Pəri Teymurova Tovuz Dövlət Peşə Təhsil Mərkəzində tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib.
Bu barədə “Tehsil365”ə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.
Pəri Teymurova 2012-ci ildə Azərbaycan Dillər Universitetində “Xarici dil (fransız dili)” ixtisası üzrə bakalavriat təhsili alıb.
Əmək fəaliyyətinə Qazax rayonu M.Həsənov adına I Şıxlı kənd tam orta məktəbində müəllim kimi başlayıb. 2024-cü il 24 sentyabr tarixindən etibarən Tovuz rayonu Bayramlı kənd Z.Yusifov adına tam orta məktəbində pedaqoji fəaliyyətini davam etdirib.
Bununla yanaşı, Tovuz Dövlət Sosial-İqtisadi Kollecində və Qazax rayonu Z.Mahmudov adına məktəbin Peşə Təmayüllü Siniflər layihəsində qrup rəhbəri vəzifəsində çalışıb.

