Azərbaycan ilə Çin universitetləri arasında ilk belə təşəbbüs kimi tarixə düşüb. Rektor bu əməkdaşlığın davamı olaraq fərqli formatda yaradılan fakültənin yüksək ixtisaslı kadrların hazırlanmasında önəmli rol oynayacağına, innovativ ideyaların formalaşdığı, elmi tədqiqatların inkişaf etdiyi akademik mərkəzə çevriləcəyinə əminliyini bildirib. Fakültə çərçivəsində tələbələr üçün birgə tədqiqat, mübadilə proqramları və qabaqcıl texnologiyalarla işləmək imkanı yaradılacaq. Rektor əlavə edib ki, fakültədə tədris 3+1 modeli əsasında təşkil olunacaq. Müəyyən akademik tələblərə cavab verən tələbələr 3 il Azərbaycanda, 1 il isə Çində təhsil alaraq hər iki universitetin diplomuna yiyələnmək imkanı əldə edəcəklər. Hər tədris ili üzrə 100 tələbənin qəbulunun nəzərdə tutulduğu fakültədə kompüter elmləri/süni intellekt, kimya mühəndisliyi, biotexnologiya, həmçinin mexanika mühəndisliyi sahələri üzrə kadrlar hazırlanacaq və tədris prosesi hər iki universitetin professorları tərəfindən aparılacaq. Yaqub Piriyev nəzərə çatdırıb ki, ən perspektivli sahələri əhatə edən bu istiqamətlər üzrə müasir çağırışlara cavab verən mütəxəssislərin hazırlanması insan kapitalının inkişafı baxımından strateji əhəmiyyət daşıyır. Nəticə etibarilə, fakültə ali təhsil müəssisələri arasında əməkdaşlığın yeni modelini formalaşdırmaqla yanaşı, tədqiqat və innovasiya ekosisteminin inkişafına, bilik iqtisadiyyatının gücləndirilməsinə töhfə verən mühüm platforma kimi çıxış edəcək.

PKTU-nun rektoru, professor Tan Tianvei isə tədqiqatyönümlü ali məktəb haqqında təqdimatında təhsilin bütün pilləri üzrə proqramlar həyata keçirildiyini bildirib. Qeyd olunub ki, PKTU kimya mühəndisliyi, biotexnologiya və bir sıra müvafiq ixtisaslar üzrə reytinqdə dünyanın ilk 100 universiteti sırasında yer alır. Çin və Azərbaycan liderlərinin dostluq münasibətlərinin xalqlar arasında müsbət əlaqələrdə mühüm rol oynadığını vurğulayan rektor BMU ilə ikili diplom proqramını və yeni yaradılan fakültəni iki ölkənin təhsil sahəsində əməkdaşlığının yeni mərhələsi kimi qiymətləndirib. O, həmçinin vurğulayıb ki, fakültə tələbələrə beynəlxalq səviyyədə rəqabətədavamlı bilik və bacarıqlar qazandıracaq, elmi tədqiqatların inkişafına xidmət göstərəcək. Tan Tianvei bu təşəbbüsün gələcəkdə daha geniş tədqiqat layihələrinin həyata keçirilməsi üçün möhkəm zəmin yaradacağına əminliyini ifadə edib. Sonda rektor 20 aprelin Çin ənənəsində bolluq, yenilənmə və inkişafın başlanğıcı kimi qeyd olunduğuna diqqət çəkərək, belə bir tarixdə fakültənin fəaliyyətə başlamasını təhsil sahəsində məhsuldar əməkdaşlığın və gələcək uğurların ifadəsi kimi çıxış etdiyini söyləyib.

Tədbir çərçivəsində rektorlar tərəfindən iki universitet arasında əməkdaşlığın davamlılığına, dostluq münasibətlərinin möhkəmləndirilməsinə və ekoloji dəyərlərin təşviqinə rəmzi töhfə olaraq ağac əkilib.

Zeynəb Quluyeva

Xəbər Lenti

BDU tələbələri dayanıqlı şəhərsalma ilə bağlı maarifləndirilib21.04.2026 - 13:54
Azərbaycan elmi: humanitar və rəqəmsal təfəkkürün qovşağında - ustad dərsi21.04.2026 - 13:48
Tədrisdə yeni imkanlar: “Google” alətləri artıq “Rəqəmsal məktəb”də21.04.2026 - 13:36
ADU ilə Petre Andrei Universiteti arasında elmi əlaqələr qurulur21.04.2026 - 13:24
Təhsilalan və təhsilverənlərin maliyyə savadlılığının artırılmasına dair tədbirlərə başlanılır21.04.2026 - 13:11
Beyin yorğunluğunun qarşısını necə almalı? - Rəna Abbasova21.04.2026 - 13:05
Yeni tədqiqat: Salidə Şəmmədqızının elmi və bədii irsi beynəlxalq müstəvidə21.04.2026 - 13:00
Qarabağ Universiteti abituriyentlərlə görüşlərə start verib21.04.2026 - 12:49
Ədəbiyyatda və qəlblərdə yaşayan şair: Səməd Vurğunun 120 illiyi qeyd olunub21.04.2026 - 12:38
Qərarvermənin koqnitiv-emosional mexanizmi – təlim21.04.2026 - 12:25
BDU-da “Diplomatın nitqi” layihəsinə başlanılır21.04.2026 - 12:00
Gündə saatlarla sosial şəbəkələrdə: gənclər arasında asılılıq artır21.04.2026 - 09:56
Tovuz Dövlət Peşə Təhsil Mərkəzinə direktor müavini təyin olunub21.04.2026 - 09:44
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq21.04.2026 - 09:20
BDU Johanniter Mərkəzi Almaniya Akademiyası ilə əməkdaşlığa başlayıb21.04.2026 - 09:10
MDU Türkiyə universitetləri ilə elmi əməkdaşlığı genişləndirir21.04.2026 - 09:00
ADU-da Beynəlxalq Çin Dili Günü qeyd olunub21.04.2026 - 08:52
Magistrantların təcrübə və dissertasiya işlərinin müzakirəsinə həsr olunmuş görüş keçirilib21.04.2026 - 08:40
NASA-nın növbəti Ay enişi təxirə düşə bilər Xəb21.04.2026 - 08:31
Uzunömürlülüyün sirri: genlər 50 faizdən çox təsir edir21.04.2026 - 08:22
Bu gün hava yağışlı olacaq21.04.2026 - 08:15
ADU-da “Cənubi Qafqazda sülh” mövzusunda dəyirmi masa keçirilib 21.04.2026 - 08:04
Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər21.04.2026 - 07:53
ADU-da “Yaşıl həftə” layihəsinə start verilib21.04.2026 - 07:40
BDU-nun Psixoloji yardım sektoru tələbələr üçün vaxtın idarə olunmasına dair təlim təşkil edib21.04.2026 - 07:32
BDU-da Beynəlxalq Çin Dili Günü qeyd olunub21.04.2026 - 07:22
“The Green Mile” əsəri əsasında Reading dərsi: metodiki yanaşmalar və tədris təcrübəsi21.04.2026 - 07:10
Bəzi ərazilərdə külək güclənib, yağış yağır20.04.2026 - 19:58
Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində əlaqələr dərinləşdirilir20.04.2026 - 19:54
Rezidenturaya ərizə qəbulu başa çatır20.04.2026 - 19:46
DİM-də praktik təlim keçirilib20.04.2026 - 19:43
“İdrak” liseyində güllələnən müəllim şagirdi bağışladı20.04.2026 - 19:38
Bakıda IX sinif şagirdi sinif yoldaşına xəsarət yetirib20.04.2026 - 19:32
Özbəkistanda kitab təqdimatında keçirilib20.04.2026 - 19:25
Bilbacar müsabiqəsinin onlayn mərhələsi başa çatıb20.04.2026 - 19:18
BMU-da Çin universiteti ilə birgə fakültə açıldı20.04.2026 - 19:12
Oyuncaqların çoxluğu uşağın yaradıcılığına mane ola bilərmi? – Məktəbəqədər təhsil eksperti açıqladı20.04.2026 - 19:06
Qəbulun sınaq imtahanına qeydiyyat davam edir20.04.2026 - 18:56
“Məqsəd qoymaq öyrənməni daha şüurlu və motivasiyalı prosesə çevirir” – Psixoloq Nabat Mirzəyeva20.04.2026 - 18:50
Uşaq qidasında siçan zəhəri aşkarlanıb20.04.2026 - 18:48
Bakı Dövlət Universitetinin elmi işçisi vəfat edib 20.04.2026 - 18:42
Gənc alimlər üçün “Tədqiqat Məktəbi” layihəsinin açılış tədbiri keçirilib20.04.2026 - 18:34
Əməkdaşlığımızın mərkəzində Azərbaycan müəllimlərinin peşəkarlığının artırılması dayanır20.04.2026 - 18:26
Qonşu ölkədə şagirdlərin telefonlarına nəzarət gücləndi: Xüsusi SIM-kartlar tətbiq olunacaq20.04.2026 - 18:20
ADNSU-da dəyirmi masa və kitab sərgisi keçirilib20.04.2026 - 18:18
Direktorların imtahan tarixləri AÇIQLANDI20.04.2026 - 18:14
Bakıda “II Autizm Maarifləndirmə Forumu” keçirilib20.04.2026 - 18:10